Ardını oxu...
Fransa millisinin 3 üzvü “Dəvə qripi”nə yoluxub.

Teref.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin 3 üzvü- Dayet Upamekano, Adrien Rabyo və Kinqsli Komanda “Dəvə qripi” virusu aşkarlanıb.

Qeyd edək ki, dünya çempionatında Fransa Mərakeşi 2:0 hesabı ilə məğlub edib.
 
 
 
Ardını oxu...
Qətərdə keçirilən dünya çempionatında futbolçuların performansına görə FIFA-dan ən çox maliyyə əldə edəcək klubların adları açıqlanıb.

Teref.az xəbər verir ki, mundiala 16 oyunçusu yollanan İngiltərənin “Mançester Siti” klubunun qazancı 5 milyon 580 min ABŞ dolları təşkil edəcək.

DÇ-2022-yə 17 oyunçu göndərən İspaniya “Barselona”sının büdcəsinə 4,1 milyon dollar daxil olacaq. Kataloniya təmsilçisinin 8 üzvü İspaniya millisinin heyətində yer aldığından, onlar 1/8 final mərhələsində mübarizəni dayandırıblar.

Növbəti yerləri İngiltərə klubları tuturlar. Premyer Liqada mübarizə aparan “Mançester Yunayted” 13 oyunçu üçün 3,6 milyon, “Çelsi” 12 futbolçuya görə 3 milyon, “Tottenhem” isə 11 nəfəri göndərdiyi üçün 2,8 milyon dollar qazanıb.

Futbolçuların dünya çempionatında keçirdiyi gün sayına görə FIFA klublara ümumilikdə 209 milyon dollar ödəniş edəcək. Hər futbolçu üçün klublara qrup mərhələsində 180 min, 1/8 finalda 220 min, 1/4 finalda 280 min, yarımfinalda 320 min, finalda isə 370 min dollar ödəniləcək. Futbolçuların oyunlarda iştirak edib-etməmələri heç bir rol oynamır.

Qeyd edək ki, DÇ-2022-də dekabrın 17-də Xorvatiya ilə Mərakeş yığmaları arasında 3-cü yer uğrunda oyun, bir gün sonra isə Argentina ilə Fransa milliləri arasında final matçı keçiriləcək (report).
 
Ardını oxu...
Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyunlarından sonra turnirin ən yaxşı futbolçuları bəlli olub.
“Goal” nəşrinin tərtib etdiyi yenilənmiş siyahıya Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir.
Fransa yığmasından Kilian Mbappe ikinci, onun komanda yoldaşı olan Antuan Qrizman üçüncü pillədə qərarlaşıb.
İlk “5-liy”i Mərakeş seçməsindən müvafiq olaraq Sofyan Amrabat və Əşrəf Hakimi qapayır. Argentinalı Nikolas Otamendi 6-cı, onun həmyerlisi Xulian Alvares 7-ci, fransalı Olivye Jiru 8-ci, portuqaliyalı Brunu Fernandeş 9-cu, braziliyalı Rişarlison 10-cudur.
10 ən yaxşı oyunçudan səkkizi DÇ-2022-də medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dekabrın 17-də Mərakeş və Xorvatiya komandaları üçüncü yer uğrunda görüşdə, dekabrın 18-də isə Argentina və Fransa milliləri finalda üz-üzə gələcəklər.
 
Ardını oxu...
Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.

Yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.


Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.

Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. “Xoruzlar” 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.
 
 
 
Ardını oxu...
Fransalı hücumçu Killian Mbappe 2022-ci il dünya çempionatının Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətləri zamanı azarkeşi topla vurub.

Tribunainfo.az xəbər verir ki, fransız hücumçunun zərbəsi qapıdan aralı keçərək azarkeşlərindən birinin başına dəyib.

Fanat bir müddət huşsuz vəziyyətdə qalıb. Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.

Qeyd edək ki, Fransa – Mərakeş matçında birinci hissə davam edir. Fransızlar 1-0 öndədir.

Qalib komanda dünya çempionatının finalına yüksələcək və yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən Argentina ilə qarşılaşacaq.
 
Ardını oxu...
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İspaniyanın “Real Madrid” klubunun bazasında məşq edir.

APA xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Portalın məlumatına görə, futbolçuya ayrıca meydança verilib.

Ronaldu hazırkı “Real Madrid” oyunçuları ilə məşq etmir.

Xatırladaq ki, Kriştiano Ronaldo 2018-ci ildən ispan klubundan ayrılıb.

2022-ci il dünya çempionatı zamanı isə o, “Mançester Yunayted”dən ayrılıb.
 
Ardını oxu...
Moskva “Robostansiya”sının sakini Tespian robotu 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalına hansı komandaların çıxacağını proqnozlaşdırıb.

“Robostantsiya”nın mətbuat xidmətindən verilən məlumata görə, proqnoza əsasən, həlledici görüşdə Mərakeş və Xorvatiya komandaları çıxış edəcəklər.

Robot Mərakeş seçməsinin Fransa millisi üzərində qələbəsinə işarə edib. O, həmçinin Argentina və Xorvatiya qarşıdurmasında avropalıların qalib gələcəyini bildirib.
Mənbə: TASS
Teref.az olaraq qeyd edirik ki, rusların bu proqnozuda boşa getdi...
 
Ardını oxu...
Argentina millisi DÇ-2022-nin yarımfinalında xorvatiyalı futbolçuları təxribata çəkmək niyyətindədir.

Qaynarinfo bu barədə Xorvatiyanın "Jutarnij List" qəzetinə istinadən xəbər verir.

Qəzetin iddiasına görə, Argentina yığmasının start heyətinin oyunçularından biri avropalı klub yoldaşlarına bildirib ki, onun milli komandasına xorvatiyalı futbolçuları təxribata çəkmək və onları ritmdən çıxarmaq tapşırığı verilib. Həmin oyunçu, klub həmkarları ilə video zəng zamanı Argentinanın "Xorvatiyanı 60 dəqiqəyə sındırıb, məğlub edəcəyinə" əmin olduğunu söyləyib.

Adı açıqlanmayan klubun paltardəyişmı otağında o vaxtdan bu söhbət davamlı olaraq müzakirə olunur.

Argentinalılar hesab edirlər ki, Xorvatiya millisinin bəzi oyunçularının "əsəbləri zəifdir". Adı açıqlanmayan Argentina millisinin futbolçusu komandasının ya 60 dəqiqə ərzində iki qol vuracağını, ya da xorvatiyalı futbolçunun qırmızı vərəqə alacağını gözləyir.

Argentina millisinin 3 futbolçusu psixoloji baxımdan komandasında ən zəif hesab edilən Xorvatiya millisinin 3 futbolçusunu təxribata çəkməklə bağlı Lionel Skalonidən xüsusi göstərişlər alıb.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu məlumatdan xəbərdardır.

"Biz Argentinanın nə edəcəyini dəqiq deyə bilmərik, amma rəqibi əsəbiləşdirmək, səhv etmək və kart almaq istəyəndə necə davrandıqlarını bilirik. Argentinanın bu taktikasını artıq Niderlandla oyunda görmüşük. Qalib gəlmək üçün əllərindən gələni etməkdən qorxmurlar.

Heç nə təəccübləndirmir, amma təəssüf ki, kimsə çirkli üsullarla dünya çempionatının finalına çıxmaq istəyir. Buna müqavimət göstərmək və soyuqqanlı davranmaq asan deyil, lakin Xorvatiya millisi baş verən hər şeyin mübarizənin yalnız bir hissəsi olduğunu başa düşmək üçün konsentrasiya nümayiş etdirməli olacaq. Sakit qalmaq və Argentinaya meydanda qalib gəlmək lazımdır. Ən pis variant həvəskarlar kimi təslim olub uduzmaqdır. Buna yol vermək olmaz”, "Jutarnij List" yazır.

Argentina və Xorvatiya dekabrın 13-də qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
 
 

Ardını oxu...
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatındakı favoritini açıqlayıb.
Bakupost.az bildirir ki, 37 yaşlı hücumçu "Mirror" nəşrinə müsahibəsində Fransa millisinin titulu qazanmağa daha iddialı olduğunu bildirib.
Təcrübəli forvard hesab edir ki, "xoruzlar" mundialın qalibi, Kilian Mpappe isə ən yaxşı oyunçusu olacaq.
Xatırladaq ki, Portuqaliya yığması 1/4 finalda Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
 
Ardını oxu...
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Braziliya Futbol Federasiyasına (CBF) komandanın emblemindəki beş ulduzdan üçünün Braziliya millisinin sabiq hücumçusu Pelenin şərəfinə üç ürəklə əvəz edilməsini təklif edib.

Bunu bazar günü CONMEBOL-un rəhbəri Alexandro Dominqes deyib.

“İdeya Pelenin milli komanda ilə qazandığı üç dünya titulunu vurğulamaq və doğma şəhəri Tres Korasoynsu şərəfləndirməkdir. Biz bu təklifi CBF-yə oan görə təqdim edirik ki, Pele həmişə Braziliya millisinin formalarında yaşasın”, Dominqes bildirib.

Qeyd edək ki, Braziliya millisinin emblemində dünya çempionatlarında (1958, 1962, 1970, 1994, 2002) rekord beş qələbənin simvolu olan beş ulduz təsvir edilib. Tres Korakoynsda (portuqal dilindən tərcümə “Üç ürək” - red.) anadan olan Pele futbolçu kimi 3 dəfə (1958, 1962, 1970) çempion olub. (Mənbə: TASS)

Dünyapress TV

Xəbər lenti