Ardını oxu...
Estoniyalı Yaan Rooze kəndir üzərində ən uzun gəzintiyə görə yeni dünya rekordu vurub.

Məlumata görə, o, Qətərdəki əkiz qüllələr (“Katara Towers”) arasında LED işıqlandırmalı 150 metrdən çox uzunluğu olan kəndirin üzərində hərəkət edib. Güclü küləyə baxmayaraq, kəndirbaz tarazlığını qoruya bilib.

Qeyd edək ki, bu gəzinti şəhər mühitində təkcə ən uzun deyil, həm də ən yüksək gediş olub. O, 185 metr hündürlükdə cəmi 2,5 santimetr qalınlığında olan kəndirin üzərində addımlayıb.

 
 
 
Ardını oxu...
Bakıda şahmat üzrə Dünya Kubokunda ilk raundun birinci görüşləri başa çatıb.

Oxu.Az xəbər veirr ki, birinci oyun günündə 15 şahmatçımız mübarizəyə qoşulub.

Azərbaycan şahmatçılarından Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Mİsrəddin İskəndərov, Vüqar Əsədli, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva ilk partiyalarını qələbə ilə başa vurub.

Vasif Durarbəyli, Nicat Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, Gülnar Məmmədova heç-heçə oynayıb. Məhəmməd Muradlı və Xanım Balacayeva yarışa məğlubiyyətlə başlayıb.

Dünya Kuboku

1\128 final
Qədir Hüseynov – Rupeş Yasval (Hindistan) 1-0
Rauf Məmmədov – Juo Lim (Malayziya) 1-0
Nicat Abasov – Makoto Rodvell (Zimbabve) 1-0
Eltac Səfərli – Roberto Sançes (Panama) 1-0
Bobbi Çenq (Avstraliya) – Misrəddin İskəndərov 0-1
Vüqar Əsədli – Min Le (Vyetnam) 1-0
Vasif Durarbəyli – Leonel Fiquredo (Meksika) 0,5-0,5
Nicat Məmmədov – İvan Şitko (Moldova) 0,5-0,5
Şamsiddin Voxidov (Özbəkistan)- Abdulla Qədimbəyli 0,5-0,5
Aydın Süleymanlı – Yunqlyun Syu (Çin) 0,5-0,5
Bardiya Daneşvar (Hindistan) – Məhəmməd Muradlı 1-0

Dünya Kuboku, qadınlar

1\64 final

Ülviyyə Fətəliyeva – Vyanla Punsalan (Yeni Zelandiya) 1-0
Marina Qayçin (Serbiya) – Gövhər Beydullayeva 0-1
Xanım Balacayeva – Qyanin Qonq (Sinqapur) 0-1
Gülnar Məmmədova – Ti Nquen (Vyetnam) 0,5-0,5
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiye" ilə İstanbulun “Qalatasaray” klubu arasında Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanacaq.

Bu barədə idman klubundan məlumat verilib.

Bildirilib ki, müqavilənin imzalanma mərasimi iyulun 31-də baş tutacaq.

Qeyd olunub ki, müqavilə 2023-2024 mövsümündən başlayaraq, üç illik müddət üçün nəzərdə tutulub.
 
Ardını oxu...
Yaponiyanın Saitama şəhərində azərbaycanlı döyüşçü Vüqar Kyaryamov MMA-da (Qarışıq döyüş sənəti - Mixed Martial Arts) titul döyüşünü keçirib.

Bizim.Media xəbər verir ki, ən yüngül çəkidə (65,8 kq) o, ilk raundda boğulma fəndi ilə yaponiyalı Mikuru Asakuranı təslim olmağa məcbur edib və çempionluq kəmərinin sahibi olub.

Vüqarın indi MMA-da 19 qələbəsi və 4 məğlubiyyəti var.


 
Ardını oxu...
Ukrayna Şahmat Federasiyası milli komanda üzvlərinə hansı bayraq altında çıxış etmələrindən asılı olmayaraq Rusiya və Belarus idmançıları ilə əl sıxmamağı və şəkil çəkdirməməyi tövsiyə edib.

Teref.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşkilatın “Facebook” səhifəsində məlumat yayılıb.

“Şahmat qaydalarında nəzərdə tutulmayan təcavüzkar ölkənin nümayəndələri ilə ünsiyyətdən çəkinin”,-deyə məlumatda bildirilir.

Bundan əlavə, federasiya ukraynalı şahmatçıları sosial şəbəkələrdə və müsahibələrində “dünya ictimaiyyətinə müharibənin davam etdiyini”, “bir çox rus və belarusun ya öz ölkələrinin hakimiyyətini dəstəklədiyini”, ya da “ukraynalıların qətllərini və soyqırımlarını səssizcə müşahidə etdiyini” xatırlatmağa çağırıb.

Ukrayna tərəfi həmçinin Beynəlxalq Şahmat Federasiyasına (FIDE) “Kremlin birbaşa qulluqçusu və Rusiyanın cinayətlərində şərik” hesab etdiyi Arkadi Dvorkoviçin rəhbərlik etməsi qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Arkadi Dvorkoviç üzdə Rusiyanın Ukrayna ilə müharibəsinin əleyhinə çıxış edən azsaylı rus məmurlarından biri sayılır. Ötən ilin martında Amerikanın “Mother Jones” jurnalına müsahibəsində Dvorkoviç müharibələrin insanın həyatda qarşılaşa biləcəyi ən pis şey olduğunu deyib.

Qeyd edək ki, FİDE daha əvvəl Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləyən rusiyalı qrossmeyster Sergey Karyakini yarışdan kənarlaşdırıb. Moskva 2022-ci il Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək hüququnu itirib, Rusiya və Belarus komandalarına hətta neytral bayraq altında belə iştirak etmək qadağan edilib.//Musavat.com
 
Ardını oxu...
Çinli üzgüçü Sin Hayyan Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında 200 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə qızıl medal qazanıb.

24 yaşlı idmançının nəticəsi iki dəqiqə 5,48 saniyə olmaqla, yeni dünya rekordu sayılıb. Sin avstraliyalı Zak Stabilti-Kukun 2022-ci ilin may ayındakı nailiyyətini (2:05.95) yaxşılaşdırıb.

Stabilti-Kuk Fukuokada 2:06,40 nəticə ilə ikinci, amerikalı Mett Fallon isə 2:07,74 nəticə ilə üçüncü olub.

Qeyd edək ki, Hayyan indiki Dünya Çempionatında artıq dördüncü qızılını qazanıb. O, əvvəllər 50 və 100 metr məsafəyə brass və 4x100 metr qarışıq estafet yarışlarında qalib gəlib.

Mənbə: sportrbc.ru
Ardını oxu...
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.

“Qarabağ”ın “YouTube” kanalı oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:

“Əziz azarkeşlərimiz!

“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!

Milyonlarla ürək yenə eyni döyünəcək!

Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!

Biz birlikdə “Qarabağ”ıq!”

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

 
Ardını oxu...
“Yuventus” 2023/24 mövsümündə avrokuboklarda iştirak etməyəcək.

UEFA Turin komandasını klubların lisenziyalaşdırılması və maliyyə feyr-pley qaydalarını pozduğuna görə cəzalandırmaq qərarına gəlib.

Bununla yanaşı, “Yuventus” 20 milyon avro cərimələnib. Bu məbləğin 10 milyon avrosu şərtidir. Klub cərimənin bu hissəsini yalnız 2023, 2024 və 2025-ci maliyyə illəri üçün hesabatları UEFA tələblərinə cavab vermədiyi halda ödəyəcək.
Mənbə: sport24.ru
 
Ardını oxu...
Millimizin və “Qarabağ” futbol klubunun əsas qapıçısı Şahruddin Məhəmmədəliyev ötən gün “Rakov” klubuna qarşı sərgilədiyi biabırçı oyunla yerli azarkeşlərin əsas tənqid hədəfinə çevrilib.

Təcrübəli qolkiperin Qarabağ üçün tarixi oyunlardan birində adi epizodlarda komandanı çətin vəziyyətdə qoyması, qələbədən etməsi futbolsevərlərin böyük narazılığına səbəb olub. Ş. Məhəmmədəliyevin bu səhvləri birinci dəfə etmədiyi, sistematik hal aldığı, amma buna görə cəzalanmadığı qeyd olunub.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da azarkeşlərin tənqidinə tuş gəlib. Onlar uzun illərdir “köhlən atlar”ın sükanı arxasına keçən, bir dönəm milli komandamızı da çalışdıran Qurbanovun israrla bu qapıçını əsas heyyətdə saxlamasına etiraz ediblər.

Tənqidlər öz yerində. Emosiyaların olması, insanların hisslərlə davranmasını başa düşmək olar. Bəs faktiki zərər nədi?

Şahruddin Məhəmmədəliyevin son 2 ildə yol verdiyi kobud, birbaşa nəticəyə təsir edən səhvləri maddi olaraq nə qədər zərərə başa gəlib, klub nə qədər maliyyə itirib?
Teref.az “Rekord.az”-a istinadla bu statistikanı təqdim edir:

1. 25 noyabr 2021-ci il.

“Qarabağ” – “Omoniya” (Kipr) 2:2

Konfrans Liqası(KL). H qrupu.

90-cı dəqiqədə 10 nəfərlə qalan kiprlilərin forvardı Xordi Qomes meydanın mərkəzindən qol vurur. Şahruddinin kobud səhvi var. Etibarlı mənbənin verdiyi məlumata görə, oyundan öncə baş məşqçi “Qomes uzaqdan zərbələr vurur, qabağa çıxma” tapşırığını verib. Amma Şah buna riayət eləməyib. Nəticədə xal itkisi və qrupu 1-ci bitirmək perspektivinin minimuma enməsi.

- KL-də qrupda qələbəyə verilən pul: 500 min avro.

- KL-də qrupda bərabərliyə verilən pul: 166 min avro.

Faktiki itki: 334 min avro.

- KL-də qrup liderliyi üçün mükafat: 650 min avro.

- KL-də qrupda 2-ci olmağa görə mükafat: 325 min avro.

İtki: 325 min avro.

Əlavə olaraq

- Birbaşa 1/16 finala çıxış bonusu: 600 min avro.

- Nokauta (pleyf-off) çıxış bonusu: 300 min avro.

İtki: 300 min avro.

Bir səhvin başa gəldiyi toplam itki: 959 min avro.

2. 23 avqust 2022-ci il.

“Viktoriya” (Çexiya) - "Qarabağ" 2:1.

Çempionlar Liqası. Pley-off.

Şahruddin “məhşur” qabağa çıxışını edir, meydan sahibləri rahat fərqlənərək qələbənin təməlini qoyurlar. Nəticədə “Qarabağ” Çempionlar Liqasının yox, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır.

- Çempionlar Liqasının qrupuna vəsiqə üçün mükafat: 15 milyon 640 min avro.
Ətraflı

- Avropa Liqasnın qrupuna vəsiqə üçün mükafat: 3 milyon 630 min avro.

Faktiki itki: 12 milyon 10 min avro.

3. 27 oktyabr 2022-ci il.

“Nant” (Fransa) – “Qarabağ” 2:1

Avropa Liqası. G qrupu.

Şahruddin səhv ötürməylə topu rəqibə verir və fransızlar qol vuraraq qələbə üçün böyük üstünlük qazanırlar (O qol olmasaydı, oyun bərabərlik bitə bilərdi. Bəli, futboldu, öncədən proqnozlaşdırmaqolmur, amma reala yaxın durum məhz belə idi). Nəticədə “Nant” qrupda 2-ci olaraq Avropa Liqasının pley-offuna, “Qarabağ” isə 3-cü olaraq Konfrans Liqasına vəsiqə qazanır.

Avropa Liqasında qrupda bərabərlik üçün mükafat: 210 min avro.

İtki: 210 min avro.

- Avropa Liqasının qrupunda 2-ci olmaq üçün bonus: 550 min avro.

- Avropa Liqasının pley-offuna (nokaut) çıxış üçün əlavə bonus: 500 min avro.

- Konfrans Liqasının pley-offuna çıxış üçün bonus: 300 min avro.

İtki: 750 min avro.

Toplam itki: 960 min avro.


4. 26 iyul 2023-cü il.

“Rakuv” (Polşa) – “Qarabağ” 3:2.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi.

Kobud səhvlərlə yadda qalan Şah "Qarabağ"ı faktiki qələbədən etdi. Bu səhvlər nəticəsində komanda turu keçə bilməsə 380 min avro itirəcək. Bu günə olan itki ehtimalı: 380 min avro.

Beləliklə, son 2 ildə Şahruddinin kobud səhvləri nəticəsində klub 14 milyon 309 min avro faktiki itki edib. Növbəti mərhələlərdə qazanılacaq qələbələr, daha böyük klublarla oyunlardan əldə edilə biləcək digər mümkün gəlirləri heç saymıram. Adicə ötən il “Barselona”, “Bavariya” və “İnter”li qrupda oynamağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Həmçinin Məhəmmədəliyevin digər, səhv etdiyi, amma komandanın müsbə nəticə qazanaraq unutdurduğu oyunları da bura aid edilməyib.

Son nəticə: 14 milyon avro. Təxminən 27 milyon manat.

Çox böyük rəqəmdi. Nəticə çıxarmaq, bu nəticəyə səbəb olanı çıxarmaq lazımdır. Qurbanovun hər dəfə oyunçularının müdafiəsinə qalxmasını müəyyən mənada başa düşmək olar. Çünki nəticə etibarilə Qurbanov məşqçidir və o, oyunçusuna yönələcək tənqidlərin şiddətini bir qədər azaltmaq adına bu cür reaksiya verə bilər.

Qurbanovu bir kənara qoysaq, bəs klubun Prezidenti Tahir Gözəl, İdarə Heyyətində təmsil olunan şəxslər niyə bu məsələdə dözümlülük nümayiş etdirirlər? Niyə bu “toxunulmaz” qapıçı ilə bağlı heç bir cəza tədbiri görülmür? Niyə “Qarabağ” klubuna etibarlı qapşıçı alınmır? Burada hansı maraqlarvar?

Ümid edirik ki, rəhbərlik bu suallara cavab verəcək və peşəkarlıqdan uzaq hərəkətlərə yol verən belə oyunçularla bağlı ölçü götürəcək!

Ardını oxu...
"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

"Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.

Dünyapress TV

Xəbər lenti