Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Qana yığmasını məğlub etdikdən sonra sosial şəbəkədə paylaşım edib.
37 yaşlı hücumçu penaltini dəqiq yerinə yetirərək komandasına 3:2 hesablı qələbə qazandırıb.
“Bu Dünya Kubokunda debüt matçımızda çox vacib bir qələbə oldu, amma hələ heç nə qazanılmayıb! Bu yalnız ilk addım idi! Diqqətimizi məqsədlərimizə çatmaq üzərində cəmləməkdə davam edirik. İrəli, Portuqaliya!” – forvard yazıb.