Argentinalı superulduz Lionel Messi Kriştianu Ronaldu ilə uzun sürən rəqabətdən danışıb.
Fanat.az xəbər verir ki, “L’Equipe” 8-ci dəfə “Qızıl top” mükafatına layiq görülən 36 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Bu, böyük bir döyüş idi. Atletika baxımından Kriştianu çox yaxşı idi. Düşünürəm ki, rəqabətimiz sayəsində bir-birimizə fayda vermişik. Çünki ikimiz də yarışmağı sevirik. O da həmişə hamını məğlub etmək istəyirdi.
Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi Düşünürəm ki, belə rəqabət həm biz, həm də futbolsevərlər üçün çox gözəl tarix oldu. Bu müddət ərzində gördüyümüz işlər çox dəyərlidir. Çünki, necə deyərlər, zirvəyə çıxmaq asan, orada qalmaq isə çətindir. Nə qədər olduğunu dəqiq bilmirəm, 10 və ya 15 il zirvədə qaldıq. Bu səviyyədə qalmaq çox çətin idi. Bu, futbolu sevən hər kəs üçün böyük rəqabət və gözəl xatirədir”.