Ardını oxu...
“Mançester Yunayted” Kriştianu Ronaldunun gedişindən sonra məvaciblərə məhdudiyyətlər tətbiq edib.

Məlumata görə, bu yeniliyə artıq “Ronaldu qaydası” adı verilib.

Kriştianunun “Mançester Yunayted”dəki məvacibi digər oyunçularla müqayisədə xeyli yüksək idi. İndi “Yunayted”də bir oyunçu üçün mümkün olan maksimum həftəlik maaş limiti 200 min funt-sterlinq müəyyənləşdirilib.

Klubun rəhbərliyi və məşqçilər heyəti bu addımı oyunçular arasındakı mümkün paxıllıq hallarını aradan qaldırmaq üçün atıblar.

Yeni qayda David De Xeyaya birbaşa təsir edəcək. Qapıçı 2023-cü ilin yayına qədər olan müqavilə ilə həftədə 375 min funt sterlinq alır. “Mançester Yunayted”də qalmaq üçün o, maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə razılaşmalı olacaq. Belə halda onun qazancı Bruno Fernandeslə bərabərləşəcək. İspaniyalı razı olmasa, klubu tərk etməli olacaq.

Hazırda “Yunayted”in mühüm oyunçuları Rafael Varan, Harri Maquayer, Kazemiro və Fernandes təxminən bərabər maaş alırlar (həftədə 180 – 200 min funt sterlinq arasında). Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maaşlar azalacaq. Müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan Lyuk Şouya da analoji məvacib təklif olunacaq.

“Mançester Yunayted”in ideyası daha çox oyunçunun təxminən eyni maaşa sahib olmasıdır. Klub artıq ayrı-ayrı super ulduzların məvacibinə həftədə 500 min funt-sterlinq xərcləmək istəmir.

Mənbə: sports.ru
 
Ardını oxu...
İngiltərə FA Kubokunda 1/32 final mərhələsinin ilk oyunu Mançesterdə keçirilib.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” “Everton”u qəbul edib.

Oyun “qırmızı şeytanlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə “manukunianlar” 1/16 finalın ilk iştirakçısı olub.

 
Ardını oxu...
Kriştiano Ronaldo Portuqaliya millisində komanda yoldaşı olan Pepeni yeni transfer olunduğu “Əl-Nəsr”də görmək istəyir.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, Ronaldo artıq Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ilə bu barədə danışıb.

“Əl-Nəsr”in Ronaldonun bu təklifinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, fevralda 40 yaşı tamam olacaq “Portu”nun müdafiəçisinin klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.
 
Ardını oxu...
“Liverpul”un baş məşqçisi Yürgen Klopp Almaniya millisini çalışdıra biləcəyini istisna etməyib.

Fanat.az xəbər verir ki, “Bild” nəşri onun dediklərini belə çatdırıb:

“Nə vaxtsa Almaniya millisinin baş məşqçisi olacağımı istisna etmirəm. Amma indi bunun üçün uyğun zaman deyil. Çünki “Liverpul”dan getsəm, bir il boyunca işləməyəcəyəm”.

Xatırladaq ki, Klopp 2015-ci ildən “Liverpul”un “sükanı arxası”ndadır. DÇ-2022-də Yaponiya, İspaniya və Kosta Rika ilə eyni qrupda mübarizə aparan və 1/8 finala çıxa bilməyən Almaniya seçməsini Hans-Diter Flik çalışdırır.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu Kadi Borgesin “Krasnodar”a transfer olunduğunu rəsmən açıqlayıb.

Teref.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.

Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. “Krasnodar” da müqavilədəki bu bənddən yararlanıb.

Qeyd edək ki, Kadinin transferi ilə “Qarabağ” Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.

Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.
 
Ardını oxu...
Kriştianu Ronaldu bildirib ki, “Əl-Nəsr”ə keçid onun karyerasının sonu demək deyil. 37 yaşlı hücumçu Səudiyyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

“Mənim üçün bura gəlmək karyeramın sonu deyil. Ona görə də dəyişiklik gətirmək istəyirəm və düzünü desəm, insanların nə dediyi məni maraqlandırmır. Mən qərar vermişəm və buna görə məsuliyyət daşıyıram.

Bilirəm ki, bu, çox rəqabətli çempionatdır. İnsanların çoxu bunu bilmir, amma mən çoxlu matçlara baxdığım üçün bilirəm. Qarşılaşmaları səbirsizliklə gözləyirəm və ümid edirəm ki, əgər məşqçi düzgün an olduğunu düşünsə, sabahkı gün oynayacağam. Mən futboldan və insanlarla ünsiyyətdən həzz almağa davam etməyə hazıram”, - Ronaldu bəyan edib.

Kriştianu əlavə edib ki, Səudiyyə Ərəbistanı 2022-ci il dünya çempionatında çempionu məğlub edən yeganə komandadır.

“Son 10-15 ildə futbol dəyişib”, - deyə portuqaliyalı qeyd edib. (Mənbə: sports.ru)
 
 
 
Ardını oxu...
Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.

Qaynarinfo "Transfermarkt"a istinadən xəbər verir ki, hələlik ən bahalı transfer Neymar hesab olunur. Braziliyalı 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.

İkinci pillədə Paul Poqba qərarlaşıb. Fransalı ulduz 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçib.

İlk "üçlüy"ü Qaret Beyl qərarlaşıb. Uels millisinin üzvü 2013-cü ildə "Tottenhem"dən "Real"a 101 milyon avroya transfer olunmuşdu.

Bu günlərdə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə illik 200 milyon avroluq müqavilə imzalayan Kriştiano Ronaldo da rekordçular sırasındadı. Portuqaliyalı ulduz 2009-cu ildə "Mançester Yunated"dən "Real"a 94 milyon avroya keçmişdi.

1978: Paolo Rossi ("Yuventus"dan "Viçenza"ya) - 2.65 milyon avro
1979: Andi Qray ("Aston Villa"dan "Vulverhempton"a) - 3 milyon avro
1982: Dieqo Maradona ("Boka Xuniros"dan "Barselona"ya) - 8 milyon avro
1988: Layos Detari ("Ayntraxt Frankfurt"dan "Olimpiakos"a) - 8.7 milyon avro
1990: Roberto Baccio ("Fiorentina"dan "Yuventus"a) - 12.9 milyon avro
1992: Canluca Vialli ("Sampdoriya"dan "Yuventus"a) - 16.5 milyon avro
1996: Alan Şirer ("Blekbern"dən "Nyukasl"a) - 18 milyon avro
1997: Ronaldo ("Barselona"dan "Real"a) - 28 milyon avro
1998: Denilson ("San Paulo"dan "Betis"ə) - 31.5 milyon avro
1999: Kristian Vyera ("Latsio"dan "İnter"ə) - 46.48 milyon avro
2000: Ernan Krespo (Parma"dan "Latsio"ya) - 56.81 milyon avro
2000: Luiş Fiqo ("Barselona"dan "Real"a) - 60 milyon avro
2001: Zinəddin Zidan ("Yuventus"dan "Real"a) - 77.5 milyon avro
2009: Kriştiano Ronaldo ("Mançester Yunayted"dən "Real"a) - 94 milyon avro
2013: Qaret Beyl ("Tottenhem"dən "Real"a) - 101 milyon avro
2016: Paul Poqba ("Yuventus"dan "Mançester Yunayted"ə) - 105 milyon avro
2017: Neymar ("Barselona"dan PSJ-yə) - 222 milyon avro
 
Ardını oxu...
İngiltərə Premyer Liqasının XVI turunda “Liverpul” səfərdə “Brentford”la qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Hesab avtoqolla açılıb. Konate 19-cu dəqiqədə qapıları səhv salaraq “Brentford”u önə çıxarıb. 42-ci dəqiqədə Vissa fərqi iki topa çatdırıb.

50-ci dəqiqədə Oksleyd-Çemberleyn hesab arasındakı fərqi azaltsa da, Mbeumo 84-cü dəqiqədə yekun hesabı müəyyən edən qolu vurub.

Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 26-a çatdıran “Brentford” turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. 28 xalda qalan “Liverpul” isə 6-cıdır.

 
Ardını oxu...
Fransa Liqa 1-in XVII turunun daha bir matçı Lansda keçirilib.

Oxu.Az xəbər verir ki, şəhərin eyniadlı komandası lider PSJ-ni qəbul edib.

Bu mövsüm daxili çempionatda uduzmayan parislilər ilk məğlubiyyətini ən yaxın izləyicisindən alıb.

Qarşılaşmada 3:1 hesablı qələbə qazanan “Lans” xallarının sayını 40-a çatdırıb və ikinci pillədəki mövqeyini möhkəmlədib.

PSJ isə 44 xalla hələ də əlçatmazdır.

 
Ardını oxu...
IFFHS 2022-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçuların adını açıqlayıb.

Klubların rəsmi beynəlxalq yarışlarında (qitə və dünya) vurulan qollar, eləcə də milli komandanın heyətində vurulan qollar hesablanıb.

Birinci yeri Lionel Messi (22 qol) tutub. İkinci yerdə Kilian Mbappe (21), üçüncü yerdə isə Xulian Alvares (15) qərarlaşıb.

Top 11-lik aşağıdakı kimidir:

1. Lionel Messi (Argentina) - 22 qol

2. Kilian Mbappe (Fransa) - 21

3. Xulian Alvares (Argentina) - 15

4-5. Erlinq Holand (Norveç) - 14

4-5. Sadio Mane (Seneqal) - 14

6-7. Robert Levandovski (Polşa) - 13

6-7. Pedro (Braziliya) - 13

8-11. Eldor Şomurodov (Özbəkistan) - 12

8-11. Rişarlison (Braziliya) - 12

8-11. Məhəmməd Salah (Misir) - 12

8-11. Kərim Benzema (Fransa) - 12
 
 
 

Dünyapress TV

Xəbər lenti