Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.
Redaktor.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Yunanıstan seçməsini qəbul edib.
Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqlənib.
Qeyd edək ki, Azərbaycan yığması 6-cı qrupda 9 xalla liderdir. 6 xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb. Yığma qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq