Növbəti Avropa Oyunlarını təşkil edəcək ölkə artıq müəyyənləşib – Nazir
“Avropa Oyunlarının gələcəyini yaxşı görmək istərdim. Mən həm də Avropa Gimnastikasının rəhbəriyəm. Xatırladım ki, 2013-cü ildən etibarən orada vitse-prezident vəzifəsindəyəm və bu danışıqlarda Avropa Gimnastikası adından hər zaman iştirak etmişəm”.

Bu barədə gənclər və idman naziri Fərid Qayıbov Avropa Oyunlarının gələcəyi barədə danışarkən deyib.

“Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycanda keçirilən birinci Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün nazir kimi fəxr edirəm ki, bu oyunlar məhz doğma Vətənimizdə keçirilib. Yeri gəlmişkən, Bakıdakı oyunlardan sonra bizə yaxşı miraslar, o cümlədən idman qurğuları qalıb.
Bu gün biz görürük ki, həm Formula 1 yarışlarında, həm də Avropa, İslam oyunlarında yetişən mütəxəssislərimiz hazırda nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə irimiqyaslı tədbirlərin təşkilat komitəsində çalışırlar. Səudiyyə Ərəbistanına Formula 1 yarışlarına və digər ölkələrə gedirlər. Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında isə çoxlu sayda aparıcı mütəxəssisimiz çalışıb”, – deyə nazir diqqətə çatdırıb.
Fərid Qayıbov bildirib ki, Avropa Oyunları ölkəmizdən sonra Belarus və Polşada təşkil olundu:
“İndi istiqamət bir az Qərbə tərəf yönəlib. Məndə olan məlumata görə artıq növbəti təşkilatçı ölkə müəyyənləşib”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti