Dünya Çempionatı və iki Almaniya üzbəüz... -
Desəm ki, məktəbli vaxtlarımda futbolu sevirdim, yalan olar. Əksinə idi – atam futbol azarkeşi idi və mən məcburən baxmalı olurdum. Bir televizor, iki balaca otaq, iki uşaq və məcburiyyət. Xatırladığım dünya çempionatı isə 1974-cü ildə olmuşdu. Yadımda qalanları deyim – Braziliya uduzmuşdu. Ən parlaq xatirəm isə iki Almaniyanın üzbəüz qalması idi. Yeni nəsil iki Almaniya ifadəsini bəlkə anlaya bilmir. İki - yəni İkinci Dünya Müharibəsindən ikiyə bölünmüş Almaniya. İkinci dünya savaşından az keçmişdi əslində, 1945-ci il və 1974-cü il. Bəlkə o vaxt mənə illərin sayı çox görünürdü, amma indi yaxınlığını anlayıram... Xalam uşaqları axşam “qızıl futbol” olacaq dedilər, qulağım tutdu bu ifadəni – niyə “qızıl”? Sən demə, siyasi məsələ imiş. Onlar məndən yaşca daha böyük idilər və iki Almaniyanın futbolda üz-üzə gəlməsi maraqlı hadisə sayılırmış. Mən bu qızılı xırdalaya bilmədim, amma ifadə yadımda qaldı...

Yadımda qalan ADR – yəni rusların əlində olan Almaniyanın, Almaniya Demokratik Respublikasının Qərbi Almaniyanı udması idi.

Hər bir halda oyun da Qərbi Almaniyada gedirdi, parçalanmış ölkənin ərazisində ən siyasi oyun idi.

Bütün təfərrüatları sonradan internetdən oxudum. Amma yadımda qalan nələrsə də var idi. İdman oyunlarında, olimpiadalarda Almaniya (yəni ADR) uğurlu çıxış edirdi. Alman alman olaraq qalır – hansı səmtə aid olsa da.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1669391604_2.jpg

Bu qarşılaşma “ein kampf zwischen brüdern” adlanırdı şərti olaraq –almancadan tərcümədə “qardaşların savaşı” yəni . Ayrılmış ölkədə ilk dəfə. Kommunist hakimiyyət buna rəğbətlə yanaşırdı demək olmazdı, amma qadağan da edə bilmirdi. 90 dəqiqə də olsa iki qardaş birlik arzularını göstərməyə çalışırdı. Yəni yoldaşlıq görüşləri də get-gedə yoxa çıxmağa başladı. Dünya Çempionatı ərəfəsində püşkatama iki qardaşı görüşdürdü. İnanaq ki, bu, təsadüfən olmuşdu??? FİFA lototronla Berlin xorunun gənc üzvündən püşkün çıxarılmasını təmin edəndə hər kəsdən bərkdən təşəkkür “ahı” eşidildi...

AFR – yəni federativ Almaniya ev sahibi idi, seçim oyunlarından asılı deyildi, Demokratik Almaniya üçün isə Rumıniya, Finlandiya və Albaniyaya özləri uduzub bu görüşə şərait yaratdılar. Yəni bu, xüsusi hazırlanmışdı deyə düşünürəm. Yəni mən böyük futbol bilicisi deyiləm, daha dərindən bilənlər var təbii. Amma bu, böyük siyasət idi – açıq görünür. Şərqi Almaniya əhalisi Qərbi Almaniyanın qələbə çalmağını arzu edirlərmiş. Dəmir darvazanın hansı tərəfində olsalar da hər iki tərəf alman idi. Hamburq stadionu tam dolmuş vəziyyətdə qonaqları gözləyirdi. Şərqi Almaniyadan 1500 adama icazə vermişdilər oyunu izləməyə. Və təbii ki, məlumdu kimlər ola bilərdi. Ştazinin nəzarətində olanlar. Ştazi onların KQB-si idi. Federativ Almaniyanın məşqçisi Helmut Şön idi – Drezdendə doğulmuş, ailəsi ilə Qərbi Almaniyaya qaçmış bir adam... Almanlar öz şəhərləri uğrunda döyüşürdülər. Frans Bekkenbauer öz təbəssümü ilə simvol olmuşdu.

Oyunçular meydana çıxanda və formalarını fanatlara göstərəndə böyük hay-küy, səslər eşidilir “Deutschland, Deutschland” (Almaniya, Almaniya)... Polis kordonu, KQB əhatəsi insan emosiyalarının qarşısını ala bilmir.

Birinci hissə sakit bitir və mədəni. Təhlükəli anlar yaşanmır. Hər iki tərəfin məşqçisi təəssüf və rahatlıq hissi ilə ayrılır meydandan...

İkinci taymın sonunda isə hamının gözlədiyi qol vurulur meydança sahiblərinin qapısına!!! Şərqli almanların azsaylı fanatları uğuldayırlar. Qərbli almanlar isə dilxor baxırlar bir-birinə... Çox sonralar qolu vuran Yurgen Şparvasser deyir – “Əgər mənim məzar daşımda yalnız “Hamburq,1974 “ yazsalar da altında yatanın kim olduğu bəlli olacaq. Və deyirlər ki, bu qola görə mənə maşın, ev, böyük pul mükafatı veriblər. Yalandır!!! İnanmayın!!!”

Oyunun digər qəhrəmanı Yurgen Kroy isə etiraf edirdi ki, “əlbəttə bu çox vacib matç idi – Almaniya Almaniyaya qarşı oynayırdı. Amma bütün hay-küyü siyasətçilər yaratmışdı. Bütün ölkələr idman qələbələrini siyasi qələbələr üçün istifadə edirlər”.

Şərqli almanlar uddu oyunda, amma Qərb bütünlükdə qazandı. 1990-cı ildə iki Almaniya birləşdi. 1974-cü ilin dünya çempionatında iştirak edən 16 ölkədən birləşənlər də oldu, kiçik ölkələrə parçalananlar da...

İndi illərin ardından anlayıram “qızıl oyun “ nə imiş... Və düşünürəm almanları da ayırmaq olurmuş, birləşə də bildilər... Nə vaxtsa "Qarabağ" da Təbrizdə oynaya bilər bəlkə?!
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti