Ardını oxu...
Vətən müharibəsi iştirakçıları üçün psixoloji reabilitasiya və qrup terapiyası xidmətlərinin təşkili layihəsinə start verilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qalib layihələrindən biri olan bu layihə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində 44 günlük vətən müharibəsinin iştirakçılarının psixoloji vəziyyətlərinin dəstəklənməsi məqsədi ilə psixoloq və psixiatrların iştirakı ilə görüşlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, layihə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İspaniya Səhiyyə Nazirliyi 2022-ci ilin dekabrına olan məlumata görə, ölkədə təxminən 800 min insanın əməliyyat üçün növbə gözlədiyini açıqlayıb.

Lent.az “TRT Haber”ə istinadla xəbər verir ki, nazirlik ölkədə cərrahiyyə növbələrinin artması ilə bağlı son məlumatları ictimaiyyətlə bölüşüb.

Bildirilib ki, ölkədə əməliyyat üçün ortalama gözləmə müddətinin 122 gündür.

Xatırladaq ki, bu rəqəm 2021-ci ilin dekabrında 121, 2022-ci ilin iyununda isə 113 gün olub. Mövcud vəziyyətdə xəstələrin yüzdə 22-nin əməliyyat üçün ən az 6 ay gözlədiyi deyilir. Ən çox gözlənilən əməliyyatların plastik cərrahiyyə (242 gün) və neyrocərrahiyyə (203 gün) olduğu və sıxlığın daha çox Kataloniya, Əndəlüs, Madrid və Valensiya bölgələrində müşahidə edildiyi bildirilib.

Statistikaya görə, ölkədə hər min nəfərə düşən 85 xəstənin 56 faizinin mütəxəssis həkimə müraciət etmək üçün 60 gündən çox qəbul gözlədiyi söylənilir.

İspaniyanın 17 özünüidarəetmə hökumətinin bir çoxunda tez-tez tətil edən və ya nümayiş keçirən tibb işçiləri kadr çatışmazlığından və sıx iş saatlarından şikayətlənir, həmçinin maaşların artırılması tələbi ilə çıxış edirlər.
 
Ardını oxu...
 
 

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

 

FHN-nin yaydığı məlumata görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür – https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).

AzTodya.az


 

XalqXeber.Az
Ardını oxu...
Ölkədə səhiyyə və dərman sahəsinə ayrılan büdcə az olduğu üçün yaxın gələcəkdə dərman qıtlığı daha da dərinləşəcək.

Axar.az xəbər verir ki, bunu barədə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, keçmiş səhiyyə naziri Məsud Pezeşkian deyib.

O, problemin köklü həll olunması üçün iş görülmədiyini və bu sahəyə ixtisaslı kadrların cəlb edilmədiyini bildirib:

"Böhranın həll yollarını axtarırlar, ancaq böhranın yaranmaması üçün tədbir görmək və plan qurmağa əhəmiyyət verilmir".
 
Ardını oxu...
Son 5 il ərzində Analitik Ekspertiza Mərkəzinin GMP deyilən etibarlı istehsalat təcrübəsi üzrə təftiş qrupu tərəfindən 80-dən artıq xarici istehsalatçının yoxlanması həyata keçirilib.

Teref.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsini müdiri Şamil Aydəmirov deyib.

O həmçinin sosial şəbəkələrdə yayılan bəzi iddialara da aydınlıq gətirib. Belə ki, bəzi yerlərdə iş adamlarının dərmanın daha ucuz başa gəlməsi üçün hansısa zavodlara dərman vasitəsinin tərkibinin azaldılması ilə bağlı müraciət etmələri iddiaları yayılıb.

Şamil Aydəmirov hər hansı şirkətin öz nüfuzuna xələl gətirəcək belə bir addım atdığına inanmadığını deyib:

“Bu cür halların mümkünlüyü ehtimal olunsa belə, AEM-in müxtəlif nəzarət mexanizmləri mövcuddur və keyfiyyətə nəzarət laboratoriyası da bunlardan biridir. Rəsmi idxal prosesi zamanı yoxlamalarda hansısa kənara çıxma müəyyən olunarsa, sözügedən dərman vasitəsinin ölkəyə rəsmi idxalının mümkünlüyü sıfıra bərabərdir. Bu məsələ ilə bağlı narahatlığa əsas yoxdur”.
 
Ardını oxu...
Kimyəvi maddələrin ətraf mühitə ziyan vurmaqla yanaşı, sağlamlığımıza da ciddi zərərlər törədir.

Bu yöndə aparılan araşdırmalar nəticəsində məlum olub ki, yuyucu vasitələrin tərkibində olan bir sıra kimyəvi maddələr insan bədənində xərçəng hüceyrələrini tətikləyə bilər.

Bəs, kimyəvi maddələr xərçəng təhdidi yaratmaq riski nə qədər böyükdür?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən onkoloq-cərrah İbrahim Əsədli bildirib ki, yuyucu vasitələr birbaşa xərçəngə səbəb olmur.

“Amma yuyucu vasitələrin tərkibində olan müəyyən maddələr bədənin immunitetini aşağı sala bilir”, – deyə həkim vurğulayıb.

Onkoloq-həkimin sözlərinə görə, bədənin immuniteti aşağı düşdükdə isə xərçəng yarana bilir:

“Yəni, yuyucu vasitələrin tərkibindəki kimyəvi maddələrdən istifdə, uzun müddətdə xroniki stress formasında davam edərsə, xərçəngə səbəb ola bilər. Xərçəngin əsas səbəbi immunitetin aşağı düşməsidir. O da stresdən baş verir. Xərçəng psixosomatozdur. Əlavə vasitələr isə sadəcə olaraq qıcıqlandırıcı vasitələr kimi təsir edir”.
Ardını oxu...
ABŞ-da heyvanlar üzərində aparılan təcrübələr, məşhur Amerika şirniyyatlarında istifadə edilən maddələrin sağlamlığa mənfi təsir etdiyini göstərib.

Ölkənin Kaliforniya ştatında bəzi təhlükəli kimyəvi əlavələri ehtiva edən, bir çoxu da məşhur olan zərərli şirniyyatları qanunvericilik səviyyəsində qadağan etmək istəyirlər.

Əsas məqsəd qida məhsullarının təhlükəli tərkibinə diqqəti cəlb etməkdir. Şübhəli qida əlavələrinin diqqətlə yoxlanılması tələb olunur. Mümkün sağlamlıq risklərinə xərçəngin baş verməsi, reproduktiv sistem və immunitetin zədələnməsi, həmçinin uşaqlarda davranış problemlərinin yaranması daxildir. Kifayət qədər ciddi xəstəliklərdir və sadalanan amillər insan həyatı üçün ilk yerdə duranlardandır. Və ən əsası ölkəmizdə də bu xəstəliklərdən əziyyət çəkənlər getdikcə artmaqdadır.

Məlumatı oxuyanda istər-istəməz insanın gözünün qarşısına marketlərdə bir-birindən parlaq qablaşdırmada olan uşaq şirniyyatları, eləcə də bol çeşidli, müxtəlif adlı şirniyyatlar və digər qidalar gəlir. Bəzən bu bol çeşidin içindən dadı-duzu yerində olan birini güclə seçmək olur. Aldığımız məhsulun keyfiyyətilə bağlı isə əlimizdə heç bir məlumat olmur. Beləcə gün ərzində sadəcə üzərində yazılanlara aldanaraq müxtəlif cür zəhərli maddələrlə, əlavə dadlandırıcılarla dolu qidalar qəbul etməli oluruq.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizim.Media-ya düşündürücü açıqlama verib.

Azərbaycanda kimyəvi təsirə məruz qalan kifayət qədər məhsullar olduğunu deyən AİB sədri bildirib ki, bu məhsullar yediyi anda insanı öldürmür.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi də sırf bu amilə nəzarət edir. Keyfiyyət məsələsi isə arxa planda qalır:

“Kimyəvi təsirə məruz qalan mal insanı həmin dəqiqə öldürmür. Lakin tərkibinə vurulan kimyəvi maddələr məhsulun keyfiyyətsiz duruma düşməsinə səbəb olur. Buna isə heç kim nəzarət etmir. Belə bir şəraitdə Azərbaycan əmtəə bazarı bu cür mallarla dolur”.

AİB sədrinin sözlərinə görə, hazırda doyumsuz istehlakçı əsri yaşayırıq. Bu doyumsuzluqdan istifadə edən biznes qurumları isə hər cür malları və xidmətlər təklif edirlər:

“Bu sahədə bir çox qanunlar ayaq altına atılır. F.Engelsin məşhur sözündə deyildiyi kimi, kapitalistlər və yaxud burjuaziya qanunları da əmtəəyə çevirə bilirlər. İqtisadi əlaqələrin qloballaşdığı şəraitdə uzaq-uzaq ölkələrdən malları gətirib çıxarmaq üçün məhsullarda kifayət qədər kimyəvi maddələrdən istifadə olunur. Hansı ki həmin maddələrin sayı 3 mindən çoxdur.

Bunları araşdırmaq o qədər də asan deyil. Mənim əlimdə ölkədə 2010-cu ildə çap olunan bir sənəd-kitabça var. “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər: sanitariya, epidemoloji qaydalar və normalar” adlı kitabçadır. O sənədə görə, bir çox kimyəvi maddələrin, qida əlavələrinin Azərbaycanda istifadəsinə icazə verilir. O cümlədən, una və yaxud çörəyə tükdən hazırlanmış E-921 maddəsi də daxil olmaqla...”.
AİB sədri bildirib ki, bu cür hallara qarşı mübarizə aparmaq üçün istehlakçı təşkilatları güclü olmalıdır.

Ölkədə Qida Təhlükəsizliyi Agentliyinin olması müsbət haldır. Onlar əllərindən gələni etsələr də, ictimai nəzarət zəifdir. Mən AQTA-da İctimai Şuranın üzvüyəm. Yeddi aydan çoxdur ki, Şuranın heç bir yığıncağı keçirilmir.

Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi də bazar iqtisadiyyatının tərəfdarıdır. Qurum, mümkün qədər insanı yerində öldürməyən malların Azərbaycana gətirilməsinə şərait yaradır.

Üstəlik İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun köhnəlib, qanunun icrasına məsuliyyət daşıyan dövlət orqanı da bu sahədə ciddi iş aparmır.

Yüzlərlə AİB kimi təşkilat, ictimai təzyiq olmalıdır. Bütün bu işlər isə KİV vasitəsilə həyata keçirilməlidir. Dövlət orqanları mətbuatda gedən materialı izləməli və KİV-ə təşəkkür etməlidir. Amma bu, belə deyil”.
 
Ardını oxu...
"AQTA-nın məlum addımını qətiyyətlə alqışlayır və dəstəkləyirəm".
Bunu "Sherg.az"a deputat Rüfət Quliyev Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığının aşkarlanmasından danışarkən deyib. O vurğulayıb ki, AQTA-nın monitorinq siyasətini bəyənir:
"Tək apteklər yox, bütün ticarət şəbəkələrində bu formada yoxlamalar həyata keçirilməlidir.

Həm vaxtı keçmiş, həm də tərkibi müvafiq qaydalara uyğun olmayan saxta məhsulların istehsalçıları, satıcıları ilə mübarizə aparmaq lazımdır. Hüquq mühafizə orqanları da məsələyə müdaxilə etməlidir. Saxta qidaların satışını reallaşdıran istehsalçılar insanların həyatını təhlükə altında qoyurlar. Bu, böyük problemdir".
Millət vəkili istehlakçılara müraciət edib:

"Alıcılar istər aptek, istərsə də ticarət şəbəkələrində saxta qida məhsullarını gördükdə hüquq mühafizə orqanları, AQTA, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng edib, xəbər verməlidirlər. Biganə qalmaq olmaz. Bu gün istehlakçılar analoji məhsulu görüb, almırlarsa, o demək deyil ki, sabah heç bir tanış, qohum, qonşuları həmin qidadan zəhərlənməyəcək. Xahiş edirəm ki, bütün alıcılar çox diqqətli olsunlar. İctimai nəzarət də buna deyirlər".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb.
Ardını oxu...
"Bu gün Azərbaycanın dərman bazarında böyük problem yaşanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun "Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür” fikirinə münasibət bildirərkən deyib. Professor problemin obyektiv və subyektiv amillərə bağlı olduğunu vurğulayıb:

"Azərbaycana dərman Ukrayna, Belarus və Rusiyadan idxal olunurdu. Rusiya ilə Ukrayna arasında gedən müharibə və infrastrukturun xeyli zərər çəkməsi müəyyən dərmanların yoxa çıxmasına gətirib çıxardıb. Azərbaycan dərmanla bağlı idxaldan asılı olan ölkədir. Bizim dərman sənayemiz, demək olar ki, məhdud həcmi əhatə edir. Bu, problemin obyektiv səbəbidir”.

Subyektiv səbəblərə gəlincə, ekspertin fikrincə, bu, dərman idxalı ilə məşğul olan strukturların vəziyyəti vaxtında dəyərləndirməyib, lazımı tədbirlərin görülməməsidir:

"Məsuliyyət onların üzərindədir. Yaxşı olar ki, əhalinin əlçatan, xüsusi ilə qiymətlərdə müvafiq dərmanların idaxlı Türkiyədən həyata keçirilsin. Həm bu dərmanlar kifayət qədər keyfiyyətlidir, həm də qiymətləri bizə müvafiqdir”.

Qeyd edək ki, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı "Bizim ölkədə qonşu ölkələrə baxanda dərmanların qiyməti 3-4 dəfə bahadırsa, nəyə görə dərman tapılmır? Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Biz şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?”, deyib.
Ardını oxu...
“Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri deputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.

Komitənin sədri Əhliman Əmiraslanov isə bu fikirlə razılaşmayıb: “Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!”

Kamaləddin Qafarov isə cavabında bildirib ki, əhalinin aldığı preparatların içində Türkiyədəkindən 10, bəzən 20 dəfə də baha preparatlar var: “Amma bu preparatların qeydiyyatı olmadığından ölkəyə idxalı mümkün deyil. Bu, bütün preparatlara aid deyil, ucuz olanlar da var”.
 

Dünyapress TV

Xəbər lenti