Ardını oxu...
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda bütün rəqiblərini geridə qoyub.

Yığmanın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə çıxışı isə 29,950 xala layiq görülüb. Milli iki çıxışın cəmində 62,700 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın İslamiadadakı 13-cü qızıl medalıdır.
 
 
 
Ardını oxu...
“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc etməyə başlayıb.
7 dəfə “Qızıl top”u qazanaraq dünya rekordu qıran Lionel Messi bu dəfə namizədlər siyahısına düşməyib.
Salah, Kurtua – “Qızıl top”a namizədlərin 1-ci beşliyində, Levandovski, Vinisius – 2-ci beşlikdə, Benzema - 3-cü beşlikdə yer alıb.
Ümumilikdə dünya futbolunda əsas fərdi mükafata 30 iddiaçı təqdim olunacaq.
İlk beşlik:
Tibo Kurtua (“Real” Madrid, Belçika)
Rafael Leau (“Milan”, Portuqaliya)
Kristofer Nkunku (“Leypsiq”, Fransa)
Mohamed Salah (“Liverpul”, Misir)
Yozua Kimmix (“Bavariya”, Almaniya)
İkinci beşlik:
Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə)
Vinisius Junior (“Real” Madrid, Braziliya)
Bernardu Silva (“Mançester Siti”, Portuqaliya)
Luis Dias (“Liverpul”, Kolumbiya)
Robert Levandovski (“Bavariya”/“Barselona”, ​​Polşa)
Üçüncü beşlik:
Riyad Marez (“Mançester Siti”, Əlcəzair)
Kazemiro (“Real” Madrid, Braziliya)
Son Xın Min (“Tottenhem”, Cənubi Koreya)
Fabinyo (“Liverpul”, Braziliya)
Karim Benzema (“Real” Madrid, Fransa)
Dördüncü beşlik
Filip Foden (“Mançester Siti”, İngiltərə)
Hari Keyn (“Tottenhem”, İngiltərə)
Sadyo Mane (“Bavariya” / “Liverpul”, Seneqal)
Darvin Nunyes (“Liverpul”, Uruqvay)
Mayk Menyan (“Milan”, Fransa)
Beşinci beşlik
Kevin De Brüyne (“Mançester Siti”, Belçika)
Sebastyan Aller (“Borussiya” Dortmund / “Ayaks”, Kort Divuar)
Luka Modriç (“Real”, Xorvatiya)
Kriştianu Ronaldu (“Mançester Yunayted”, Portuqaliya)
Antonio Rüdiqer (“Real” / “Çelsi”, Almaniya)
Altıncı beşlik:
Joa Kanselu (“Mançester Siti”, Portuqaliya)
Erlinq Holand (“Mançester Siti” / “Borussiya” Dortmund, Norveç)
Kilian Mbappe (“PSJ”, Fransa)
Van Dayk (“Liverpul”, Niderland)
Duşan Vlaxoviç (“Yuventus”, Serbiya)
 
Ardını oxu...
FİFA Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının təqviminə dəyişiklik edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Belə ki, turnirin açılış matçı öncədən planlaşdırıldığı kimi noyabrın 21-də yox 20-də oynanılacaq.

DÇ-nin açılış oyununda ev sahibi Qətər millisilə Ekvador yığması üz-üzə gələcək.

Həmçinin, turnir çərçivəsində baş tutacaq daha bir qarşılaşmanın başlanma vaxtına dəyişiklik edilib. Noyabrın 21-də Seneqal və Niderland yığmaları arasındakı matçın saatı Bakı vaxtilə 14:00-dan 20:00-a dəyişdirilib.
 
Ardını oxu...
UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, ikinci oyun günündə daha 6 cavab görüşü keçirilib..

Türkiyə “Fənərbağça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.

“Fənərbağça” ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin “Sürix”, İsveçin “Malmö”, Kiprin AEK (Larnaka) və Yunanıstanın “Olimpiakos” klubları mərhələ adlayıblar.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust

20:00. HİK (Helsinki, Finlandiya) – “Maribor” (Sloveniya) - 1:0
Qollar: Santeri Hostikka, 54
İlk oyun - 2:0

21:00. “Slovaçko” (Çexiya) – “Fənərbağça” (Türkiyə) - 1:1
Qollar: Ondrjey Şaşinka, 58 - Serdar Dursun, 56
İlk oyun - 0:3

21:00. “Sürix” (İsveçrə) – “Linfild” (Şimali İrlandiya) - 3:0
Qollar: Donis Avdiyay, 11; 26. İvan Santini, 84
İlk oyun - 2:0

22:00. “Düdelanj” (Lüksemburq) – “Malmö” (İsveç) - 2:2
Qollar: Samir Haci, 56. Danel Sinani, 61 - Məhəmməd Buya Turay, 50. Ula Toyvonen, 52
İlk oyun - 0:3

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Olimpiakos” (Yunanıstan) - 2:2 (ƏLAVƏ VAXTDA - 1:1, PENALTİLƏRLƏ - 3:4)
Qollar: İvan Şaponiç, 90+4. Andre Qrin, 108 - Filip Sinkernagel, 54. Məhəmməd Kamara, 101
Qırmızı vərəqə: Mienti Abena, 90+7 (“Slovan”)
İlk oyun - 1:1

23:00. “Partizan” (Serbiya) - AEK (Larnaka, Kipr) - 2:2
Qollar: Rikardu Qomeş, 24; 54 - Rafael Lopeş, 52. İmad Farac, 57
İlk oyun - 1:2

Qeyd edək ki, daha əvvəl İrlandiyanın “Şemrok Rovers” klubu Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.
 
 
 
Ardını oxu...
“İndi danışmaq çox çətindir. Matçdan əvvəl planlaşdırdığımız şeyləri yerinə yetirə və şanslardan yararlana bilmədik. İki sadə epizodda qapımızda qol gördük”.

“Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyada “Rapid”ə 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis asanlıqla qol buraxdıqlarını bildirib: “Başımızı dik tutmalıyıq. Birlikdə qalib gəlir və birlikdə məğlub oluruq. Bizdəki şanslar rəqibdə olmadı. Hesab 0:0 olan zaman oyunçumuz qapıçı ilə təktəbək çıxdı. Hesab 1:0 olanda da eyni hal yaşandı”.

Rumıniyalı baş məşqçi əlavə vaxtın planlarında olmadığını diqqətə çatdırıb: “Bəzi oyunçuların belə turnirlər üçün təcrübəsi yoxdur. Bu səbəbdən oynayan futbolçuları daha çox meydanda saxladım. Azər Salahlını tez itirdiyimiz üçün məcburi əvəzetmə oldu. Bizim oyunumuz pis deyildi. Kifayət qədər şanslarımız oldu. Rəqib də təzyiq yaradırdı. Bu cür qollar buraxmalı deyilik. Təkbətək epizodları qola çevirə bilmirsənsə və asanlıqla qol buraxırsansa, növbəti mərhələyə layiq deyilsən”.

Mütəxəssis hakimlik barədə fikir söyləmək istəmədiyini vurğulayıb: “Hakimlər haqqında danışmaq mənim işim deyil. Hamı görüşə baxıb və olanları görüb. Rəqibə bəzi sarı vərəqələr göstərilmədi. Amma biz bu gün hakimə görə uduzmadıq”.
 
Ardını oxu...
 
 

 

 
Azərbaycan güləşçisi Hacı Əliyev 5-ci İslam Həmrəylik Oyunlarında final görüşünə çıxıb.

 3 qat dünya və Avropa çempionumuz həlledici görüşdə Zəlimxan Abakarovla qarşılaşıb.

Əliyev finalda rəqibini 1 dəqiqə 50 saniyəyə məğlub edib.

 

XalqXeber.Az
Ardını oxu...
Dünyaca məşhur "Transfermarket" portalı "Qarabağ" klubunun və futbolçularının dəyərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, hazırda Ağdam təmsilçisinin ümumi dəyəri 14,08 milyon avrodur.

"Atlılar"ın transfer dəyəri ən yüksək olan futbolçusu Kadi Borgesdir. Braziliyalının transfer dəyəri 1,2 milyon avro məbləğindədir. İkinci yerdə isə Abdulla Zubirdir. Mərakeşli futbolçunun transfer dəyəri 1 milyon avrodur.

Transfer dəyərinə görə, 3-cü yerdə isə Qara Qarayev gəlir. Müdafiəçinin qiyməti 900 min avro olaraq göstərilib.
Ardını oxu...
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.

Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Ardını oxu...
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda “Ferenstvaroş”a 3:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Ağdam təmsilçisi növbəti raundda Moldova “Şerif”ini mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gələcək.

Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan “Lüdoqorets”ini sınağa çəkib. İlk matçda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşündə də rəqibinə şans verməyib - 4:2. “Dinamo” pley-off-da Norveçin “Bude Qlimt” komandası ilə görüşəcək.

“Qarabağ”, “Viktoriya” və “Dinamo” ilə yanaşı, İsrailin “Makkabi” (Hayfa), Serbiyanın “Srvena Zvezda”, Portuqaliyanın “Benfika”, Niderlandın PSV, Ukraynanın “Dinamo” (Kiyev) və Şotlandiyanın “Reyncers” klubları da pley-offa adlayıblar.

UEFA Çempionlar Liqası
Cavab oyunları

20:00. “Jalgiris” (Litva) - “Budö Qlimt” (Norveç) - 1:1

Qollar: Fransis Kyereme, 39 - Yoel Miquşa, 51

Qırmızı vərəqə: Petar Mamiç, 55 (“Jalgiris”)

İlk oyun - 0:3

21:00. “Apollon” (Kipr) - “Makkabi” (Hayfa, İsrail) - 2:0

Qollar: Erven Onjenda, 19. İsrael Kol, 27

İlk oyun - 0:4

21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Şerif” (Moldova) - 2:1

Qol: Yan Kliment, 10. Con Moskera, 62 - İbrahim Raşid, 47 (penalti)

Qırmızı vərəqə: Stefanos Evangelu, 85 (“Şerif”)

İlk oyun - 2:1

21:00. “Pünik” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya) - 0:2

Qollar: Kaku Kanqa, 44 (penalti). Milan Pavkov, 60

İlk oyun - 0:5

21:45. “Midtüllann” (Danimarka) – “Benfika” (Portuqaliya) - 1:3

Qol: Pione Sisto, 63 - Entso Fernandes, 23. Enrike Arauju, 56. Dioqu Qonsalveş, 88

İlk oyun - 1:4

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) - 1:3

Qol: Abdullah Zubir, 7. İbrahima Vadji, 54; 78

İlk oyun - 1:1.

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan) - 4:2

Qol: Yosip Drmiç, 12. Mislav Orsiç, 27. 44 - Kiril Despodov, 45+4. 49 (penalti), Bruno Petkovic, 87 (penalti)

İlk oyun - 2:1

22:30. PSV (Niderland) – “Monako” (Fransa) - 3:2 (ƏLAVƏ VAXTDA - 1:0)

Qol: Joey Veerman, 21. Erik Qutyerres, 89. Lük de Yonq, 109 - Gilermo Maripan, 58. Vissam Ben-Yedder, 70

İlk oyun - 1:1.

22:30. “Şturm” (Avstriya) - “Dinamo” (Kiyev, Ukrayna) - 1:2 (ƏLAVƏ VAXTDA - 0:2)

Qollar: Rasmus Hoylunn, 27 - Konstantin Vivçarenko, 97. Viktor Tsıqankov, 112

Qırmızı vərəqə: Manprit Sarkariya, 105+1 ("Şturm")

İlk oyun - 0:1

22:45. “Reyncers” (Şotlandiya) – “Yunion” (Belçika) - 3:0

Qollar: Ceyms Tavernye, 44. Antonio Colak, 58. Malik Tilmann, 99

Qırmızı vərəqə: Jan Tyerri Lazar, 90+4 (“Yunion”)

İlk oyun - 0:2
 
Ardını oxu...
"Qarabağ Ermənistandır”, “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik!” .
Ermənistanın "Pyunik" komandasının Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşdığı futbol matçında hay azərkeşlər tərəfindən belə işğalçı və revanşist xislətli şüarlar səsləndirilib.

TEREF moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb.
Ardını oxu...
İrəvandakı Respublika stadionunda Çempionlar Liqasının III təsnifat mərhələsinə aid “Pyunik” – “Srvena Zvezda” (Serbiya) qarşılaşmasının cavab oyununda hay azarkeşlər Azərbaycana qarşı təxribata əl atıblar.


Oyunun əvvəlində bir neçə erməni azarkeş “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.

İkinci hissənin əvvəlində isə bir qrup azarkeş “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik” yazılı plakatlar ilə meydana çıxıb.

Təxribatçı erməni azarkeşlər haqda Avropanın müvafiq futbol qurumlarının hansısa tədbir görəcəyi barədə hələlik heç bir məlumat yoxdur.

Təbii ki, Azərbaycanın müvafiq qurumları da təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb etməlidir...
 

Dünyapress TV

Xəbər lenti