“Qalatasaray” Türkiyə Super Liqasının IV turunu qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə “Qaziantep”i böyük hesabla məğlub edib - 3:0.
“Sarı-qırmızılar”ın qollarını Kerem Aktürkoğlu və dubl edən Mauro İkardi vurublar. Son çempion “Qalatasaray” üç oyunda yeddi xal toplayıb və yeddincidir. Hələ xal qazana bilməyən “Qaziantep” sonuncu - 20-ci pilləni tutur.