Azərbaycanın Avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” da mübarizəni dayandırıb.
Ağdam klubu Belçikanın “Gent” klubuna uduzaraq Konfrans Liqasına “əlvida” deyib.
“Gelamko Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb.
Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan “Gent” adını 1/8 finala yazdırıb.