1958-ci ildəki Münhen aviaqəzasında Bobbi Çarltonun 20 yaşı var idi. O, ingilis futbolunun əsas istedadlarından hesab edilirdi və həmin "Basbinin körpələri"ndən biri: çox gənc yaşda parlamağa başlayıb "Mançester Yunayted"in əsas heyətində çıxış edən və ardıcıl iki dəfə çempionluq əldə edən "Mançester"in yetirmələrindən idi.
5 fevral 1958-ci ildə Bobbi Belqradda dubl etdi, "Yunayted" isə "Srvea Zvezda"nı keçərək Çempionlar Kubokunun yarımfinalına vəsiqə qazandı. Növbəti gün isə saat 15:03-də Çarlton təyyarənin kabinindən bayıra atıldı.
Münhendə yanacaq doldurulmasından sonra təyyarədə uçmaqla bağlı problemlər yaranmışdı. İki uğursuz çəhddən sonra üçüncü dəfə cəhd edildi. Nəticədə təyyarə yetərincə lazım olan yüksəkliyi və sürəti əldə edə bilmədi və uçuş-enmə zolağını geridə qoyduqdan sonra təyyarə yaşayış binasına çırpıldı.
Çarlton həmin an oturacağına kəmərlə bağlanıb oturmuşdu və çırplma zamanı kabindən düşərək kənara atıldı. Təyyarədən sağ-sağlam çıxan komanda yoldaşı qapıçı Harri Qreqq Bobbini görəndə düşünmüşdü ki, o, artıq ölüb. Buna baxmayaraq Harri Bobbini və başqa futbolçunu dartaraq qəza sahəsindən uzaqlaşdırdı ki, təyyarə hər an partlaya bilər.
Bobbi başından zədələr aldı və xəstəxanada bir həftə keçirdikdən sonra Mançesterə qaytdı. Heç də hər kəsin bu qədər bəxti gətirmədi: qəzada 23 insan həlak oldu, onlardan səkkizi "Yunayted"in oyunçuları idi. Çarlton həlak olan komanda yoldaşlarına görə çox əzab çəkirdi:
"Sadəcə anlaya bilmirəm, nə üçün və necə mən təyyarədən 15 metr aralığına kənara atıldım və başımda sadəcə bir dənə şiş oldu?! Bu necə baş verə bilər, axı?! Mən necə görə və bilə bilərəm ki, mənə heç nə olmadı, amma dostlarım həlak oldular?! Axı, niyə hər şey bu cür baş verdi?!"
"Basbinin körpəsi"ndən Bobbi böyük oyunçuya olaraq böyüdü. "Mançester Yunayted"dəki 17 illik karyerasında o, 249 qol vurdu, Çempionlar Kubokunu qazandı və klubun əsl əfsanəsinə çevirildi. Bundan başqa Bobbi 1966-cı ildə isə İngiltərə millisi ilə tarixi və hələlik yeganə olan Dünya Kubokunu qazanaraq millətin qəhramanı oldu. Bonus olaraq isə layiq olduğu "Qızıl top"u qazandı.
İnanılmaz bir təsadüf nəticəsində 65 il əvvəl sağ qalan ser Bobbi Çarlton dünən vəfat etdi.
Teref.az