“Barselona”nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun gənc futbolçuları haqda fikirlərini bölüşüb.
Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, istedadlı futbolçulara sahib olduqlarını bildirib: “Pedri və Qavi İnyesta və mənim 20 yaşımızdakından yaxşıdır. Onlar artıq qələbələrdə mühüm rol oynayırlar. Ansu Fatiyə gəlincə, o, mövsümün ikinci hissəsində daha faydalı olacaq. Biz onu yavaş-yavaş meydana buraxırıq. Qalan altı ayda ondan çox şey asılı olacaq”.
Qeyd edək ki, “Barselona” bu mövsüm la Liqada 14 matçda 37 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.