Ardını oxu...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, siyahıda 20 futbolçu yer alıb.

Namizədlər oyunçuların il ərzindəki göstəricilərinə əsasən seçilib. Qətərdə keçirilən dünya çempionatı da nəzərə alınıb. Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.

İlin ən yaxşısı adına namizədlər aşağıdakılardır:

Futbolçu Ölkəsi Klubu
Kilian Mbappe Fransa PSJ
Antuan Qrizmann Fransa “Atletiko”
Olivye Jiru Fransa “Milan”
Kərim Benzema Fransa “Real”
Luka Modriç Xorvatiya “Real”
Marselo Brozoviç Xorvatiya “İnter”
Fil Foden İngiltərə “Mançester Siti”
Harri Keyn İngiltərə “Tottenhem”
Bruno Fernandeş Portuqaliya “Mançester Yunayted”
Kevin De Bruyne Belçika “Mançester Siti”
Robert Levandovski Polşa “Bavariya”/“Barselona”
Erlinq Haaland Norveç “Borussiya” Dortmund/“Mançester Siti”
Lionel Messi Argentina PSJ
Vinisyus Junior Braziliya “Real”
Alfonso Deyvis Kanada “Bavariya”
Əşrəf Hakimi Mərakeş PSJ
Nordin Amrabat Mərakeş “Fiorentina”
Sadio Mane Seneqal “Liverpul”/“Bavariya”
Məhəmməd Salah Misir “Liverpul”
Son Hın-Min Cənubi Koreya “Tottenhem”
Qeyd edək ki, 2021-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski seçilib.
 
Ardını oxu...
Elə gün yoxdur ki, sosial şəbəkələrdə “layk” uğrunda şərəf və vicdanını fərqli-fərqli formalarda satan insanlarsız ötüşsün. Bu adamlar çayxanada ən vətənpərvər, ən qeyrətli, ən həyalı insanlar kimi oturur, milli-mənəvi dəyərlər adı gələndə “mentalitet” damarları tutur. Halbuki bu “qaqaşlar” Messi adı gələndə nəsil-nicabətini ortaya qoymaqdan çəkinmirlər. Bu “adamlar” nəinki özlərinin, hətta ata-analarının da ömründən kəsib fanatlıq elədikləri adamlara paylamağa hazırdırlar. Ta fikirləşmirlər ki, bir torpaqdan, bir də ömürdən pay olmur; onların mənasız, tüfeyli, çayxanada keçən ömrü də heç Messiyə lazım deyil.

Mən şəxsən bir futbol azarkeşi kimi boş vaxtım olan kimi Messinin qollarını, ötürmələrini, hətta qaçırdığı qollardan ibarət videoları izləyir, bəzən oynadığı oyunlara canlı baxıram, qısacası, oyunundan həzz alıram və yüngül autizmli bu futbolçunun meydandan kənarda robotdan fərqsiz olduğunu da çox yaxşı bilirəm.
Ancaq azarkeşlik – xəstə təfəkkür, fanat olmaq ağılsızlıq, düşüncəsizlik deyil.

18 dekabrda Argentinanın 36 illik həsrətinə son qoyan bu “10 nömrə” bizdə az qala “ziyarətgah” və “ocağa” çevrilib. O qədər hadisə olub ki, “seyid” Messinin başını şəhid generalımız Polad Həşimovun şəklinə fotoşop edərək bundan “hayp” tutan adamlar da hamının yadından çıxıb.

Sosial şəbəkələrlə məhrəmiyyət, abır-həya, ar-namus kimi məfhumların aradan qalxdığını bu qədər açıq şəkildə görmək artıq təəccüblü gəlməsə də, qıraqda-bucaqda bir yerdə vətən, ata-ana, şəhid sevgisi və şəhidlərə hörmətlə bağlı bəzi dəyərlərin itmədiyinə inanırdıq ki, sağ olsunlar, dünən onu da itirdiyimizi bizə xatırlatdılar. Bu vandallıq təkcə Polad Həşimova qarşı yox, 3000 şəhidimizə, onların yarım qalmış xəyallarına, valideynlərinin göz yaşlarına, bayrağımızın qırmızısına qarşı edilmiş hörmətsizlikdir. Bu hörmətsizlik və təhqirə “yumorda sərhəd yoxdur” adı ilə haqq qazandırmağa çalışan qəbiləyə də buradan xatırladıram, yumorda da, ədəbiyatda da, incəsənətdə də sərhəd var: sizin üçün “sərhəd” anlayışı olmaya bilər, amma bizimçün məhz bu məsələdə sərhədlər Polad Həşimov və 3000 şəhidin uğrunda savaşıb həlak olduğu Vətən sərhədləridir.
axar.az
 
Ardını oxu...
Dünya çempionatının qalibi olan komanda - Argentina 42 milyon dollar pul mükafatı qazanacaq. Bu məbləğin böyük hissəsini futbolçuların alacağı qeyd olunub. İkinci yeri tutan komandaya - Fransaya isə 30 milyon dollar veriləcək.

Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək.
Ətraflı

Qeyd edək ki, DÇ-nin final görüşündə Argentina və Fransa komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı bərabərliklə bitən oyunda qalib penaltilərdə daha dəqiq oynayan Argentina olub.

Mənbə: lenta.ru
 
Ardını oxu...
Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin bürünc mdalı uğrunda Xorvatiyaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, mütəxəssis matçın çətin olacağını deyib:

“Yalan danışmaq axmaqlıq olardı. Mən bu oyuna görə narahatam. Düşünürəm ki, həm bizim, həm də rəqib üçün oynamaq çətin olacaq. Çünki hər iki komanda yarımfinalda məğlub olduqlarından sonra qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə çıxış etdiyimiz üçün özümü axmaq kimi hiss edirəm. Finalda oynamayacağıq”.
 
Ardını oxu...
Qalib penaltilər seriyasında müəyyənləışib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

AYNA xəbər verir ki, matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb.

Qeyd edək ki, oyunda hesabı argentinalı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsinə fransızlar fəal başlayıblar. Fransa yığması matçın sonlarına doğru hesabı bərabərləşdirməyi bacarıb. Kilyan Mbappe matçın 80-ci dəqiqəsində rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 2:1. Bu qoldan bir dəqiqə sonra səhnəyə yenidən Mbappe çıxıb. Bu dəfə Markus Türamın ötürməsini dəqiq tamamlayan Fransa yığmasının ulduzu hesabı bərabərləşdirib – 2:2.

Əlavə vaxtda daha iki qol vurulub. Əvvəlcə Arnegtina millisinin kapitanı Messi hesabda komandasını önə çıxarıb. Daha sonra Mbappe penaltidən hesabı bərabərləşdirib – 3:3.

Bundan sonra komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Çempion isə penaltilər seriyasında müəyyənləşib. Argentina millisi 4:2 hesabı ilə qalib gəlib. Bununla da Argentina milisi Qərərdə keçirilən mundialın birincisi olub.
 
Ardını oxu...
Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.

Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. "Damalılar" ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.

Mərakeş isə tairixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

DÇ-2022

Ətraflı
Ad - 00:30
3-cü yer uğrunda oyun

17 dekabr

19:00. Xorvatiya - Mərakeş

Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)

"Xəlifə" stadionu
 
 
 
Ardını oxu...
Portuqaliya millisinin 37 yaşlı hücumçusu Kriştianu Ronaldu bir neşə gündür fərdi qaydada çlışdığı məkanı - "Real Madrid"in bazasını tərk edib.

Fanat.Az xəbər verir ki, informasiyanı DAZN-ın jurnalisti Serxio Kvirante şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, təcrübəli ulduz İspaniyanın paytaxtından şəxsi təyyarəsi ilə ayrılaraq Dubaya uçub. Mənbə Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqavilə üçün Dubaya yollana biləcəini xatırladıb.

Qeyd edək ki, bir müddət öncə "Əl-Nəsr" rəhbərliyinin Ronalduya illik 200 milyon avro əməkhaqqı ilə 2,5 illik anlaşma təklif etdiyi barədə məlumatlar yayılmış, tərəflərin yanvarın 1-də rəsmi sazişə imza atacaqları bildirilmişdi.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərdə keçirilən dünya çempionatının final oyunda nitq söyləmək istəsə də Beynəlxalq Futbol Federasiyası(FIFA) buna qarşı çıxıb.

Beynəlxalq Futbol Federasiyası bu ideyanı isti qarşılamayıb.
Məlumata görə, FIFA-nın mənfi cavabı Ukrayna Prezidentinin Aparatında təəccüb doğurub.

Bununla belə, verilən son məlumata əsasən, Ukrayna tərəfi ilə FİFA rəhbərliyi arasında danışıqlar davam etdirilir və V. Zelenskinin final oyunundan əvvəl ekranlarda görsənməsi baş tuta bilər.

Xatırladaq ki, Qətərdə təşkil edilən dünya çempionatının finalında Argentina ilə Fransa yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.//oxu.az
 
Ardını oxu...
Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 
 
 

Dünyapress TV

Xəbər lenti