Ukrayna Prezidenti Volodimir Zelenski Qətərdə keçirilən dünya çempionatının final oyunda nitq söyləmək istəsə də Beynəlxalq Futbol Federasiyası(FIFA) buna qarşı çıxıb.
Beynəlxalq Futbol Federasiyası bu ideyanı isti qarşılamayıb. Məlumata görə, FIFA-nın mənfi cavabı Ukrayna Prezidentinin Aparatında təəccüb doğurub.
Bununla belə, verilən son məlumata əsasən, Ukrayna tərəfi ilə FİFA rəhbərliyi arasında danışıqlar davam etdirilir və V. Zelenskinin final oyunundan əvvəl ekranlarda görsənməsi baş tuta bilər.
Xatırladaq ki, Qətərdə təşkil edilən dünya çempionatının finalında Argentina ilə Fransa yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.//oxu.az