PSV-nin yarımmüdafiəçisi Lyuk De Yonq Niderland millisindəki karyerasını başa vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında yazıb: “Millidə oynamaq mənim üçün şərəf idi. Bütün xatirələrə görə təşəkkür edirəm”.
Qeyd edək ki, De Yonq 2011-ci ildən Niderland millisində çıxış edirdi. Ümumilikdə o, yığmanın heyətində 38 oyuna çıxıb, 12 qol vurub.