“Yarışa getməzdən öncə orada erməni idmançılarının iştirak edəcəyini bilirdik”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatına - onların Azərbaycan bayrağının üzərinə öz bayraqlarını asmalarına imkan verməyən karateçimiz Zəki Cəfərzadə deyib.
İdmançı qeyd edib ki, ermənilərlə heç bir problem yaşamamağa çalışıblar: “Lakin onlar bizim bayrağımızın üzərinə öz bayraqlarını qoymağa çalışdılar. Mən bunu ilk gördüyüm anda reaksiya verərək, iradımı bildirdim. Təbii ki, etirazım nəticəsiz qalmadı. Hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı kimi bayrağımıza edilən hörmətsizliyə göz yummadım”.
“Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib.
O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki, həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə uymayaq. Mən də öz mədəniyyətimi göstərdim”.
Alika Semixova erməni idmançıdan bu cür hərəkət gözləmədiyini əlavə edib.
Qeyd edək ki, Alika Semixovanın finalda qalib gəldiyi erməni idmançı məğlubiyyəti həzm edə bilməyərək, ona əl uzadan təmsilçimizi vurub. PhotoStock.az Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində iştirak edən idmançılarımızın qarşılanma mərasimini lentə alıb.
Gürcüstanın Batumi şəhərində keçirilən karate turnirində Azərbaycan təmsilçisinə qarşı təxribat törədən erməni idmançı yarışdan kənarlaşdırılıb.
Bu barədə “İctimai Televiziya”ya Azərbaycan Karate-do Federasiyasının prezidenti Arif Məmmədov bildirib.
Onun sözlərinə görə, erməni idmançı həmçinin finalda təmsilçimizə uduzaraq qazandığı gümüş medal da məhrum olub.
Qeyd edək ki, bundan öncə həmin çempionatda ermənilər öz bayraqları ilə Azərbaycan bayrağını örtmək istəyiblər. Amma həmyerlimiz cəld onlara yaxınlaşaraq buna imkan verməyib.
Gənclər və idman naziri Fərid Qayıbov III Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, nazir bu barədə qurumun rəsmi saytındakı qeydində yazıb.
“Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq”, – nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.
“Qəbələ” növbəti transferini gerçəkləşdirib. 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.
"Report" xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub. Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə təşkil olunan Netanya mərhələsində, B qrupunda qərarlaşmış “Neftçi” klubu qrupda sonuncu oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Litva millisinə 20:14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. “Neftçi”nin yarımfinal qarşılaşması iyulun 3-də Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq
İspaniyanın “Marca” nəşri 2022-2023-cü illər mövsümünün ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
Reytinqdə ilk pillənin sahibi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand olub. İlk üçlüyü “İnter Mayami”nin argentinalısı Lionel Messi və braziliyalı vinger, “Real Madrid”in futbolçusu Vinisius Junior daxil olub.
Top-10-u təqdim edirik:
1. Erlinq Holand (“Mançester Siti”)
2. Lionel Messi (“İnter Mayami”)
3. Vinisius Junior (“Real Madrid”)
4. Kilian Mbappe (PSJ) 5. Kevin de Bruyne (“Mançester Siti”)
6. Rodri (“Mançester Siti”)
7. Antuan Qrizman (“Atletiko”)
8. Viktor Osimen (“Napoli”)
9. İlkay Gündoğan (“Mançester Siti”, hazırda “Barselona”ya transfer olunub).
Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
Trend xəbər verir ki, Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.
Qədir Hüseynov (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.
Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.
“Çətin döyüş oldu, rəqibim çox güclü idi. Əlimdən gələni etdim, finala yüksəldiyim üçün çox xoşbəxtəm”.
Bunu “Report”a açıqlamasında III Avropa Oyunlarının yarımfinalında Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) deyib.
Finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı bildirib ki, artıq növbəti hədəfi Fransada uğur əldə etməkdir: “Artıq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Olimpiadaya ciddi hazırlaşıb, qızıl medal qazanmağı düşünürəm. Ümumiyyətlə, həvəskar boksda güclü nəticələr göstərdikdən, həmçinin Olimpiadada medal qazandıqdan sonra peşəkar boksa keçməyi hədəfləyirəm. Finaldakı rəqibim barədə məlumatlıyam. Onunla İtaliyada təlim-məşq toplanışında sınaq döyüşlərdə gücümü yoxlamışam. Avropa Oyunlarında qızıl medala iddialıyam. Ümid edirəm ki, finalda qalib gələrək birinci olacaq, Azərbaycan xalqını sevindirəcəyəm”.
Qeyd edək ki, M.Abdullayev iyulun 2-də finalda böyük britaniyalı Delişes Ori ilə üz-üzə gələcək.