Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatındakı favoritini açıqlayıb. Bakupost.az bildirir ki, 37 yaşlı hücumçu "Mirror" nəşrinə müsahibəsində Fransa millisinin titulu qazanmağa daha iddialı olduğunu bildirib. Təcrübəli forvard hesab edir ki, "xoruzlar" mundialın qalibi, Kilian Mpappe isə ən yaxşı oyunçusu olacaq. Xatırladaq ki, Portuqaliya yığması 1/4 finalda Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.