Ardını oxu...
Rozmarin çayı şişkinlik üçün ideal bir vasitə olacaq, həmçinin qan axını və ürəyin fəaliyyətini yaxşılaşdıracaq.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərkibindəki qida maddələrinə görə rozmarin orqanizmə iltihab əleyhinə təsir göstərir.

Bundan əlavə, dərinin elastikliyini bərpa edir, gəncliyi və dəri tonunu yaxşılaşdırır.

Çayı hazırlamaq üçün 1 çay qaşığı rozmarinə iki stəkan qaynar su ilə tökülməlidir. Daha sonra 30-40 dəqiqə dəmlənməlidir. Sonra, içki süzülür və yeməkdən əvvəl gündə üç dəfə iki yemək qaşığı qəbul edilir. /lent.az/
Ardını oxu...
Həyatınızı və sağlığınızı yaxşılığa doğru dəyişmək istəyirsinizsə, daha çox piyada gəzməyə başlayın. Gəzintinin sağlamlığa təsiri ilə bağlı yeni araşdırmalar məlum olub.
Tribunainfo.az xəbər verir ki, rusiyalı onkoloq və androloq Aleksandr Zidzariyanın sözlərinə görə, sadə gəzinti zamanı 5 orqanın işi yaxşılaşır, ömrü uzanır:

– Birincisi, bu ürək üçün bir məşqdir. Sürətli yerimə zamanı ürək döyüntülərimiz artır, qan dövranı yaxşılaşır və ürək-damar sisteminin sağlamlığı dəyişir.
– İkincisi, bu fəaliyyət həqiqətən çəki idarə etməyə kömək edir. Sürətli gəzinti hər km üçün 100 kalori yandırır.
– Tədqiqatlar göstərir ki, gəzinti əhval-ruhiyyəni yaxşılaşdıra və depressiya riskini azalda bilər. Bundan əlavə, yaşlanma ilə əlaqəli xəstəliklərin (demans və Alzheimer) qarşısının alınmasına kömək etdiyinə dair sübutlar var.
Eləcə də gəzmək müxtəlif növ xərçənglərin qarşısını ala bilir.
Ardını oxu...
Baktım markette zencefilli gazoz da var, ithal etmiş büyüklerimiz,sağ olsunlar. İçinde zencefil var mı? Yok. Aroması da, rengi de yapay.
Ama kendisi doğala özdeş.
Bizim bir çiçekçi var, serada karanfil ve gül yetiştiriyor.
Satmadan önce üstlerine koku sıkıyor.
Doğala özdeş gül!
Zavallı bülbül!
Kayseri'nin en ünlü mantıcısına götürdüler, Kaşıkla diye bir yer.
'Yer' demek doğru değil, entegre tesis mübarek.
Bir kapıdan 80 kilo giren, diğer kapıdan 100 kilo çıkıyor.
"En iyi Kayseri mantısı burada"
Aldım iki kutu, eve getirdim koydum dondurucuya.
Bir ay sonra yemeğe kalktık, baktık mantı acılaşmış.
Niye ki? Et mi bozuldu?
Etin bozulması mümkün değil, çünkü et yerine soya kıyması kullanıyorlar, içinde et olan mantı neredeyse kalmadı.
Acılık içindeki azot gazından geliyor. Raf ömrü uzasın diye paketlenme aşamasında azotu basmışlar mantıya.
Doğala özdeş!
Bir bilgi daha:O, mantının raf ömrü uzasın diye içine konan azot gazı zamanla gıda zehirlemesine yol açıyor. Bunların hepsi doğayla özdeş gazlar. Onlara "gıda gazı" diyorlar. Azot gazı da, oksijen de istenmeyen durumlarda inert atmosfer oluşturarak gıdaların kısa sürede bozulmasını önlüyor. Mesela, taze etlere de oksijen gazı veriyorlar ki, hep taze, kıpkırmızıgörünsün raflarda. Yasal bunlar, girin internete "gıda gazı" diye yazın, görün neleryediğinizi.
Markete üzüm gelmiş. Kırmızı, iri, dipdiri şeyler. Erik gibiler maşallah!
Nereden geliyor bunlar? Şili'den.
Şili mi?
Evet!
Kaç gündür buradalar?
3-5 gün oldu.
Düşünün, Şili'nin bir köyünde topluyorlar bunları. Uzun yolculuklar sonunda bizim kasabaya kadar geliyor. Bir süre bizim manavda bekliyor. Alıyorsun eve getiriyorsun, evde de3-5 gün daha, bana mısın demiyor. Hala kütür kütür.
İyi ama, nasıl?
Şahane şeyler var, adına ilaç diyorlar. Üzümlere verilen bu ilaçlardan birinin etiketindeki faydaları sayalım mesela:
Dane büyüklüğünü arttırır,Dane ağrılığını arttırır,Dane şeklini daha düzgün olarak değiştirir, Tam olgunlaşmadan daneye parlak sarı yeşil rengini verir, Dayanıklı ve dirençli kabuk sayesinde hasat ve hasat sonrası olabilecek yaralanmalar en aza iner, hastalıklara direnç katar, Kullanım dozu yükseldiğinde sofralık üzümlerde hasadı geciktirir. Raf ömrü uzar.
Nedir bu?
Sitokinin.
Büyüme hormonu.
Bakın şu şansa ki, sitokinin insanda da aynı işe yarıyor. Sonra anneler şikayet ediyorlar "ee benim çocuk erken kıllanıyor!"
Bu dünya böyle hanım abla, sen üzümü alırken kıllanmazsan, çocuğun kıllanır.
Adana'da çiftçilerle çalışıyoruz. Yaz güneşi altında soğutması olmayan tankerle süt topluyorlar mandıralara.
Şöföre soruyorum "Bozulmuyor mu bu sıcakta süt?"
"Abi, tankere iki bardak hidrojen peroksit döküyorum, akşama kadar bir şey olmuyor."
Hidrojen peroksit dediği şey kadınların saçlarının rengini açmak için kullandıkları bir kimyasal.
Çok kötü değil, sadece canlıları öldürüyor.
Süte koyunca bütün bakteriler ölüyor, geriye bozulacak bir şey de kalmıyor.
Doğala özdeş süt!
Bu anlattıklarımın hepsi yasal.
Temel problem şu ki: İnsan doğa ilişkisi değişti.
İnsan yeni bir doğa kurgusu yaptı, kendini doğanın dışına aldı, doğayı alınır-satılır mal yaptı, sentetikleştirdi ve tüketime sundu.
Hal böyle olunca, insan kendinin doğal bir varlık olduğunu unuttu.
(Beşer işte, unutacak elbet)
İnternetten pantalon, ayakkabı, peynir, arkadaş ve sevgili edinmeyi marifet bildi.
Optik kabloların sunduğu hayatı da hayat bildi.İnsan artık bu!
Doğala özdeş!
Prof Dr. Erkan Topuz
 
Ardını oxu...
  

ABŞ alimləri süni intellektlə "acinetobacter baumannii" kimi tanınan super bakteriyaya qarşı yeni antibiotik hazırlayıblar.

Musavat.com xəbər verir ki, McMaster Universiteti və Massaçusets Texnologiya İnstitutundan (MIT) tədqiqatçılar sözügedən bakteriyaların müalicəsində effektiv istifadə olunacaq bir antibiotik kəşf etmək üçün süni intellektdən istifadə ediblər.

Kəşf edilən yeni antibiotik dərmana davamlıdır və ölümcül virusu məhv etmək üçün istifadə olunacaq.

Musavat.com 

Ardını oxu...
Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoşluq testi yoxlamaları aparır.

Xezexeber.az-ın məlumatına görə, sürücülər bildiriblər ki, patrul əməkdaşları axşamdan spirtli içki içən sürücüləri müəyyən etmək üçün erkən saatlarda yolda post yaradıb, istənilən avtomobili saxladaraq sürücünü alkotesterlə yoxlayırlar.

"Bəzi hallarda sürücülər yoxlamadan imtina edirlər. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərxoş hesab edilir və ona inzibati qaydada cərimə tətbiq olunur”.

Mövcud qanunvericiliyə uyğun olaraq, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4 bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

"Axşam spirtli içki qəbul edib, sonra da 7-8 saatlıq aradan sonra səhər saatlarında həmin şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promill olması onun yolda digər hərəkət iştrakçıları üçün təhlükə törətməsi nə qədər realdır?”
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman əgər o bundan imtinqa edirsə qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür.

Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə oluna bilər.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
 

Ardını oxu...


Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq olunması təklif olunur. Belə bir təkliflə deputat Aydın Hüseynov çıxış edib.

Əslində toy menyularında israfçılığın qarşısınn alınması ilə bağlı uzun illərdir ki, müzakirələr gedir.

Hələ bir neçə il əvvəl şadlıq evləri ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standart hazırlandı və bir çox tələblər qoyuldu. Amma restoran sahibləri buna əməl etmədi.

Məsələ yenidən aktuallaşıb və toylarda qida məhsullarının kaloriliyi baxımdan qənaətə əməl edilməsi üçün xüsusi normaların tətbiqi təklif olunub.

Maraqlıdır, toyda bir nəfərin istehlak səbətinə hansı məhsullar daxil olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamovun sözlərinə görə Azərbaycanda bu, qlobal bir problemdir və nemətlərin tullanmaması və israfçılığın qarşısının alınması üçün standartın tətbiq olunması təqdirəlayiq addım olar:

“Amma restoran sahibləri bununla razılaşacaqlarmı? Onlar maraqlıdır ki, qida rasionunda bir nəfər üçün nə qədər bol məhsul olsa, o qədər də menyunu baha qiymətə satmış olarlar. Ümumiyyətlə, bir nəfər üçün qida rasionunda zülal-karbohidrat hesablaması var. Məsələn, bir nəfər 250-300 qram ət yeyə bilər. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma ət və ardı-arası kəsilməyən kabablar gəlir. Hələ sonda plov və onun da içində ət gətirilir. Yəni bu, artıq kalori mənbəyidir”.

Mütəxəssis hesab edir ki, toylarda normadan artıq qida qəbul edənlər sağlamlıqlarını riskə atanlardır:

“Təsadüfi deyil ki, bəzən toylarda ürəkdən dünyasını dəyişənlər olur. Birdən-birə kalorili yeməklərlə yanaşı içkilərin içilməsi də təhlükəlidir. Yaxşı olar ki, toy menyularının xüsusi standartı olsun və bu, bütün şadlıq evlərinə şamil olunsun. Süfrədə çərəzlərdən, salatlardan və yüngül qəlyanaltılardan istifadə olunmalıdır.

Bu isə mövsümə görə dəyişməlidir. Yay aylarında mayonezli məhsulların toylarda süfrəyə qoyulması düzgün deyil. Bilirsiz ki, mayonezli salatlar qonaqlardan əvvəl süfrəyə düzülür və saatlarla masanın üzərində qalır. Hansı ki, bu da qida zəhərlənməsinə gətirib çıxara bilər. Yaxşı olar ki, zeytun yağından hazırlanmış yüngül salatlardan istifadə olunsun. Bu da qida rasionunu aşmamalı, bir nəfərə 100 qramdan hesablanmalıdır.

Əgər 5-6 çeşid salat olacaqsa, bir nəfərə 30-35, maksimum 50 qram kifayət edir. Süfrəyə təqdim olunacaq kabablar adambaşı bir ədəddən çox olmamalıdır.

Yaxud lülə kabab varsa, tikəyə, tikə varsa, lüləyə ehtiyac yoxdur. Çünki hər ikisi quzu ətindən hazırlanır və kalori dəyəri çox yüksəkdir. Ümumi olaraq 100 qram salat, 200 qram ət kifayət edir. Nəinki süfrəni boş təamlarla doldurub, arası kəsilmədən qida yemək... Artıq toylarda “qonşudan qalma geri”prinsipinə son verilməlidir”.
Ardını oxu...
Hindistanın Dehli şəhərindəki “Skin Decor” klinikasının baş dermatoloqu və direktoru Monika Çahar piylənmə və keçəllik arasında əlaqəni aşkar edib.

Lent.az xarici mətbuata istinadla bildirir ki, artıq çəki hormonal balanssızlığa səbəb olur, xüsusən də androgenlərin istehsalını artırır. Öz növbəsində, onların artan səviyyəsi kövrəklik və saç tökülməsinin əmələ gəlməsini təhrik edir.

Çahar izah edib ki, artıq çəki olan qadınlarda insulin müqaviməti yaranır və bu da polikistik yumurtalıqların inkişafına səbəb ola bilər. Öz növbəsində, bu xəstəlik keçəlliyin artmasına səbəb olan amillərdən biridir.

Mütəxəssis bu problemlərin qarşısını almaq üçün ilk növbədə meyvə, tərəvəz və yağsız ətdən ibarət qida rasionunuzu tənzimləməyi məsləhət görüb. Bundan əlavə, menyuda A, C və E vitaminləri, həmçinin biotin, sink və dəmirlə zəngin qidalar üstünlük təşkil etməlidir. Həki həmçinin stresdən uzaq durmağı, idmanla məşğul olmağı və saç qulluğuna baş masajını da daxil etməyi təklif edib.
Ardını oxu...
Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müşahidə olunan yeni virus yayılıb. Bu xəstəliyin əsas əlaməti boğaz ağrısı olsa da günlərlə davam etməsi insanları narahat etməyə başlayıb.
Vətəndaşlar arasında bir həftə boğaz ağrısından əziyyət çəkənlərə də rast gəlinir.
Əhali arasında boğaz ağrısı ilə müşahidə olunan virusun yayılması zamanı hansı tədbirlər görülməlidir? İnsanlar bu virusdan necə qoruna bilər?
BAKU.WS saytı bu suallara cavab almaq üçün professor, tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib. Professor bildirib ki, hazırda ölkə üzrə respirator infeksiyalar davam edir: "Boğaz ağrısı ilə keçən bu xəstəlik də virus xəstəliyidir. Lakin birmənalı şəkildə demək olmur ki, bu, koronavirusun davamıdır, yoxsa başaqa bir respirator infeksiyadır. Məsələ ondadır ki, respirator infeksiyalar yuxarı tənəffüs yolları infeksiyaları ilə paralel davam etdiyindən eyni qaydalara əməl olunmalıdır.
Virusa yoluxan şəxslər digərlərini yoluxdurmamaq üçün maska taxmalı, məsafə saxlamalı, yataq rejimində olmalı, çoxlu maye qəbul etməli və xəstəliyi ağırlaşdırmamalıdır. Eyni zamanda immun sisteminin möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır. Hazırki dövrdə vitaminli qidalara üstünlük vermək olduqca vacibdir".
 
Ardını oxu...
Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

"Report" Şimal bürosunun məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.
 

Dünyapress TV

Xəbər lenti