Ardını oxu...
Türkiyə millisinin oyunçusu Merih Demiral Kriştianu Ronaldu, Dybala və Bonuccinin ona hədiyyə etdiyi formaları satışa çıxarıb. Qısa saatda formaların biri satılıb. Ronaldonun futbol geyim forması 5 milyon türk lirəsinə alınıb. Futbolçu həmin pulu zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə AHBAP təşkilatının hesabına köçürüb.
Digər iki futbolçunun formaları isə hazırda açıq satışa qoyulub. Ondan əldə edilən pullar da zərərçəkənlərə ödəniləcək.
Teref.az
Ardını oxu...
Türkiyənin milli basketbolçusu Furkan Korkmazın zəlzələdən zərərçəkənlər üçün başlatdığı yardım kampaniyasına komanda yoldaşı, “Filadelfiya 76ers”in oyunçusu Ceyms Harden də qoşulub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Furkan tviter hesabından məlumat paylaşıb.

Korkmaz açıqlamasında “Hardenlə də danışdım. O, bizim dərdimizə şərik olduğunu və nə lazımdırsa etmək istədiyini bildirdi. Onun imzalı formasını da hərracla satışa çıxarırıq. Əldə olunacaq gəlir zəlzələ bölgəsində istifadə etmək üçün Ahbap Dərnəyinə göndəriləcək”, - deyə qeyd edib.
 
 
 
Ardını oxu...
“Qalatasaray” klubu yeni transferi Nikolo Zaniolonun yer aldığı bir paylaşım edib.

Paylaşımda zəlzələdə həyatını itirən 17 yaşlı “Qalatasaray” tərəfdarı Muhammed Emin Özkan da anılıb. Özkan Zaniolo üçün hazırladığı video ilə gündəm olmuşdu.

“Muhammed və bütün türk xalqı üçün çox kədərliyəm. Mən dəstək üçün əlimdən gələni etdim. Gəlin hamımız töhfə verək və birlikdə əvvəlkindən daha güclü olaq”, - deyə “Qalatasaray”ın yeni transferi Nikolo Zaniolo bildirib.

Qeyd edək ki, “Qalatasaray” tərəfdarı olan 17 yaşlı Muhammed Emin Özkan dağıntılar altında qalaraq həyatını itirib. Gənc fanatın “Twitter”də Nikolo Zaniolo üçün hazırladığı montaj videosu diqqət çəkmişdi. Bu görüntülər “Qalatasaray”ın hazırladığı videoda da paylaşılıb.

Həmçinin Zaniolonun Məhəmməd üçün 17 nömrəli formanı da geyinəcəyi bildirilib.

“Həyatını itirən vətəndaşlarımızı hörmətlə yad edirik, heç birinizi unutmayacağıq!

Fəlakət bölgələrinə çatdırılmaq üçün Nef Stadionunda və “Qalatasaray” Taçspor müəssisələrində yardımlarınızı gözləyirik”, - deyə “Qalatasaray”dan qeyd edilib.
 
Ardını oxu...
FIFA 2022-ci ilin ən yaxşı kişi baş məşqçisi nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda 3 mütəxəssis yer alıb.

Finalçılar bunlardır: Karlo Ançelotti (İtaliya / "Real Madrid"), Xosep Qvardiola (İspaniya / "Mançester Siti"), Lionel Skaloni (Argentina millisi).

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.
 
Ardını oxu...
UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində vurduğu qolları səsverməyə çıxarıb.

Qol.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumu Konfrans Liqasının rəsmi İnstaqram hesabında paylaşım edib.

Səsverməyə çıxarılan qollar arasında Marko Yankoviç, Ovusu Kvabena və Abdullah Zubirin “Nant”a (ev oyunu, 3:0), həmçinin Ovusu və Ramil Şeydayevin “Olimpiakos”a vurduğu qollar (səfər oyunu, 3:0) yer alıb.

UEFA paylaşımını belə şərh edib: “Qarabağ”ın ən çox bəyəndiyiniz qolu hansıdır?”

Qollara buradan baxa bilərsiniz.
Ardını oxu...
“Trabzonspor” klubunun keçmiş futbolçusu Volkan Kahraman qətlə yetirilib.

Teref.Az xəbər verir ki, o, Avstriyada küçədə başından güllələnib.

Mənbənin məlumatına görə, 43 yaşında dünyasını dəyişən futbolçu tanışı tərəfindən öldürülüb. O, yeməkxanada bir nəfərlə qızğın mübahisə edib. Mübahisədən sonra küçəyə çıxan şəxsin silahını çıxararaq Kahramanı başından vurduğu iddia edilib. Mübahisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

1990-cı illərin sonlarında Avstriya futbolunun ən böyük istedadlarından biri hesab edilən Volkan Kahraman peşəkar karyerasına “Feyenoord”da başlayıb. Daha sonra Niderlandın birinci liqasında çıxış edən “Excelsior Rotterdam”da 3 mövsüm oynayıb. Avstriya Bundesliqasında “Paşinq” üçün iki uğurlu mövsüm keçirdikdən sonra 2002-ci ildə sözügedən ölkənin milli komandasına çağırılıb. O, Avstriya yığmasında üç oyun keçirib.

Vyanada türk mühacir ailəsində anadan olan keçmiş yarımmüdafiəçi 2000-ci ildə “Trabzonspor”a keçib. Oradan 2001-ci ildə “Ərzurumspor”a icarəyə verilən Kahraman daha sonra 2001-ci ildə yenidən “Paşinq”ə transfer olunub. O, karyerasının son illərini Avstiyanın aşağı liqa komandalarında keçirib.

Volkan Kahraman 2011-ci ildən məşqçiliyə başlayıb. 2015-2018-cı illərdə azərbaycanlıların Avstriyada yaratdıqları və III Liqada çıxış edən “Qarabağ Vyana” komandasında direktor, daha sonra baş məşqçi kimi çalışıb.\\Fanat.az
 
Ardını oxu...
Türkiyədə futbol liqaları 3-4 marta qədər təxirə salınıb.

Cebhe.info xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlayıb.

“Ağrımız böyükdür. Ona görə də matçlarımıza martın 3-4-dən başlamaq qərarına gəldik. "Hatayspor" klubu bu gün məktub göndərib. O, bu mövsüm oyunlarında iştirak etməyəcəyini bizə bildirdi. "Qaziantep" FK da liqadan çıxmaq istəsə, bu iki klubun hüquqlarının qalması şərti ilə liqaya 17 komanda ilə davam etməyi planlaşdırırıq",-deyə o bildirib.

Qeyd edək ki, zəlzələdən sonra Türkiyə Futbol Federasiyası ilk açıqlamasında matçların fevralın 17-də oynanılacağını açıqlamışdı.
Ardını oxu...
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatını təşkil etməyə iddialıdır.

Fanat.Az "Politico"ya istinadən xəbər verir ki, səudiyyəlilər bunun üçün hər şeyə getməyə hazırdır.

Mənbənin məlumatında qeyd olunur ki, sözügedən ölkə hətta birgə müraciət xatirinə Yunanıstan və Misirdəki idman obyektlərinin tikinti xərclərini də ödəməyə razıdır.

Bunun müqabilində səudiyyəlilər dünya çempionatının oyunlarının 75 faizinin öz torpaqlarında keçirilməsini xahiş edirlər. Bu təklifin qəbul edilib-edilmədiyi hələlik məlum deyil. Amma indi bu üç ölkə birgə ərizə üzərində işləyir.

Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün əsas rəqibləri - Avropadan İspaniya, Portuqaliya, Ukrayna, Cənubi Amerikadan isə Argentina, Uruqvay, Paraqvay və Çilidir.
 
 
 
Ardını oxu...
İngiltərə Premyer Liqasında VIII turdan təxirə salınmış bir görüş keçirilib.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Lids”lə qarşılaşıb.

Oyunda hesab erkən açılıb. 1-ci dəqiqə qonaqların heyətində Qnonto fərqlənib. “Qırmızı şeytanlar” ikinci hissəyə də məyus başlayıblar. 48-ci dəqiqədə Rafael Varan avtoqolla yorkşirliləri hesabda önə çıxarıb.

Bununla belə özündə güc tapan “manukunianlar” hesabda tarazlıq yarada biliblər. 62-ci dəqiqədə Markus Reşford, 70-ci dəqiqədə isə Ceydon Sanço fərqlənərək status-kvonu bərpa edib.

Oyunda başqa qol olmayıb.

Bu nəticə ilə xallarının sayını 43-ə yüksəldən “Mançester Yunayted” 3-cü pillədə qalıb. “Lids” isə 19 xalla 16-cıdır.

 

Dünyapress TV

Xəbər lenti