Fransalı Tanguy Ndombele və kolumbiyalı Davinson Sançesin “Qalatasaray”a keçidi rəsmiləşib.
Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat verilib.
Futbolçuların keçidinin maddi tərəfləri də bəlli olub. Məlumata görə, bir illik icarə əsasında İstanbul klubunda çıxış edəcək Ndombelenin cari mövsüm üçün məvacibi 3,1 milyon avro olacaq. Əgər komanda onu almaq istəsə, o zaman 15 milyon avro ödəmək məcburiyyətində qalacaq. Bu məbləğ beş il ərzində beş dəfəyə ödəniləcək.
Sançesə gəlincə, futbolçu ilə 4+1 illik razılaşma imzalanıb. O, “sarı-qırmızılar”ın heyətində ildə 3,2 milyon avro qazanacaq. Qeyd olunur ki, kolumbiyalı Türkiyə nəhənginə 9,5 milyon avroya başa gəlib ki, bu məbləğ də öz növbəsində beş il ərzində beş dəfəyə ödəniləcək.