Türkiyə Superliqasının XVII turunda “İstanbulspor”un futbolçuları hakimin qərarı ilə razılaşmadıqları üçün meydanı tərk ediblər.
Bu, “Trabzonspor” ilə qarşılaşmanın dayandırılmasına səbəb olub.
68-ci dəqiqədə Edin Vişçinin ötürməsindən sonra “Trabzonspor”un hücumçusu Paul Onuaçu başı ilə rəqib qapısına zərbə endirib və hesabı 2:1 komandasının xeyrinə dəyişib. Ancaq bundan bir neçə dəqiqə əvvəl “Trabzonspor”un digər futbolçusu oyun epizodunda rəqibin üzünə zərbə endirib. Hakim VAR-a baxaraq heç bir qayda pozuntusu qeydə almayıb. Bundan sonra “İstanbulspor”un futbolçuları hakimlə aktiv şəkildə mübahisə etməyə başlayıblar. İstanbul klubunun prezidenti meydana daxil olaraq komandasını oradan uzaqlaşdırıb.