Ardını oxu...
Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib.
Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib. Yığma növbəti mərhələdə İspaniya kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.
 
Ardını oxu...
“Heç bir bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik”.
Bunu Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları C qrupunun ilk tur oyunundan sonra deyib.
35 yaşlı futbolçu bu məğlubiyyəti gözləmədiklərini bildirib:
“Uzun müddətdir qarşılaşmadığımız bir vəziyyətdir. Bizim üçün ağır zərbə oldu. Amma əsl komanda olduğumuzu göstərməliyik”.
Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu penaltidən Lionel Messi vurub.
 
Ardını oxu...
Amerikalı aktyor Brüs Li 1973-cü ildə 32 yaşında ölüb, bu vaxta kimi onun ölüm səbəbi sirlidir və mübahisələr yaradır.

“Medicina” xəbər verir ki, ispan alimləri Brüs Linin həyatının son aylarındakı qida, vərdişlərini və meyitinin müayinəsini təhlil edərək, bu nətəcəyə gəliblər ki, aktyoru həddən artıq çox su içməyi öldürüb.

20 iyulda Brüs prodüseri ilə birgə aktrisa Betti Tinqin evində marixuana çəkdikdən sonra, axşama yaxın 1 litrə yaxın su içib. Bundan sonra o başgicəllənmə hiss edib, aktrisa ona Equagesic dərmanı verib.
Bundan sonra aktyor yataq otağına keçib və 2 saatdan sonra huşunu itirib, xəstəxanaya çatmadan ölüb.
Meyitin müayinəsi göstərib ki, ölüm beyinin şişməsi, ödemi nəticəsində baş verib.
Mədədə marixuana və dərman qalıqları tapılıb.

Madrid universitetinin alimləri bütün məlumatları analiz edərək ölüm səbəbinin marixuana dozası və ya dərman olmadığını bildirib. O dərmanı əvvəllər də Brüs Li qəbul etmişdi.

Alimlər bu nəticəyə gəlib ki, beyin ödeminin səbəbi hiponatrteimiya- bədəndə natriyin normadan aşağı düşməsidir.
Natrium duz elektrolitidir, hüceyrələrdə mayeni tənzimləyir.

Hiponatremiyanın səbəbi hər hansı xəstəlik, güclü ishal və ya həddən artıq çox su içmək vərdişi ola bilər.
Görünür Brüs Li ölümündən xeyli əvvəldən maye qəbul etmək vərdişi olub.

Onun arvadı deyib ki, Brüs son zamanlar bərk qidadan imtina edib, alma və kök şirəsi ilirdi.
Nəticədə aktyorun çəkisi həmin ərəfədə kəskin düşmüşdü.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dünya çempionatının B qrupunda keçirilən İngiltərə-İran qarşılaşmasında iranlı futbolçuların dövlət himnini oxumadığı barədə məlumat vermişdik.

ONN media xəbər verir ki, dövlət himnləri səslənərkən bütün İran ərazisində oyunun yayımı dayandırılıb. Yayım, himn bitəndən sonra davam etdirilib.

Bundan əlavə, iranlı azarkeşlər də ölkə himni çalınarkən onu fitə basıblar.
Ardını oxu...
“Rəqibi təbrik edirəm. Mundiala pis başladıq. Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi”.

Teref.az Report-a istinadən bildirir ki, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Bas Ekvadora 0:2 hesabı ilə uduzduqları dünya çempionatının açılış oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis pis oynadıqlarını bildirib: “Ardıcıl dörd ötürmə verə bilmirdik. Bəlkə də çox fikirləşirdik. İstədiyimiz səviyyəyə çatmaq mümkün olmadı. Qarşıda ən azı daha 2 oyunumuz var. Əminəm ki, daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, ev sahibləri A qrupundakı ikinci oyununu Seneqala qarşı keçirəcək.
 
 
 
Ardını oxu...
TEREF.AZ yazır ki, “Azərbaycan Peşəkar Boks Federasiyası”nın dəstəyi, “Karapapak Fight club & Promotion”, “MCM Fight Promotion” və “TGA Promotion & Management”in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində Dünya kəməri uğrunda döyüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Azərbaycan Peşəkar Boks Federasiyası”nın 1-ci vitse prezidenti Fərhad Acalov ölkəmizdə peşəkar boksun inkişafından danışıb və bundan sonra da bu kimi yarış və tədbirlərin silsilə olaraq davam edəcəyini bildirib.

“Karapapak Fight Club & Promotion”ın prezidenti Aqil Acalov çıxışında Azərbaycanda peşəkar boksun inkişafı yolunda atılan addımlar və təşkil olunan belə əhəmiyyətli yarışlar üçün Federasiyaya təşəkkürünü bildirərək bundan sonra da bu idman növünün inkişafında əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.

Daha sonra öz çıxışlarında “TGA Promotion & Management”in prezidenti Taryel Cəfərov və “MCM Fight Club & Promotion”ın prezidenti Cavidan Məmmədov idmançıları bu günə qədərki uğurlarına görə təbrik edib və fəaliyyətlərində daha böyük uğurlar, qələbələr arzulayıblar.

Tədbirin bədii hissəsində "Cigitlər" rəqs qrupunun, Buta Band Group və Yaşar Yusubun musiqi töhfələrinin ardınca gecənin döyüşləri baş tutub.

Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçirilib:

1. Ağır çəki dərəcəsində Mirzəli Samir və Elnur Məmmədov arasındakı döyüşdə Elnur 2-ci raundda texniki nokautla qalib gəlib;

2. 61 kq-a qədər çəki dərəcəsində Tayfur Əliyev və Sərxan Əhmədov arasındakı döyüşdə Tayfur yekdil qərar ilə qalib gəlib;

3. Ağır çəki dərəcəsində küveytli Hamzah Albahbahani və azərbaycanlı Müqavil Musayev arasındakı döyüşdə küveytli idmançı dizindən aldığı zədə səbəbi ilə 3-cü raunda çıxmaqdan imtina edib;

4. 91 kq-a qədər çəki dərəcəsində pakistanlı Abi Cozi Xan və azərbaycanlı Taryel Cəfərov arasındakı döyüşdə Taryel 1-ci raundda Texniki nokautla qalib gəlib;

5. 70 kq-a qədər çəki dərəcəsində Seyidağa Nağıyev və Ruslan Rəhimov arasındakı döyüşdə Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəlib;

6. Orta çəki dərəcəsində Xanbala Qurbanov və Sərxan Əliyev arasındakı döyüşdə Sərxan hakimlərin yekdil qərarı ilə qalib gəlib;

7. Gəcənin əsas döyüşündə, 79.3 kq çəki dərəcəsində, 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov üz-üzə gəliblər. Bərabər keçən döyüşdə, təəssüflər olsun ki, çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu isə UBO dünya kəmərini qazanıb.

Gecədə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.

Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək “Dəmir yumruq” simvolik heykəli və digər hədiyyələri təqdim edib.
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək Dünya Çempionatı futbol tarixinin ən bahalı yarışı olacaq.

Doha 12 il ərzində turnirə hazırlıq üçün 300 milyard dollar xərcləyib.

Qətərin paytaxtı Dohada böyük dəyişikliklər aparılıb. Yaxın Şərqdə ilk Dünya Çempionatı üçün yeni stadionlar və hotellər tikilib ki, bu yeni tikililər bir milyondan çox futbol azarkeşini qəbul etməyə hazırdır.

Turnirə hazırlıq çərçivəsində yeddi yeni futbol stadionu, metro stansiyası, hava limanı, xəstəxanalar, hotellər və ticarət mərkəzləri inşa olunub.

Qətər Fars körfəzi regionundakı varlı qonşuları ilə birlikdə Avropanın böyük futbol klublarına milyardlarla dollar sərmayə qoyur.

Qətərdə keçirilən dünya çempionatından gəlirin təxminən 5,4 milyard dollar olacağı gözlənilir.

Mənbə: Bloomberg
 
 
 
Ardını oxu...
İker Kasilyas azərbaycanlı qapıçılara ustad dərsi keçəcək

“Səbail”in futbol akademiyasının 3 qapıçısı – Fazil Həsənzadə, İsmayıl Novruzov və Suad Bayramovun İker Kasiliyasla görüşü həyata keçiriləcək.

Bu barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “dənizçilər” dünya və 2 qat Avropa çempionunun “Ustad dərsləri”ndə iştirak edəcəklər. “Ustad dərsləri” BƏƏ-nin Dubay şəhərində, sabiq ispaniyalı qapıçının rəhbərlik etdiyi “İker Casillias” Akademiyasında keçiriləcək. Akademiyada İker Kasilyasla yanaşı, İspaniyanın nüfuzlu qapıçı məşqçiləri də fəalliyyət göstərir. Layihə dünyanın müxtəlif ölkələrindən gənc istedadları bir araya gətirərək onlar üçün aparıcı təlim proqaramları təşkil edir.

Gənc qapıçıların sözügedən layihədə iştirak etməsi ilə bağlı “Səbail” akademiyasının direktoru Mirbağır İsayev fikirlərini bölüşüb. O, klub saytına açıqlamasında bunları söyləyib:

“İlk olaraq akademiyamıza bu şəraiti yaratığına görə, ASCO-ya və ASCO-nun sədri Rauf Vəliyevə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. İstər mənəvi, istərsə də maddi tərəfdən həmişə onların dəstəyini görmüşük və görməkdəyik. Qapıçılarımızın Dubaya ezam olunması bizi çox sevindir. Onlar dahi qolkiper olmuş İker Kasilyas ilə birlikdə məşqlərdə iştirak edəcəklər. Əminəm ki, bu məşqlər gənc istedadlarımızın gələcəkdə peşəkar qapıçı kimi inkişaf etməsi üçün böyük təkan olacaq. Bildiyiniz kimi, Kasilyas uzun illər həm “Real”ın, həm də İspaniya millisinin qapısını qoruyub. Karyerasında qazanmadığı böyük titul yoxdur. Vaxti ilə televizordan izlədikləri sevimli qapıçılarının tövsiyyələrini dinləyəcəklər. İnanıram ki, bu görüş onlara seçdikləri mövqenin necə məsuliyyət tələb etiyini bir daha dərindən aşılayacaq. Gənc oyunçularımıza və onların məşiqçisi, 6 ildir akademiyamızda fəaliyyət göstərən Zaur Əmirova bu ezamiyyətdə uğurlar arzulayıram”. \\Offsideplus.az
 
Ardını oxu...
Qana millisinin futbolçusu Sadio Mane zədə səbəbindən DÇ-2022-ni buraxacaq.

“Bavariya”nın cinah oyunçusu Seneqalın heyətində yer almasına baxmayaraq, sağ ayağından aldığı zədəni vaxtında sağalda bilməyəcək.

Xatırdadaq ki, Mane noyabrın 8-də “Bavariya”nın heyətində “Verder”lə oyunda (6:1) zədələnib.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı noyabrın 20-də Qətərdə start götürəcək. Seneqal millisi Niderland, Qətər və Ekvadorla eyni qrupda oynayacaq.

Cebhe.info
 
 
 

Dünyapress TV

Xəbər lenti