Ardını oxu...
Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında debüt edib.

42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayıb. O, matçın 5-ci dəqiqəsində kapitan sarğısını alaraq, meydana çıxıb. Ronaldinyonun debüt oyunu onlayn platformalarda ümumilikdə 1 milyondan çox izlənib.

Sözügedən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında “Pio” 3:1 qalib gəlib.

“Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7x7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.

 
 
 
Ardını oxu...
Qurban Qurbanov büt deyil. Onu da tənqid etmək olar. Hətta edilməlidir də. Həm özünün, həm də futbolun inkişafı naminə. Yəni Qurban Qurbanovun tənqid olunması tam məntiqlidir. Hətta futbol olmayan ölkənin komandasından avrokuboklarda qalib gəlməyi tələb etməkdə də məntiq tapmaq olar.

Amma “Qurban Qurbanov istefaya getməlidir, daha üst “level” gəlməlidir” tələbi…

Bu, tənqid deyil, dostlar. Bu, intriqadır. Bu, uğur qazanan azərbaycanlını baltalamaqdır, linç etməkdir. Ya bilməyərəkdən, ya da… Bu, elə ölkədəki kadr siyasətinə adekvat tələbdir.

“Üst level” deyəndə kimi nəzərdə tutursunuz? “Xəzər Lənkəran”a gələn Con Toşakı, ya Mirça Redniki, Mustafa Dənizlini? Hələ digər komandalara gətirilən “üst level”ləri demirəm. Nə etdilər, nə verdilər bu ölkənin futboluna? Kərəni kürə etmədikləri bəlli? O “üst level”iniz niyə, məsələn, “Neftçi”yə gətirmirsiniz?

Gətirin, “Neftçi”ni də çox demirəm, “Qarabağ” səviyyəsinə çatdırsın o “üst level”. Axı bu ölkədə xalqın pulunu “Qarabağ”a yox, “Neftçi”yə ayırırlar. Pulunuzun davasını niyə aparmırsınız? Niyə Qurban getməlidir? Yəni bu ölkədə “Qarabağ”dan savayı komanda yoxdur ki, səviyyəli məşqçinizi ora gətirəsiniz? Bu yoxluq o demək deyil ki, heç Qurban Qurbanovdan da yoxdur bu ölkədə. Yəni sizə aydın deyil ki, Qurban Qurbanov olmasa, bu “Qarabağ” olmayacaq? Lap Mourinyonu da gətirsəniz.

Yəni sizin məntiqiniz o qədər qırılıb ki, hansı ölkədə yaşadığınızı, hansı kadrların sizə göstəriş verdiyini bilmirsiniz?

Yəni bilmirsiniz ki, bu ölkədə Qurban Qurbanovu sevmirlər, sevənlərin də əlində heç bir səlahiyyət yoxdur? Yəni başa düşmürsünüz ki, bu ölkəyə Qurban yox, Rövnəq Abdullayev, Elxan Məmmədov, Mahir Məmmədov, Elşad Nəsirov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Rauf Əliyev, Zaur Axundov, Kamran Quliyev, Maqsud Adıgözəlov, Oqtay Abdullayev lazımdır? Nə vaxt onları istefaya çağırdınız? Guya çağırsaydınız, sizi it yerinə qoyan olacaqdı bu ölkədə? Bu ölkəyə onlar lazımdır, Qurban Qurbanov yox.

Və bu gün “Qurban getməlidir” deməklə, Rövnəqin, Elxanın əlinə oynadığınızın fərqindəsiniz?

Kimdir günahkar? Heç şübhəniz olmasın ki, Qurban Qurbanovdur. 2009-cu ilin iyul ayında “Rusenburq”la oyuna baxmağa gedəndə hamımız “Qarabağ”ın böyük hesabla uduzacağını düşünmürdük? Düşünürdük! “Qarabağ” böyük hesabla məğlub olsaydı, kimsə Qurban Qurbanovu istefaya çağıracaqdı? Çağırmayacaqdı. Məğlubiyyət sindromuna alışmış azarkeşdə bu tələb haradan ola bilərdi? Məğlub xarakterli azarkeşi qalib xarakterə kim yüksəltdi? Qurban Qurbanov!

Öz günahındır, çək, Qurban Qurbanov. Amma həm də sevin. Sevin ki, sənin istefanı məğlub xarakterli adamlar yox, qalib xarakterli insanlar istəyir. Necə deyərlər, kişinin də qoluna gərək qandalı kişi vursun axı.

Öz günahındır, çək, bu günahı da çək, Qurban Qurbanov.

Natiq Muxtarlı

aut.az
 
Ardını oxu...
Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Marselo ölkəsinin "Fluminense" komandasına keçib.

Bu barədə 35 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçu yetirməsi olduğu kluba transferinin detallarını açıqlamayıb.

Qeyd edək ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub.
Ardını oxu...
Azərbaycanın Avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” da mübarizəni dayandırıb.

Ağdam klubu Belçikanın “Gent” klubuna uduzaraq Konfrans Liqasına “əlvida” deyib.

“Gelamko Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb.

Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan “Gent” adını 1/8 finala yazdırıb.
Ardını oxu...
Fevralın 24-də veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində gerçəkləşəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Ölkə çempionatının keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Yarış saat 10:00-da başlayacaq.
 
Ardını oxu...
Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra zərərçəkənlərə dəstək məqsədilə təşkil edilən "Kocaelispor"- "Sakaryaspor" matçında meydançaya daxil olaraq qalmaqal yaradan azarkeş iki komandanın camiasından üzr istəyib.

Türkiyə KİV yazır ki, azarkeş sosial şəbəkədəki hesabında paylaşım edib.

Klubun fanatının sosial şəbəkədə paylaşdığı videoda "Əvvəla, zəlzələdən zərər çəkən bacı-qardaşlarımdan üzr istəyirəm. Böyük bir şərəfsizlik və xainlik etmişəm. "Sakaryaspor" və "Kocaelispor" camiasından üzr istəyirəm, nalayiq hərəkət etdiyim üçün" deyə bildirib.

 
Ardını oxu...
Yaroslavlın “Şinnik” futbol komandası Türkiyənin Antalya şəhərində Ukraynanın “Minay” klubunun futbolçuları ilə kütləvi davaya görə təlim-məşq toplanışının təşkilatçısından pul təzminatı alıb.

Bu barədə “Şinnik”in baş direktoru Sergey Kulakov bildirib.

O, qeyd edib ki, Rusiya klubu Antalyadakı “Royal Seginus” hotelini bron edən agentliyə fevralın 17-də iddia göndərib.

Mənbə: kpiz.ru
 
Ardını oxu...
Türkiyədə daha bir komanda zəlzələyə görə ölkə çempionatındakı çıxışını müvəqqəti olaraq dayandırıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, III Liqada mübarizə aparan "Elazığspor" cari mövsümü başa vura bilməyəcək.

Klub artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb. Elazığ təmsilçisinin istəyinin müsbət qarşılanacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", I Liqada "Adanaspor" və "Yeni Malatyaspor", II Liqada "Adıyamanspor" və "Diyabekirspor", III Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacaq.
Ardını oxu...
Braziliyanın "İtuano" koamdasının qapıçısı Cian Kayo evində ölü tapılıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hadisənin fevralın 18-də baş verdiyi ehtimal olunur.

21 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Cian Kayo ölkənin ən istedadlı qapıçılarından hesab olunurdu.
 
Ardını oxu...
"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə cavab oyununa itki ilə çıxacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Yankoviç fevralın 23-də keçiriləcək cavab oyununu buraxacaq. Monteneqrolu yarımmüdafiəçinin sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, “Qarabağ” “Gent”ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib.
 

Dünyapress TV

Xəbər lenti