“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifinə cavab verib.
Yeniavaz.com xəbər verir ki, “Jornal de Notícias” nəşrinin yaydığı məlumata görə, o, bu təklifi geri çevirib. Bildirilib ki, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.
Baş məşqçi “Roma” klubu ilə 2024-cü ilədək bağlanan müqaviləsinin sonunadək çalışmaq istədiyini deyib və burada fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.
Fransada 2022-ci il dünya çempionatının finalının təkrar keçirilməsini tələb edirlər.
Petisiya Fransanın “Mesopinions” platformasında yayılıb. Ona artıq 200 mindən çox şəxs imza atıb.
“Hakimlik tamamilə satılıb, penalti yox idi. Argentinanın 2-ci qolunda Mbappeyə qarşı kobudluq var idi!”, - petisiyada qeyd olunub.
Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransaya qalib gəlib. Əsas vaxt 2-2 hesabı ilə başa çatıb və komandalar əlavə vaxtda hərəyə daha bir qol vurublar.
Matçı Şimon Marçinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Futbol üzrə Türkiyə millisi FİFA reytinqində 1 pillə irəliləyib.
Türkiyə yığması 1465,38 xalla 44-cüdür. “Ay-ulduzlular” bir pillə irəliləyib.
Reytinq sıralamasında Braziliya 1-ci sıradakı yerini qoruyub – 1840,77. Son dünya çempionu Argentina (1838,38) və vitse-çempion Fransa (1823,39) hərəyə bir pillə irəliləyərək, Belçikanı ilk üçlükdən sıxışdırıb.
İspaniya “Real Madrid”i Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər. Bu vəsaitin 486 milyon avrosu 24 yaşlı forvardın təzminatı, 630 milyon avrosu isə müqavilə şərtlərini yerinə yetirmək üçün nəzərdə tutulub. Madrid təmsilçisinin qarşıdakı günlərdə yenidən Paris klubuna təklif göndərəcəyi iddia olunub. Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 20 oyuna çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçəcək, müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Tribunainfo.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 37 yaşlı hücumçu artıq dekabrın 22-də müqavilə bağlamaq üçün Ər-Riyada getməyə qərar verib. Qeyd olunur ki, portuqaliyalı müqavilə müddətinin iki il yarımını futbolçu, qalan illərini isə Misir və Yunanıstanla birlikdə 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyi iddialı olan Səudiyyə Ərəbistanının səfiri kimi çalışacaq. Mənbənin sözlərinə görə, Ronaldo son iki həftədir ki, təklif üzərində düşünür və “Mançester Yunayted”dən ayrıldıqdan sonra sözləşməyə imza atmazdan əvvəl fasilə istəyib. Hücumçunun yaxın saatlarda Səudiyyə Ərəbistanına gələcəyi gözlənilir. Müqaviləyə əsasən, futbolçu müqavilənin bir ili üçün 200 milyon avro qazanacaq.
400 metr məsafəyə maneələrlə qaçış üzrə Olimpiya çempionu Natalya Antyux antidopinq qaydalarını pozduğuna görə 2012-ci il Olimpiya qızılından məhrum edilib.
Rusiyalı idmançı ilə bağlı qərarı bu gün Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.
İdmançının 15 iyul 2012-ci ildən 29 iyun 2013-cü il tarixədək göstərdiyi nəticələr ləğv edilib. Onun apelyasiya şikayəti verməyəcəyi bildirilib.
Hazırda qızıl medal amerikalı Laşinda Demusa verilməlidir.
Xatırladaq ki, Antyux və digər rusiyalı idmançı Andrey Silnov antidopinq qaydalarını pozduqlarına görə 4 il müddətinə diskvalifikasiya olunublar.
“Avropa Oyunlarının gələcəyini yaxşı görmək istərdim. Mən həm də Avropa Gimnastikasının rəhbəriyəm. Xatırladım ki, 2013-cü ildən etibarən orada vitse-prezident vəzifəsindəyəm və bu danışıqlarda Avropa Gimnastikası adından hər zaman iştirak etmişəm”.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov Avropa Oyunlarının gələcəyi barədə danışarkən deyib.
“Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycanda keçirilən birinci Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün nazir kimi fəxr edirəm ki, bu oyunlar məhz doğma Vətənimizdə keçirilib. Yeri gəlmişkən, Bakıdakı oyunlardan sonra bizə yaxşı miraslar, o cümlədən idman qurğuları qalıb. Bu gün biz görürük ki, həm Formula 1 yarışlarında, həm də Avropa, İslam oyunlarında yetişən mütəxəssislərimiz hazırda nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə irimiqyaslı tədbirlərin təşkilat komitəsində çalışırlar. Səudiyyə Ərəbistanına Formula 1 yarışlarına və digər ölkələrə gedirlər. Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında isə çoxlu sayda aparıcı mütəxəssisimiz çalışıb”, – deyə nazir diqqətə çatdırıb. Fərid Qayıbov bildirib ki, Avropa Oyunları ölkəmizdən sonra Belarus və Polşada təşkil olundu: “İndi istiqamət bir az Qərbə tərəf yönəlib. Məndə olan məlumata görə artıq növbəti təşkilatçı ölkə müəyyənləşib”.
“Barselona”nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun gənc futbolçuları haqda fikirlərini bölüşüb.
Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, istedadlı futbolçulara sahib olduqlarını bildirib: “Pedri və Qavi İnyesta və mənim 20 yaşımızdakından yaxşıdır. Onlar artıq qələbələrdə mühüm rol oynayırlar. Ansu Fatiyə gəlincə, o, mövsümün ikinci hissəsində daha faydalı olacaq. Biz onu yavaş-yavaş meydana buraxırıq. Qalan altı ayda ondan çox şey asılı olacaq”.
Qeyd edək ki, “Barselona” bu mövsüm la Liqada 14 matçda 37 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.