Ardını oxu...
DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Yenicag.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ölkəsinin dünya kuboku qazana bilməməsi ilə bağlı instaqram hesabında paylaşım edib:

“Portuqaliya üçün dünya kubokunu qazanmaq karyeramın ən böyük və iddialı arzusu idi. Sevinirəm ki, bir çox beynəlxalq titullar qazanmışam, lakin ölkəmizin adını dünyada ucalara çıxarmaq ən böyük arzum idi. Bu arzum üçün çox mübarizə apardım. 16 ildə dünya çempionatlarında qol vurduğum 5 matçda həmişə oyunçular və milyonlarla portuqaliyalının dəstəyi ilə əlimdən gələni etdim. Mübarizədən heç vaxt üz döndərməmişəm və bu arzumdan əl çəkməmişəm. Təəssüf ki, dünən yuxu bitdi.

Hamının bilməsini istəyirəm ki, çox fərziyyələr var, amma mənim Portuqaliyaya olan bağlılığım bir dəqiqə belə dəyişməyib. Həmişə həmin məqsəd uğrunda mübarizə aparmışam və heç vaxt həmkarlarımdan və ölkəmdən üz döndərməmişəm. Hələlik, başqa sözüm yoxdur. Təşəkkürlər Portuqaliya, təşəkkürlər Qətər.

Ümid edirəm ki, bundan sonra yaxşı məsləhətçi olacaq və hər kəsə öz nəticələrini çıxarmağa imkan verəcək”.

Qeyd edək ki, DÇ-2022 37 yaşlı Ronaldonun karyerasında sonuncu dünya çempionatı idi
 
Ardını oxu...
"Goal” portalı Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin ən yaxşı on oyunçusunun siyahısını dərc edib.

Reytinqə Argentina millisinin hücumçusu Lionel Messi başçılıq edir. O, turnirin beş oyununda dörd qol vurub və iki məhsuldar ötürmə edib.

İkinci yerdə fransalı hücumçu Kilian Mbappe qərarlaşıb. O, beş matçda beş qol və iki məhsuldar ötürməyə imza atıb.

İlk üçlüyü Mbappenin ortağı Antuan Qrizmann qapayıb. O, hələ bu mundialda qol vura bilməyib, lakin üç məhsuldar ötürmə edib.

Mükafata iddialıların tam siyahısı aşağıdakı kimidir:

1. Lionel Messi, Argentina.

2. Kilian Mbappe, Fransa.

3. Antuan Qrizman, Fransa

4. Dominik Livakoviç, Xorvatiya.

5. Əşrəf Həkimi, Mərakeş.

6. Bruno Fernandeş, Portuqaliya.

7. Sofyan Amrabat, Mərakeş.

8. Rişarlison, Braziliya.

9. Kodi Qakpo, Niderland

10. Cud Bellingem, İngiltərə
 
 
 
Ardını oxu...
Tarix üçün o qədər də çox deyil 35-40 il. 35-40 il əvvəl, 80-ci illərdə Fransa yığmasının heyətində bir qaradərili futbolçu vardı – Jan Tiqana. Az qala hamı təəccüb edirdi: bu qaradərili o komandaya necə düşüb? Almanlarda belə şey ola bilməzdi. Hələ italyanları demirəm.

Dünya neçə dəyişib, ilahi? Dünyanın dəyişməsi futbolu da dəyişdirib. 35-40 il ərzində Fransa yığmasının az qala 70 faizi gəlmələrdən ibarətdir. Elə Almanların da, ingilislərin də. Artıq ispanların da heyətində “gəlmələr” görünür. 1982-ci ildə keçirilən Avropa çempionatında Fransaya çempionluğu təmiz fransız Platini qazandırmışdısa, üstündən 16 il keçdi və 1998-ci il mundialında Fransaya dünya çempionluğunu Əlcəzair əsilli ərəb Zidan qazandırdı.

Qətərdə keçirilən dünya çempionatında Avropa komandalarının heyəti, demək olar ki, afrikalı futbolçulardan qurulub.

Nə baş verir? Heç nə, hər şey məntiqi əsasını tapır. Avropanın yağmaladığı ölkələrin vətəndaşları deyirlər ki, biz nə fransızdan, nə almandan, nə də ingilisdən istedadsız deyilik. Sadəcə Avropa uzun illər Afrikanı sümürüb. Sümürdüyünün hesabına da özlərinə cənnət qurublar, infrastruktur yaradıblar.

Ona görə də, Zidanın Əlcəzairdə Zidan olmaq şansı qalmayıb. O, istedadlı olduğunu Fransada sübut etməli idi bütün dünyaya. Etdi də. Amma təkcə Zidan yox, Anrisi də, Anelkası da, Mbappesi də.

Onlar dağıdılmış, viran qoyulmuş ölkələrdən Avropaya axışdılar. Səbirlə qisas alacaqları günü gözlədilər. Onlar silahla gəlməmişdilər. Onlar qan tökmürdülər, uşaq öldürmürdülər. Onlar çalışırdılar, sübut edirdilər ki, fransızdan, almandan, ingilisdən qat-qat istedadlıdırlar, üstündürlər. Çünki bilirdilər, bilirdilər ki, fransızdan, almandan, ingilisdən qat-qat üstün olmalıdırlar ki, yığmada yer ala bilsinlər.

Və bu gün Avropa ölkələrinin əksəriyyətində yığmanın əsasını elə Avropanın viran qoyduğu ölkələrdən gələnlər təşkil edir. Çox qalmayıb, cəmisi 30 ildən sonra Avropanın futbolu yox, siyasəti, iqtisadiyyatı da onların əlində olacaq.

Məşhur fransız məşqçi Arsen Vengerdən müsahibə alan jurnalist ona belə sual vermişdi: “Çox böyük, təmtəraqlı eviniz var”.

Mənim, həm də filosof hesab etdiyim Vengerin cavabı belə olmuşdu: “Bu mənzil, bu təmtəraq mənim – bizim deyil. Bu, Avropanın istismar etdiyi xalqlarındır. Bir gün onlar öz sərvətlərinin ardınca gələcəklər”.

Onlar aratıq buradadırlar, gəliblər. Avropanı “işğal” edirlər. Səssiz-səmirsiz, silah-sursatsız. İstedadları ilə (Publika.az).
 
Ardını oxu...
Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.
Ardını oxu...
"Kubokda ilk matçlardan sonra şərh verməyi sevmirəm. Meydanda amansız mübarizə gedirdi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis cütün taleyinin ikinci görüşdə həll olunacağını bildirib: "Birinci matçda işimizi gördük. Artıq Premyer Liqada "Şamaxı" ilə oyunu düşünməliyik. Kubokda, sadəcə, ilk hissəni oynamışıq".

Sadıqov hər iki komandanın bir-birinə oynamaq üçün imkan vermədiyini diqqətə çatdırıb.

Baş məşqçi Felipe Paxtmanın zədələnməsi barədə də danışıb: "Bu, bizi məyus edir. Onun istedadına inanıram. Ümid edirəm ki, bu zədələr geridə qalacaq və oyunçu potensialını tam ortaya qoyacaq".
 
Ardını oxu...
Mərakeşin ölkəmizdəki səfirliyi "Mərakeş Azərbaycan gənc rəssamlarının gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimini təşkil edib.

APA xəbər verir ki, tədbir Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində baş tutub.

Açılışda çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adil Embarş iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib.

“Ölkələrimiz arasında bir çox bağlar var. Mərakeş və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair bir çox nümunələri göstərmək olar. Qətərdə keçirilən dünya çempionatında Azərbaycan xalqının bizə dəstəyini xüsusi ilə qeyd etmək istərdim. Bu, ölkələrimiz arasındakı dostluğun gözəl nümunələrindən biridir”, - deyə səfir vurğulayıb.

Xatırladaq ki, Mərakeş səfirliyi ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə yanaşı, digər iki mühüm hadisə - Şanlı Yaşıl Yürüşün 47-ci ildönümünü və Mərakeşin Müstəqillik Gününün 67-ci ildönümünü qeyd etmək məqsədilə bu ilin avqust ayında rəsm müsabiqəsinə start verib.
 
 
 
Ardını oxu...
Kriştianu Ronaldu Portuqaliya millisinin azarkeşlərinə müraciət edib.

“Bu komanda xarici qüvvələr tərəfindən parçalana bilməyəcək qədər möhkəmdir. Bu millət heç bir rəqibdən qorxmayacaq qədər cəsurdur. Xəyalları uğrunda sona qədər mübarizə aparacaq əsl komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya!”, – deyə yığmanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşlə qarşılaşacaq. Qarşılaşma şənbə günü, dekabrın 10-da baş tutacaq.
 
 
Ardını oxu...
Futbol üzrə Rusiya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Andrey Kançelskis İspaniya millisinin dünya çempionatını tərk etməsinə münasibət bildirib.

Fanat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kançelskis ispanları oyun satmaqda ittiham edib:

“2018-ci ildə İspaniya millisi oyunu Rusiyaya satdı, indi isə Yaponiyaya. İlk oyunda göstərdikləri normal futbolu oynasaydılar… Amma nədənsə, futbol oynamaq istəmədilər.

Nə baş verdi? Futbol tanrısı onları cəzalandırdı. Fırıldaqçıları və yaramazları həmişə belə aqibət gözləyir. Futbol oynamaq lazımdır! Hər matçı sonuncu matçınız kimi oynayın! Futbol tanrısı var və o, xəyanət edənləri cəzalandırır”.

Xatırladaq ki, İspaniya yığması ötən gecə Mərakeşə penalti seriyasında uduzaraq mundialda mübarizəni dayandırıb.
 
Ardını oxu...
DÇ-2022-nin oyunlarını qəbul edən stadionlardan birinin sökülməsinə başlanılıb.
Tribunainfo.az xəbər verir ki, mundialın 7 matçının təşkil olunduğu “Stadion 974” öz funksiyasını başa vurub.Xüsusi olaraq DÇ-2022 üçün qurulan konstruksiyaların sökülməsi üçün bütün texnikalar arenanın önünə gətirilib. Artıq arenanın üzərindəki DÇ-2022 loqoları da sökülüb. Qətərin qonağı olan azarkeşlər stadionla son şəkillərini çəkdirməyə çalışır. Konstruksiyalara daxil olan 974 konteyner və tribunalardakı oturacaqların inkişaf etməkdə olan ölkələrə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu arenanın açılışı 2021-ci il noyabrın 30-da olub.
 
Ardını oxu...
İspaniya millisinin futbolçusu Qavi dünya çempionatlarının tarixinə düşüb.

"Barselona"nın yarımmüdafiəçisi bunu Qətərdəki dünya çempionatında Mərakeş yığmasına qarşı 1/8 final matçında meydana çıxmaqla bacarıb.

O, Braziliya millisinin sabiq hücumçusu, üçqat dünya çempionu Peledən sonra mundialların pley-off mərhələsində çıxış edən ən gənc futbolçu olub - 18 yaş 23 gün. Əfsanəvi "sambaçı" isə pley-off matçında meydana çıxarkən 17 yaş 249 günlüyündə olub.

Qeyd edək ki, hazırda Mərakeş - İspaniya matçında ilk hissə oynanılır və hesab açılmayıb.
 

Dünyapress TV

Xəbər lenti