“Olimpiakos” - “Qəbələ” oyununun hakimləri bəlli olubYaradılıb 12.11.2023 09:42 | Baxış sayı: 308“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib."Qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis adına stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Facebook-da paylaş