Qətərdə keçirilən DÇ-2022-də A qrupunda II tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, ilk turu qələbə ilə başa vuran Niderlandla Ekvador üz-üzə gəlib.
Çempionatın 6-cı oyun gününün üçüncü matçında ilk 1/8 finalçı müəyyənləşə bilərdi. A qrupunun liderlərinin duelində qalib gələcək komandanın növbəti mərhələ şansı artacaqdı. Lakin bu hal yaşanmayıb. Hərəyə 1 qol vuran komandalar görüşdən 1 xalla ayrılıblar.
Qeyd edək ki, A qrupunun digər görüşündə Seneqal Qətərə 3:1 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Qətərin mübarizəni qrup mərhələsində dayandıracağı dəqiqləşib.
DÇ-2022, qrup mərhələsi 25 noyabr, II tur A qrupu 20:00. Niderland - Ekvador 1:1