“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.
Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.
27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.