Türkiyə millisinin oyunçusu Merih Demiral Kriştianu Ronaldu, Dybala və Bonuccinin ona hədiyyə etdiyi formaları satışa çıxarıb. Qısa saatda formaların biri satılıb. Ronaldonun futbol geyim forması 5 milyon türk lirəsinə alınıb. Futbolçu həmin pulu zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə AHBAP təşkilatının hesabına köçürüb. Digər iki futbolçunun formaları isə hazırda açıq satışa qoyulub. Ondan əldə edilən pullar da zərərçəkənlərə ödəniləcək. Teref.az