Türkiyənin “Trabzonspor” klubu FIFA tərəfindən sanksiya ilə üzləşə bilər.
Buna səbəb Qara dəniz təmsilçisinin futbolçularına məvaciblərini verməməsidir.
Konkret olaraq 3 əcnəbi oyunçu Bruno Peres, Jan-Filipp Qbamen və Yens Larsen alacaqları vaxtında ödənilmədiyi üçün kluba xəbərdarlıq ediblər. Qısa müddətdə oyunçuların məvacibi verilməsə, onlar FIFA-ya şikayət edəcəklər. Bu isə “bordo-mavililər”in ciddi cəzaya məruz qalmasına yol aça bilər.
Qeyd edək ki, martın 4-də Super Liqanın XXIV turunda “Trabzonspor”un “Umraniyespor”a 1:2 hesabı ilə məğlub olduğu son oyunda Peres və Larsen 90 dəqiqə meydanda olub, Qbamen ehtiyatda qalıb.