Hücum xəttini gücləndirmək istəyən Madrid "Real"ı Klaudio Eçeverrini transfer etmək istəyir.
32gun.az "Diario AS"a istinadla xəbər verir ki, "kral klubu" Argentinanın "River Pleyt" komandasının hücumemeyilli yarımmüdafiəçisini transfer etmək üçün klubla danışıqlar aparıb.
“Real” Kilian Mbappe üçün fantastik pullar xərcləməkdənsə, Eçeverrini sıralarına qatmaq istəyir. La Liqa təmsilçisi, Eçeverrini izləmək üçün İndoneziyada keçirilən FIFA U-17 Dünya Çempionatına müşahidəçi göndərib. “Real”ın nümayəndələri futbolçunun oyununu bəyənib. Bildirilir ki, Klaudio Eçeverrini transfer etmək üçün PSJ və Mançester Siti də hərəkətə keçib.