Türkiyənin “Boluspor” klubu azərbaycanlı futbolçu Vüsal İsgəndərli ilə 1,5 illik anlaşma imzalayıb.
Bu barədə klubdan məlumat verilib.
Komandanın rəsmi saytında idmançımız barədə ətraflı təqdimat da yerləşdirilib.
Qeyd edilib ki, Vüsal İsgəndərli 3 noyabr 1995-ci ildə Füzuli şəhərində anadan olub. Futbola “Rəvan Bakı” infrastrukturunda başlayan İsgəndərli müvafiq olaraq “Simurq”, “Zirə” “Keşlə”, “A. Keçiörengücü”, “Sumqayıt” və “Eqnatiya” komandalarında çıxış edib.
Vurğulanıb ki, peşəkar karyerasında 211 matçda meydana çıxan İsgəndərli 31 dəfə fərqlənib. Həmçinin, İsgəndərli 3 dəfə Azərbaycan millisində çıxış edib.