Fransalı hücumçu Killian Mbappe 2022-ci il dünya çempionatının Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətləri zamanı azarkeşi topla vurub.
Tribunainfo.az xəbər verir ki, fransız hücumçunun zərbəsi qapıdan aralı keçərək azarkeşlərindən birinin başına dəyib.
Fanat bir müddət huşsuz vəziyyətdə qalıb. Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.
Qeyd edək ki, Fransa – Mərakeş matçında birinci hissə davam edir. Fransızlar 1-0 öndədir.
Qalib komanda dünya çempionatının finalına yüksələcək və yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən Argentina ilə qarşılaşacaq.