Arda Gülərə qarşı ŞOK İDDİA QALDIRILDI -
Keçdiyimiz günlərdə böyük ümidlərlə Türkiyənin məşhur futbol klubu Fənərbağçadan İspaniyanın “Real Madrid” klubuna transfer olunan Arda Gülər cəbhəsində işlər yolunda getmir. Futbol dünyasının maraqla izlədiyi adlardan olan Arda Gülər ilk hazırlıq oyunundakı zədə səbəbindən sarsıldı. Məşhur ispaniyalı həkimin açıqlaması isə insanları məyus edib.
Referans.az futbol dünyasında şok təsir yaradan Arda Gülərin zədəsini və son məlumatları araşdırıb.

Fənərbağçadan Real Madridə transfer olan və təlimlərdə göstərdiyi performansına görə böyük marağa səbəb olan Arda Gülərə nəzər dəyib. Real Madriddə məşqlərdə göstərdiyi performansla qısa müddətdə özünü doğruldaraq böyük bəyəni toplayıb. Amma keçdiyimiz həftə qatıldığı təlimdə Eduardo Camavinqa ilə girdiyi rəqabətdə zədələnib. Sonrakı günlərdə isə gənc futbolçu komanda yoldaşlarına qatılmadan təlimlərə davam etməli olub. Barselona ilə oyundan əvvəl Arda komandada əzələ məşqinə üstünlük veririb. Amma reabilitasiya məşqlərinin davamında xoşagəlməz nümunələr ortaya çıxıb. Gənc ulduzdan götürülən testlər bütün planları alt-üst edib.

Sadə bir əzələ yorğunluğu kimi görünən bu hal sağ dizindəki iç qanamaya çevrilib. Hazırda gənc futbolçunun dizində ciddi bir zədə mövcuddur. Bu zədənin ardınca Real Madrid və komanda həkimi bir açıqlama verib. Zədəsinə görə Amerikadakı hazırlıq oyunlarında forma geyinə bilməyən Arda Gülərə yeni testlər edildiyini açıqlayan Real Madrid rəhbərliyi türkiyəli ulduzun zədəsinin olduqca ciddi olduğunu vurğulayıb. İtalyalı məşqçi Carlo Angelottie isə Barselona ilə oynanan oyundan sonra verdiyi açıqlamada “Arda Gülərin dizində bir problem var və bunu Madriddə sağalda bilərik – deyib.

Təəssüflər olsun ki, Arda Gülər uğursuz bir dövrdən keçir. Ulduz futbolçunun həkimi Luis Ripol çox vacib açıqlamalar verərkən oyunçunun daha əvvəllər də dizindən problem yaşadığı məlum olub. Arda Gülər əzələlərində meydana gələn həddindən çox yüklənməyə görə zədələnib və klub tərəfindən yaşıl meydanlardan nə qədər uzaq qalacağı mövzusunda net bir tarix verilməyib.

Əmaliyyat edilməsi qərara alınan Arda Gülərin təxminən 3 ay yaşıl meydanlardan uzaq qala biləcəyi bildirilir.
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti