Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub - FOTO
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.

Bu gün çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.

Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə Azərbaycan və Mərakeş komandaları arasında olub.

Özbəkistana beş cavabsız qolla qalib gələn Polşa yığması bürünc medallara sahib çıxıb. Qarşılaşmada Marek Setkieviç (3), Marta Şostak (1) və Marianna Olbrix (1) fərqlənməyi bacarıblar.

Finalda Mərakeşi 4:0 hesabı ilə üstələyən Azərbaycan millisi isə dünya çempionu olub. Rəqib komandanın qapısından qolları Tərlan Qurbanaliyev (2), Şamil Budaqov (1) və Şahmar Nağızadə keçiriblər.
Mundialın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.

Sonda dörd, beşinci və altıncı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə görə təşəkkürnamə, ilk üç yeri tutanlara isə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, dünya çempionu olan Azərbaycan yığmasına kubok təqdim edilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699501387_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699501388_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699501390_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699501391_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699501392_6.jpg
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti