Ardını oxu...
Beynəlxalq Futbol Federasiyası (FİFA) gələn həftənin sonuna qədər bütün futbol matçlarının üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlanması ilə bağlı çağırış edib.

Bu barədə FİFA-nın bütün 211 milli assosiasiyalarına müraciətində deyilir.

“FIFA bütün yarış təşkilatçılarını bu həftə sonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır”, - deyə FIFA-dan bildirilib.

İngiltərə Premyer Liqası elan edib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları “Futbol Kralı”nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq, bütün oyunçular isə sahəyə qara sarğılarla çıxacaq.
 
 
 
Ardını oxu...
PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Fanat.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə dünyanın 113 ölkəsindən 420 jurnalist iştirak edib.

Messi respondentlərin 962 (25,45 faiz) səsini toplayıb. Sıralamanın ikinci pilləsində atlet Armand Duplantis (373 səs) qərarlaşıb. İlk “üçlüy”ü PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe (366 səs) qapayıb.

Xatırladaq ki, Messi bu il Argentina millisi ilə dünya çempionu olub.
 
Ardını oxu...
Hazırda azad agent olan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropa komandalarının birinin oyunçusu ola bilər.

Tribunainfo.az xəbər verir ki, bu barədə qətərli insayder Mohammed Al-Kaabi sosial şəbəkə hesabında yazıb. Bildirilib ki, 37 yaşlı oyunçunun agenti Xorxe Mendes hazırda Çempionlar Liqasında çıxış edən Avropa klubundan təklif aldıqdan sonra “Əl Nəsr”lə danışıqları dayandırıb.
Daha əvvəl Ronaldonun “Əl-Nəsr”lə müqavilə imzalamağa yaxın olduğu bildirilmişdi.
 
Ardını oxu...
Əfsanəvi braziliyalı futbolçu Pele 82 yaşında vəfat edib.

Bu barədə ” Associated Press” məlumat yayıb. O, uzun müddət xərçənglə mübarizə aparıb. “Futbol kralı” futbolçu kimi yeganə üçqat dünya çempionu olub.

Qeyd edək ki, xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra 82 yaşlı braziliyalı kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyi dayandırıb.
Ardını oxu...
PSJ-nin futbolçusu Kilian Mbappe DÇ-2022 finalında Argentina ilə matçdan sonra rəqibin kapitanı Lionel Messiyə dediyi sözləri xatırlayıb.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu deyib:

“Oyundan sonra Messi ilə danışdım, onu təbrik etdim. Bu, mənim üçün olduğu kimi, onun üçün də həyatının məqsədi idi. Amma uğursuz oldum. Həmişə yaxşı futbolçu olmalısan”.

Fransa Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentinaya penaltilər seriyasında uduzub.
 
Ardını oxu...
İtaliyalı Daniele Orsato 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ən yaxşı hakimi seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Hakim “Ciulio Kampanati” mükafatına layiq görülüb.

İtaliyalıya səs verən münsiflər heyətinin fikrincə, o, çalışdığı turnirin üç oyununda qüsursuz hakimlik səviyyəsi nümayiş etdirib.

Orsato DÇ-2022-nin üç oyununu idarə edib. O, Qətər - Ekvador (0:2), qrup mərhələsinin ikinci turunda Argentina - Meksika (2:0) və Argentina - Xorvatiya arasında 3:0 hesabı ilə başa çatan yarımfinal oyununlarına hakimlik edib.

Qeyd edək ki, “Ciulio Kampanati” mükafatı 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatından sonra Kampanati İtaliya Arbitraj Assosiasiyasının prezidentinin xatirəsinə təsis edilib. Mükafat dünya və Avropa çempionatlarının ən yaxşı hakimlərinə verilir.
 
Ardını oxu...
“Molde”nin futbolçusu Datro Fofana “Çelsi”yə keçib.

Tribunainfo.az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.

19 yaşlı hücumçunun transferi “Çelsi”yə təxminən 12 milyon avroya başa gəlib. Futbolçu 2023-cü il yanvarın 1-də kluba qoşulacaq. Fofanın icarəyə göndərilib-göndərilməyəcəyi, yoxsa komandada qalıb start heyətdə yer almaq üçün mübarizə aparacağı hələlik məlum deyil.

Qeyd edək ki, D.Fofana Norveç Premyer Liqasında “Molde”də 24 oyun keçirib və klubun ölkə çempionu olmasına kömək edib. O, 15 qol vurub və 3 qolun ötürməsini verib.
 
Ardını oxu...
Futbol dünyasında ən maraqlı rəqabət sayılan Messi və Ronaldo mübarizəsi meydandan kənarda hörmət və ləyaqəti ilə gündəmdədir.
Dünya Kubokunun qalibi olan Argentina millisinin üzvü Lionel Messi ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı təqdirəlayiq açqılama verib. Radio proqramına qoşulan Lionel Messi aparıcaların suallarını cavablandırıb.
Argentinalı ulduza, “Sizcə Messinin olmadığı siyahıda dünyanın ən yaxşı futbolçusu kimdir?” sualı ünvanlanıb. Messi suala cavab olaraq Neymar, Mbappe, Azard, Suares və Agueronun adlarını çəkib. Daha sonra aparıcılar Lionel Messiyə Kriştiano Ronaldonun siyahıda olmadığı xatırladılıb.
Messinin cavabı isə belə olub: “Onu özümlə siyahıdan çıxardım”.
Qeyd edək ki, Lionel Messinin Kriştiano Ronaldonu özü ilə eyni tərəziyə qoyması futbol icytimaiyyəti tərəfindən böyük rəğbət və alqışla qarşılanıb. /// baku.ws

 

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqreb qış transfer pəncərəsində futbolçuların satışından xeyli gəlir əldə edə bilər.

Qol.az “Mondo” nəşrinə istinadən xəbər verir ki, Xorvatiya klubunun qarşıdakı aylarda 70 milyon avro qazanması mümkündür.

Zaqreb klubunda DÇ-2022-nin bürünc medalçısı olan Xorvatiya millisinin üzvləri çıxış edir. Bunlar Dominik Livakoviç, Josip Şutalo, Bruno Petkoviç və Mislav Orsiçdir. Qeyd olunan gəlirlərə yığmanın sözügedən futbolçularının satışı, əvvəllər “Dinamo”da çıxış etmiş digər klubların oyunçularının transfer faizi, həmçinin Mahir Emrelinin transferindən əldə olunması gözlənilən məbləğ daxildir. “Dinamo” 25 yaşlı hücumçunun satışından 1 milyon avro (təqribən 1,8 milyon manat) qazana bilər.

Qeyd edək ki, Mahir Emrelinin Türkiyənin “Antalyaspor” klubuna keçəcəyi haqda xəbərlər yayılıb.

Ardını oxu...
Hazırda bəzi əcnəbi klublar “Qarabağ”ın futbolçuları Kadi Borges və Marko Veçoviçlə danışıqlar aparırlar.

Bu haqda Qol.az saytına müsahibəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

“Düzdür, Veşoviçin müqaviləsi mayda başa çatır. Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubun tərk edə biləcəyinə dair maddə də var. Kadi ilə çox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər əsasən doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər” – deyə Q.Qurbanov bildirib.
 

Dünyapress TV

Xəbər lenti