“Sizi nə dildə başa salaq ki, klubdan gedəsiz, istefa verəsiz?” –
Gəncəlilər boğaza yığılıb.

Cari mövsümün açılış turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “sarı-göylər” o vaxtdan bu yana qələbənin nə olduğunu bilmir.

Son 10 qarşılaşmada 3 halda heç-heçəyə seviniblər, digər 7 oyunda meydanı məğlub başa vurublar.

Komandanın 6 xalla Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində “sürünməsi” Gəncə publikasının haqlı narahatlığına və narazılığına səbəb olub. Artıq neçə oyundur etirazlar hansısa formada bildirilir.

Şənbə günü “Turan Tovuz”la qarşılaşmada alınan 0:4 hesablı ağır yenilgi bardağdakı suyun daşmasına səbəb oldu. Bir qisim stadionu vaxtından əvvəl tərk etdi, yerdə qalanlar isə futbolçuları haqq-hesaba çağırdı.

Görünən və bilinən odur ki, fanatlar “Kəpəz”də dəyişikliklərin olmasını arzulayır. Bunu onların sonuncu yenilgidən sonra klubun sosial şəbəkə hesablarına yazdıqları şərhlərdən də görmək mümkündür:

“Hamınız istefa verib gedin. Məşqçilər heyəti, hamı, hamı”.

“Deyəsən, bunlar komandanı diviziona salmamış getməyəcəklər. Adamda istefa mədəniyyəti olar. Siz “Kəpəz” azarkeşlərini ələ salırsınız? Azarkeşlər sizi klubda görmək istəmir, a kişi. Hamınız tam heyətlə istefa verin. Tarixi “Kəpəz”in adını batırmayın”.

“Kəpəz”in rəhbərliyi və baş məşqçi, istefa verin! Belə biabırçılıq olmaz! “Kəpəz”in adını batırmayın”.

“Gedin Region Liqasına. Sizin yeriniz oradır. Hətta orada da sizdən güclü komandalar var. Siz Gəncəni təmsil etməyə layiq deyilsiz”.

“İlqar Nadirinin otağına girib Tərlan Əhmədovu qovanlar, gəlin cavab verin. Maaşdan, puldan ötrü oturmayın orada. Çıxın gedin!”

“Mən tanıdığım, şəxsiyyətinə hörmət etdiyim Azər Məmmədov, yəqin ki, bu məğlubiyyətdən sonra istefa verər”.

“Adam özündə olmalıdır və deməlidir ki, bu qədər məğlubiyyətdən sonra necə qalım burada? Bu hesabla uduzandan sonra da istefa verməsə, daha heç nə. Normal məşqçi gətirsinlər, komandanı oynatsın”.

“Qardaş, alınmır da səninki. “Kəpəz”i niyə pis günə qoyursuz? Gedin, imkan verin bacaran gəlsin”.

“Mən dedim, yəqin, utandığından mətbuatın önünə çıxmaz. Dərhal istefa ərizəsini yazar. Keçən dəfə meydança bəhanə idi, indi də hakim.

“Kəpəz” heç kimin dədəsinin obyekti deyil. Sizi nə dildə başa salaq ki, gedəsiniz”.

“Hardasız “Kəpəz”də yalnız gəncəlilər işləməlidir” deyənlər? Bu de, hamısı gəncəlilərdir”. \\SPORTİNFO.AZ
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti