Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində daha bir medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 100 metrə məsafəyə “butterfly” üsulu ilə üzmədə 57,83 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərib. Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.