“Milan”ın əfsanəsi və “rossoneri”nin keçmiş texniki direktoru Paolo Maldini klubdan ayrılmasından danışıb.
“Milan” rəhbərliyi Çempionlar Liqasında qələbə qazanmaq üçün layihə tələb etdilər. Mən onlara layihəni təqdim etdim, lakin mənə heç bir cavab vermədilər. Çünki klubun sahibi artıq məni işdən çıxarmaq qərarına gəlmişdi”, - deyə Paolo Maldini bildirib.
“Mən De Ketelarenin uğursuz transferinə dair tənqidləri görmüşəm, lakin yaxşı xatırlayıram ki, Lean, Bennaser və Teo Ernandes üçün sövdələşmələr düzgün qiymətləndirilmədi. Mənə dedilər ki, yay üçün transfer büdcəsi az olacaq, lakin mənim gedişimdən sonra büdcə ikiqat artdı”, - deyə Maldini qeyd edib. Xatırladaq ki, 2018-ci ilin avqustunda Paolo Maldini klubun inkişaf üzrə direktoru təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsini alıb. İtaliyalı “Golden Boy Awards 2022” mükafatlandırma mərasimində “Ən yaxşı avropalı menecer” nominasiyasının qalibi olub. 2023-cü ilin iyununda Maldini “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.