PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.
Fanat.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə dünyanın 113 ölkəsindən 420 jurnalist iştirak edib.
Messi respondentlərin 962 (25,45 faiz) səsini toplayıb. Sıralamanın ikinci pilləsində atlet Armand Duplantis (373 səs) qərarlaşıb. İlk “üçlüy”ü PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe (366 səs) qapayıb.
Xatırladaq ki, Messi bu il Argentina millisi ilə dünya çempionu olub.