“Qalatasaray” klubu yeni transferi Nikolo Zaniolonun yer aldığı bir paylaşım edib.
Paylaşımda zəlzələdə həyatını itirən 17 yaşlı “Qalatasaray” tərəfdarı Muhammed Emin Özkan da anılıb. Özkan Zaniolo üçün hazırladığı video ilə gündəm olmuşdu.
“Muhammed və bütün türk xalqı üçün çox kədərliyəm. Mən dəstək üçün əlimdən gələni etdim. Gəlin hamımız töhfə verək və birlikdə əvvəlkindən daha güclü olaq”, - deyə “Qalatasaray”ın yeni transferi Nikolo Zaniolo bildirib.
Qeyd edək ki, “Qalatasaray” tərəfdarı olan 17 yaşlı Muhammed Emin Özkan dağıntılar altında qalaraq həyatını itirib. Gənc fanatın “Twitter”də Nikolo Zaniolo üçün hazırladığı montaj videosu diqqət çəkmişdi. Bu görüntülər “Qalatasaray”ın hazırladığı videoda da paylaşılıb.
Həmçinin Zaniolonun Məhəmməd üçün 17 nömrəli formanı da geyinəcəyi bildirilib.
“Həyatını itirən vətəndaşlarımızı hörmətlə yad edirik, heç birinizi unutmayacağıq!
Fəlakət bölgələrinə çatdırılmaq üçün Nef Stadionunda və “Qalatasaray” Taçspor müəssisələrində yardımlarınızı gözləyirik”, - deyə “Qalatasaray”dan qeyd edilib.