Ardını oxu...
Ramazan ayının əvvəlində olduğumuz bu günlərdə aclıq dövrünün uzun olması səbəbindən iftar və sahurda yemək-içmək qaydası çox önəmlidir. Yavaşlayan maddələr mübadiləsindən təsirlənməmək və enerji tarazlığını təmin etmək üçün diqqət yetirilməli məqamlar var.
Tribunainfo.az xarici mətbuata istinadən, Ramazan ayında edilməməli olan 10 vacib məqamı diqqətinizə çatdırır.

Sahura qalxmadan oruc tutmayın
Ramazanda sahura qalxmadığınız zaman bədən çox uzun müddət ac qalır. Bu, əzələlərin parçalanmasına səbəb olur və maddələr mübadiləsini yavaşladır. Kökəlməyin ən əhəmiyyətli faktorlarından biri də məhz maddələr mübadiləsinin yavaşlamağıdır.
Kalorili qidalarla bəslənməyin
İftar və sahurda kalorili qidalardan çəkinmək lazımdır. Səhər yeməyi üçün, mürəbbə, şokolad, bal, bəkməz, yağlı pendir yerinə miqdarını normal tənzimləyərək ağ pendir, pomidor, xiyar, göyərti istehlak edilməlidir. Yumurtaya həm çox keyfiyyətli zülal qaynağı, həm də doyurucu xüsusiyyəti olduğu üçün üstünlük verilməlidir.
Qızartma və xəmir yeməkləri yeməyin
Sahurda və iftarda qızartma və xəmir xörəkləri istifadə edilməməlidir. Xüsusilə sahurda istehlak edilən belə yeməklər yatmazdan əvvəl yeyildiyi üçün həzmsizlik və mədə narahatlığına səbəb ola bilər. Həmçinin gecələr maddələr mübadiləsinin yavaşladığını nəzərə alsaq, gecə yeyilən əlavə kalorili qidalar kökəlməyə səbəb olacaq.
Düyü və makaron istehlak etməyin
Ən keyfiyyətli karbohidrat çörək olduğu üçün düyü, makaron və bulqur plovu yerinə buğda çörəyinə üstünlük verilməlidir. Buğda çörəyi kimi keyfiyyətli çörəklər həm toxluq hissini artıracaq, həm də qan şəkərinin ani artımına səbəb olmayacaq. Mütəxəssislərin fikrincə, plov, makaron və bulğur plovundan birini yeyəcəksinizsə, mütləq bulğur plovunu seçməlisiniz. 1 dilim çörəyi, 3 xörək qaşığı düyü, makaron və bulğurla əvəzləyə bilərsiniz.
Ağ çörək istehlak etməyin
Bəyaz undan hazırlanmış çörəklər Ramazan ayında ən çox istehlak edilən məhsullardan biridir. O, şəkərin və təzyiqin ani artmasına səbəb ola bilər. Bu səbəbdən də ağ çörək yeyən zaman dadına baxmağınız kifayətdir.
İftarda dərhal əsas yeməyə keçməyin
Toxluq siqnalı beynə 20 dəqiqədən sonra çatdığı üçün iftar edib şorba içdikdən sonra 15 dəqiqəlik fasilə vermək lazımdır. Bu fasilədən sonra əsas yeməyə keçə bilərsiz. İftar zamanı əsas yeməkdən əvvəl fasilə vermək nəinki yavaş yeməyi təmin edir, həm də porsiyaya nəzarəti asanlaşdırır. Bundan əlavə, qidalanmağa şorba ilə başlamaq təzyiqin qəfil qalxmasının qarşısını alır.
Salatsız iftar süfrəsində oturmayın
Salat mədənin həcmini doldura bilər və daha çox kalorili qidalar yeməyin qarşısını ala bilər. Bundan əlavə, salatdan alınacaq lif bağırsaq tənbəlliyini aradan qaldırmağa kömək edir. Salatınıza 1 çay qaşığı yağ əlavə etməyi unutmayın. Ancaq daha çox yağ salatın kalorisini artıracaq.
Şirniyyatı çox yeməyin
Çalışın desertdən alınan kalorini vitamin və minerallarla zəngin olan meyvələrlə əvəzləyəsiniz. Şirniyyat istehlak edəcəksinizsə, şərbətli desertlər yerinə südlü desert və ya dondurma yeyin. Ancaq yeməkdən dərhal sonra meyvə və ya şirniyyat yemək olmaz. Unutmayın ki, ən azı 2 saat ara verərək istehlak etməlisiniz.
Əzələ itirməyin
Protein qeyri-kafi istehlak edildikdə, əzələ zəifləməsi baş verə bilər. Bu səbəbdən Ramazan ayında zülal ehtiyacının qarşılanması vacibdir. İftar, sahur və ya qəlyanaltılarda protein mənbəyi; süd və süd məhsulları istehlak edilə bilən qidalar arasındadır. Bu yolla şirniyyata olan ehtiyacı ödəmək mümkündür. Bağırsaq tənbəlliyini azaltmaq və lazımi zülal almaq üçün kəfirdən də istifadə etmək faydalıdır.
Susuz qalmayın
Oruc tutan zaman bədən susuz qalır. Bunun qarşısını almaq üçün iftarla sahur arasında 10-12 stəkan su içmək faydalıdır. Ramazan ayında çay və qəhvə istehlakınızı mümkün qədər azaldın.
 
Ardını oxu...
Ötən yay Afrikada tüğyan edən qorxunc epidemiya daha üç ölkədə ortaya çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı bu gün nəticələri pozitiv çıxan yeni testlər olduğunu təsdiqləyib.
Teref.az BAKU.WS-ə istinadən xəbər verir ki, sözügedən hal ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərin və Serbiyanın paytaxtı Belqradda eyni vaxtda görülüb.

Epidemiyaya Uqandadan gətirilən Afrika yaşıl meymunun səbəb olduğu müəyyən edilib. Virus daha sonra digər heyvanlar arasında da yayılıb. Məlumata görə, əsasən yarasaların məskunlaşdığı mağaralarda və mədənlərdə uzun müddət qalan insanlar arasında yoluxma baş verir.
Günlər sonra yoluxucu xəstəlik bu dəfə Afrika qitəsinin şərqindəki Tanzaniyada beş xəstəni öldürüb. Tanzaniya Səhiyyə Nazirliyi keçən həftə Uqanda sərhədindəki Kageraya ‘müəmmalı xəstəlik’ səbəbiylə təcili yardım qrupu göndərib. Tanzaniyanın səhiyyə naziri Ummy Mvalimu, Marburqa yoluxmuş 3 nəfərin xəstəxanada müalicə olunduğunu və 161 təmasın müəyyən edildiyini bildirib.
Fevralın sonunda epidemiya elan edən Ekvatorial Qvineyada bu gün yeni hallar üzə çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrika ölkəsində daha səkkiz tezisin müsbət nəticə verdiyini açıqlayıb. Ekvatorial Qvineyada yoluxma hallarının ümumi sayı 20-yə çatıb, yeni müəyyən edilmiş xəstələr ayrı-ayrı ərazilərdə yaşayır.
ÜST-nin verdiyi məlumata görə, virusun yarandığı şəhərlər arasında 150 kilometr məsafə var və sözügedən vəziyyət Marburqun geniş əraziyə yayıldığını göstərir.
Ekvatorial Qvineyada virusdan ölənlərin sayı 20-yə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, illər ərzində mutasiyaya uğramış Marburq virusunun ən zərərli variantları yoluxmuş hər yüz nəfərdən 88-ni öldürüb. Əvvəlki illərdə bu nisbət yüzdə 24 idi.
Ardını oxu...
Ramazan ayında oruc tutan insanların qarşılaşdığı əsas problemlərdən biri də susuz qalmaqla bağlıdır.
Oruc zamanı xüsusən də, imsakda bədənin su balansını qorunmaq və susuzluğun qarşısını almaq üçün bir sıra yollar mövcuddur.

Gəlin, həmin yollarla tanış olaq:

Yüksək su balansına sahib olan meyvələri yemək:

Bəzi meyvələrin tərkibinin böyük hissəsi sudan ibarətdir. Sahurdan sonra susuzluq hiss etmək istəmirsinizsə, su miqdarı yüksək olan qarpız, portağal ananas və banan kimi meyvələrdən istifadə edin.

Çiy tərəvəzlər su balansını artırır:

Çiy tərəvəzlərdə yüksək miqdarda su var. Sahur zamanı çiy tərəvəz və göyərtidən ibarət salat bədəninizin susuz qalmasının qarşısını alacaq.

Süd məhsulları susuzluğa kömək edəcək:

Ayran, qatıq, kefir kimi süd məhsulları orqanizmin su ehtiyacını ödəyir. Bu məhsulların kalorisi azdır, lakin uzun müddət toxluq hissi verir.

Meneral su Ramazanda oruc tutanların köməyinə gələcək:

Mineral su həm susuzluğun qarşısını alır, həm də həzmi asanlaşdırır.
Yüksək su balansına malik tərəvəzlər:

Bəzi meyvələr kimi bəzi tərəvəzlərin tərkibi də əsasən sudan ibarətdir. Bu tərəvəzləri qəbul etmək bədəndəki suyun səviyyəsini artırır və susuzluğunun qarşısını alır.
Ardını oxu...
Bayram günlərində yüksək kalorili qidalar süfrələrimizdə üstünlük təşkil edir.

Boyu 1 metr 60 santimetr, çəkisi 63 kiloqram olan və hərəkətsiz həyat tərzi keçirən bir qadın gün ərzində 1550 kalori almalıdır. Hesablamalara görə, bu qadının normal çəkisi 56,8 kiloqram olmalıdır. Az miqdarda artıq çəkisi olan qadın, onun üçün hesablanmış kalori cədvəlinə uyğun hərəkət edərsə, artıq çəki almaz.

Nəzərə alsaq ki, bayram günlərində tətil olur və insanlar daha az fiziki hərəkət edirlər bu kalorilərin orqanizmimizə mənfi təsiri danılmazdır.

Bəs bayram şirniyyatlarının və yeməklərinin kalorisi nə qədərdir?

1 şəkərbura təxminən 335 kaloridir

1 paxlava təxminən 417 kaloridir

1 qoğal 369 kaloridir

100 qram toyuq ətində 239 kalori var

100 qram aşda 360 kalori var

100 qram qoz 654 kaloriddir

100 qram badamda 598 kalori var

100 qram fındıq 650 kaloridir


100 qram yer fındığı 582 kaloridir

Gün ərzində 2 litr soyuq su içmək isə 200 kalori yandırmaq deməkdir.

335 kalorini aşağıdakı yollarla əridə bilərsiz:

Qaçmaq -33 dəqiqə (10 km/s sürətlə)

Velosiped sürmək - 45 dəqiqə (21 km/s sürətlə)

Gəzmək- 90 dəqiqə (6 km/s sürətlə) \\Saglamolun.Az
 
 
 
Ardını oxu...
Elmi adı "Allium ursinum" olan xalyar bitkisi dünyada yabanı sarımsaq, "ayı soğanı" kimi tanınır. Min bir dərdin dərmanı olan bu bitki əsasən rütubətli meşələrdə bitir.

Teref.az"ATV"-yə istinadən bildirir ki, xalyar daha çox Qax, Zaqatala, Balakən rütubətli meşələrində, kol-koslu nəmli dağətəyi ərzilərində bitir. Son zamanlar isə bur bitki hava şəraiti əlverişsiz olduğundan kəskin azalıb. Bu səbəbdən də istixanalarda da yetişdirilir.

Bir növ sarımsağın xüsusiyyətlərinə malikdir. Fevralın ortalarından etibarən bazarlarda satılmağa başlayır. Bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var. Yaddaşı gücləndirir, zehni təznmiləyir və həzm prosesini yaxşıladırır.

Bir kiloqramı 25 manatdan başlayır.

 
Ardını oxu...
Rusiyalı terapevt Yuliya Kovalenko “hündür və alçaq mərtəbələrdə yaşamağın orqanizm üçün təhlükəli nəticələri haqqında danışıb.
Tribunainfo.az “Medicina”ya istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, aşağı – birinci və ikinci mərtəbələrdə problem yaxınlıqdakı zirzəmilərdəki göbələk və kiflə bağlıdır.Magistral yoldan işlənmiş qazların yığılması və ya girişlərdə avtomobil mühərriklərinin isinməsi, istidə asfaltdan çıxan toz və duman da zərər verə bilər. Bu cür təsirlər son dərəcə təhlükəlidir. İş ondadır ki, bədənimiz sağlamlığa zərər vermədən belə aqressiv mühitin öhdəsindən gələ bilmir.

Beləliklə, dəm qazı, aldehidlər, kükürd dioksid, karbohidrogenlər, ağır metallar və benzapirenlər istər-istəməz tənəffüs yolu ilə aşağı mərtəbələrdə yaşayanların orqanizminə daxil olur, dəridə məskunlaşır, saçlara, paltarlara hopur, ayaqqabılarda qalır.
Onun sözlərinə görə, yuxarı mərtəbələr – yeddinci və yuxarı mərtəbələr, əsasən, sənaye tüstüsü – müəssisələrin tullantıları və elektromaqnit şüalanması səbəbindən təhlükə yaradır. Həddindən artıq yüksək mərtəbələr adətən iyirmi beşinci və yuxarı olanlar kondisioner sistemi, yəni quru hava və onun dəyişmiş hava tərkibi, təbii ventilyasiya üçün pəncərələri aça bilməməsi ilə bir insana zərər verə bilər.
Bu amillərdən panik atak, yuxu pozğunluğu və yuxusuzluq, narahatlıq, baş ağrıları, boğaz,qulaq, burun orqanlarının xəstəlikləri və yoluxucu xəstəliklərə qarşı həssaslıq gözləmək olar. Yüksək mərtəbələrdə yaşamaq böyük damarların və ürəyin işini pozmaq təhlükəsi yaradır, qan təzyiqi və ürək döyüntüsündə qeyri-sabitliyə, həmçinin qarın ağrısına səbəb olur.
Həkim həmçinin yaşayış üçün üçüncüdən yeddinciyə qədər mərtəbələri seçməyi tövsiyə etdi.
 
Ardını oxu...
Son illər Azərbaycanda qadın narkomanların sayının artdığı bildirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12 904 nəfər istiqamətləndirilib.

Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 1041 nəfər yeni qeydiyyata götürülüb.

Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılıb.

Bundan öncəki statistikalarda qadınlarla bağlı müəyyən saya rast gəlinmir. Bu da narkotikdən istifadə edən qadınların sayının əhəmiyyətli dərəcədə aşağı olmasından xəbər verir.

Bəs qadınların narkotikdən istifadə etməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan narkomaniya üzrə ekspert Emil Maqalov bunun bir çox səbəblərini açıqlayıb.

O, əsas səbəb kimi narkotik vasitələrin daha asan istifadə edilə bilməsini göstərib:

“Əvvəllər də qadınlar bundan istifadə edirdilər, sadəcə mentalitet, ailə dəyərləri daha güclü idi. Eləcə də əvvəllər hər kəsin əlində mobil telefon yox idi, nəyisə çəkib internetə vermirdilər, cəmiyyət də bunu görmürdü.

Əvvəl narkotikdən istifadə edənlər az idi, ona görə ki, əvvəlki narkotikləri istifadə etmək üçün onlara müəyyən qatqı qatmaq lazım olurdu. Bu həm vaxt aparırdı, həm də hər hansı bir əşya tapılmadığından istifadə etməkdən çəkinirdilər. Hazırki kimyəvi, sintetik narkotiklərin istifadəsi üçün heç nə laızm deyil. Bunu hər cür istifadə eləmək olar. Əsas məsələ narkotikin istifadəsinin asanlaşması oldu”.

Ekspert narkotikdən istifadə edən qadınların sayının artmasında digər amilin isə İranla bağlı olduğunu qeyd edib:

“İkinci əsas məsələ İranla sərhəd olmağımız və İranın dünyanı narkotik xaosuna salmasıdır. Narkotikə qurşanan qadınların bəziləri “patı”, "şüşə" peyda olanda dedilər ki, adamı arıqladır.

Gözəllik salonlarında bunu təklif elədilər. Bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən qəbul edirdi. Amma xəstələr necə arıqlayırlar o formada arıqlayırlar.

Yəni bədənin hər hansı bir orqanı funksiyası itirdiyindən bədən zəiflədiyi üçün arılayırsan. Dəfələrlə istifadə edib ölənlərimiz də az deyil. Bunların arasında həm qadınlar, həm də kişilər var.

Narkotik vasitələri ilk dəfə 1893-cü ildə yapon alimi bunu kamikadzelər üçün düzəltdi və I və II Dünya Müharibəsində istifadə olundu.

Üçüncü məsələ isə İran casusları sosial şəbəkə vasitəsilə qadınlarla tanış olurlar və yaxud İrana gedən qadınlarımızı “verbofka” edirlər və Azərbaycana gəldikdə onlardan narkokuryer kimi istifadə etməyə başlayır.

Bir dəfə 300, daha sonra 500 manat pul verir. Pul verdikdə asılı vəziyyətə və yaxud daha asan yolu narkotikdən istifadə etdirir və narkotik vasitələrdən 4-5 dəfədən sonra böyük ağrılar verir.

Böyük ağrıları dərman üçün narkotik vasitə ağrıkəsici dərmana çevrilir. Bu ağrıkəsici dərmanı satmaq üçün istənilən qadın, kişi istənilən yola gedəcək. Bu yolla onları cəlb etmək və onlardan istifadə edirlər.

Daha bir səbəb isə qadınların həyat yoldaşı, sevgilisi, əhatə dairəsindəki insanların bundan istifadə etməsidir. Eləsi olur ki, bunu yoxlayır və yoxladıqdan sonra artıq geriyə yol olmur”.
 
Ardını oxu...
“Rusiyada xərçəng xəstəliyinin müalicəsi üçün borşovik – domuz otu əsasında dərman hazırlanıb.

Bu bitki xərçəng hüceyrələrinin özünü məhv etməsinə kömək edir.

Teref.Az xəbər verir ki, Mordoviya Dövlət Universitetinin alimləri. N. P. Oqareva, Sosnovskinin borşovik əsasında onkoloji xəstəliklərə qarşı dərman hazırladılar. Tədqiqatçılar bitkidən ultrabənövşəyi radiasiyaya reaksiya verən furanokumarinləri təcrid ediblər.

Alimlər izah ediblər ki, bunlar günəş işığına qarşı həssaslığın artmasına səbəb ola biləcək bioloji aktiv birləşmələrdir və ultrabənövşəyi işığın təsiri altında şiş hüceyrələrinin DNT-sinə bağlanır.

Furanokumarinlərin təsiri altında hüceyrələr bölünmə qabiliyyətini itirir və nəticədə özünü məhv edərək ölür.

Yeni araşdırmada tədqiqatçılar üç yanaşmanı müqayisə etdilər: şişi çıxarmaq üçün cərrahiyyə, şüa terapiyası və müşahidə.

Onkoloqlar əvvəllər aşkar etmişdilər ki, lokallaşdırılmış prostat xərçəngi olan kişilər müalicəyə vaxt ayıra bilirlər. \\Medicina.Az
Ardını oxu...
Yeməklərdə duzlu qidalar kişi cinsiyyət üzvünün normal işləməsi qabiliyyətini azaldır.

“Medicina” xəbər verir ki, kişilərdə erektil disfunksiyanın səbəb duzlu qidalar olduğu müəyyənləşdirildi.

Erektil disfunksiyaya səbəb olan əsas səbəblər arasında stress, piylənmə, siqaret çəkmə, həmçinin sağlamlıq problemləri - hipertoniya, şəkərli diabet var.
Ancaq kişi potensiyasına pis təsir edə biləcək digər həyat tərzi amilləri var – deyə həkim – androloq Konstantin Muxin bildirib.

Həkimin sözlərinə görə, yeməkdə çox duz ereksiya problemi kimi hipertoniyası olmayan, lakin çox duz qəbul edən kişilərdə ola bilər. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, həddindən artıq natrium qəbulu (duz natrium xloriddir) bütün bədəndə, o cümlədən penisdə qan dövranına maneə törədir.

Zəif ağız gigienası xroniki perodonditdən əziyyət çəkən kişilərdə erektil disfunksiya inkişaf riskinin artırır.

Kimyəvi maddələrin kişilərin sağlamlığına mənfi təsir göstərdiyinə dair daha çox dəlil toplanır. Bu maddələr hormonal sistemə təsir göstərə bilir. Qadınlarda estrogenləri təqlid edir və kişilərdə cinsi hormonları zəiflədir.

Velosiped sürmək kişilərdə çanaq dibindəki sinirləri zədələyərək, penisi qanla təmin edən damarları sıxaraq erektil disfunksiya riskini artırır.
Ardını oxu...
Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir. Oruc tutan zaman bədəndə bərpa prosesi gedir. İnsan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Qastroenteroloq bildirib ki, oruc tutmağın faydaları olsa da burada müəyyən nüanslar da nəzərə alınmalıdır: “Belə ki, əgər pasiyent hansısa kəskin xəstəlikdən faktiki müalicə alırsa, mədə-onikibarmaq bağırsaq xorası, qaraciyərin hepatit xəstəliyi, öd daşı xəstəliyi, pankreatit kimi xəstəliklərdən əziyyət çəkirsə, oruc tutmaq xəstəliklərinin daha da kəskinləşməsinə gətirəcək. Bəzi qrup insanlar var ki, onlara oruc tutmaq qətiyyən tövsiyə olunmur. Onlar hamilə qadınlar, südverən analar, onkoloji pasiyentlər, diabetli xəstələr, ürək damar xəstəliyindən əziyyət çəkənlər, aşağı təzyiqi olan insanlardır”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən martın 23-ü Ramazan ayının ilk günüdür.
 

Dünyapress TV

Xəbər lenti