Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqzin günahsız olduğu ortaya çıxıb.
BBC xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb.
Məlumatda qeyd olunur ki, iyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.
Qeyd edək ki, Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra azadlığa buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan Giqqz 2021-ci ildə komandadan ayrılıb.