"Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edəcək".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə yerli "Hakken" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib: "Biz də bunu çox gözəl başa düşürük. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00--da başlayacaq.