Ardını oxu...
Ağstafa rayon sakini Samir Namazov bildirir ki, 2012-ci ildə o Ağır ürək Əməliyyatı keçirib. Əməliyyatdan sonra ona 5 illik əlilik müavinəti təyin edilsə də, artıq bir ildir ki, müavinəti kəsilib. Onun sözlərinə görə, əməliyyatı üçün pul çatmadığına görə evlərini satıblar və daha sonra ona 3 sot torpaq sahəsi verilib.

Qeyd edir ki, həmin torpaqda ev tikmək üçün Ağstafa rayon icra hakimiyyətindən kömək istəsə də, heç bir köməkliyin edilməyib.

Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək ona köməklik göstərilməsini xahiş edir.
 //kanal 13//

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.

Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
 
Ardını oxu...
Deputat: “Valideynlərim zəng edir ki, bir dərman var, onu içənin ağ saçları qaralır"

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə 2 məsələ daxil edilib: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Komitənin iclasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Anar Hacızadə də iştirak ediblər.

Bildirilib ki, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənəcək. Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur.

Hazırda publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Sözügedən təklif həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci fəsildə isə yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata alınması əksini tapıb.

Layihəyə görə, yoxlayıcı orqan Qanuna əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və buqanunda nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Eyni zamanda layihədə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir.

Eyni zamanda, layihədə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir. Eyni zamanda yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Bundan əlavə, sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyəri götürənlər tərəfindən ödəniləcək.

Qanun layihəsinə görə, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

Eyni zamanda, “Sahibkar tədqiqin (sınağın) nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni tədqiqin (sınağın) keçirilməsini tələb edə bilər. İlkin tədqiqin (sınağın) nəticəsi ilə yeni tədqiqin (sınağın) nəticəsi arasında ziddiyyət olduqda, mübahisə məhkəmə qaydasında həll olunacaq.

Komitə sədri: “Bu təklif hüquqi boşluğu aradan qaldıracaq”

Müzakirə zamanı komitənin sədri, deputat Tahir Mirkişili dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirib. Onun sözlərinə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət orqanı ilə yanaşı, publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur: “Hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Sözügedən təklif həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır”.

“Sahibkarların 65 faizində kompüter varsa, 35 faizində yoxdur”

Komitə sədri qeyd edib ki, yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən şikayət verilməsi qaydası dəqiqləşdiriləcək: “Təklifə əsasən qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların (yoxlayıcıların) yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana şikayətlə müraciət edə bilərlər. Bu dəyişikliklərin qəbul edilməsi sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

“Sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri sahibkarların elektron bazalarının az olmasıdır. Bu da müəyyən problemlərə səbəb olur. Sahibkarların 65 faizində kompüter varsa, 35 faizində yoxdur. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur”,- deyə Mirkişili vurğulayıb.

Deputat: “Yaşlı nəsil o məhsulların içərisində nələrin olduğunu bilmir”

Komitənin üzvü, deputat Rüfət Quliyev Azərbaycana keyfiyyətsiz mal gətirənlərə qarşı tədbirlər görülməli olduğunu deyib. Millət vəkilinin sözlərinə görə, keyfiyyətsiz malların Azərbaycana gətirilməsinin qarşısını almaq üçün sahibkarlar barəsində tədbirlər görülməlidir: “Bu gün yerli bazara saxta qidalar, keyfiyyətsiz mallar daxil edilir. Bu kimi təhlükəli halların qarşısının alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ciddi şəkildə işləməlidir. Valideynlərim zəng edir ki, bir dərman var, onu içənin ağ saçları qaralır". Yaşlı nəsil belə məhsullarla aldana bilir. Çünki yaşlı nəsil o məhsulların içərisində nələrin olduğunu bilmir”.

“Komitəsi tikinti üçün icazəni verəndən sonra 3 daş qoyulur, bir də görürsən hərə bir qara qovluqla tökülüşüb gəlib”

Deputat tikinti məsələləri ilə bağlı da problemlərin olduğunu diqqətə çatdırıb: “Hesab edirəm ki, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin tikinti üçün icazələrin verilməsi və problemləri öz üzərinə götürməsi üçün səlahiyyəti olmalıdır. Əsasən Bakının rayonlarında və regionlarda müşahidə edilən hal var ki, Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verəndən sonra 3 daş qoyulur, bir də görürsən hərə bir qara qovluqla tökülüşüb gəlib. Onlar da bu tikintinin sənədinin göstərilməsini tələb edir. Sənəd göstərilir, amma deyirlər ki, yox, get filan yerdən də icazə al. Qanun deyir ki, 12 metr hündürlüyə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər və hər kəs bir-birinin boynuna atır. Düşünürəm ki, bu məsələ həllini tapmalıdır".
Müəllif: Anar Bayramoğlu
ayna.az
 
Ardını oxu...
Elektron siqaretlər, asılılıq yaradan və nikotin tərkibli mayenin qızdırılması zamanı aerozol nəticəsində (maye və ya bərk maddənin qaz mühitində yayılması) əmələ gəlir. Bu mayenin tərkibində müxtəlif miqdarda maye nikotin, propilen, qlikol, qliserin və ətirli maddələr olur. Onu istifadə edən insanlar bu buxarı ciyərlərinə çəkirlər. Elektron siqaretlər bir çox ölçüdə və formada olur. Akkumulyator, istilik sistemi və rezervuar saxlayan maye var. Elektron siqaretlərin tərkibində ağciyər xəstəliklərinə səbəb olan nikotin, diasetil, nikel, qalay, qurğuşun kimi zərərli maddələr mövcuddur.

Elektron siqaretdən istifadə zamanı:
Yüksək dərəcədə asılılıq yaradır
Beyin inkişafına təsir edə bilər
Sonsuzluğa səbəb ola bilər
Hamilə qalmaq çətin ola bilər
Hamiləlik dövründə körpənin inkişafına təsir etmək riski var
Ürəyə mümkün zərərləri var
Ağciyərlərə mənfi təsir edir
Diş sağlamlığına pis təsir edir
Popkorn xəstəliyinə səbəb olur

Elektron siqaretlərin zərərli təsirlərindən biri də “popkorn xəstəliyi” kimi tanınan “bronxiolitis obliterans”dır. Elektron siqaretlərin tüstüsü ağciyərlərdəki hava kisələrini qoruyan makrofaqların fəaliyyətini pozaraq onların zədələnməsinə səbəb ola bilər. Bu, nəfəs darlığına və öskürəyə səbəb ola bilər ki, bu da popkorn adlı ağciyər xəstəliyi yaradır. Popkorn ağciyər xəstəliyi; Qızdırma, öskürək, gecə tərləmələri, çəki itkisi və nəfəs darlığı kimi simptomlarla özünü göstərir.

Yüksək dərəcədə asılılıq yaradır

Elektron siqaretlərin tərkibində adi siqaretlər kimi nikotin olduğu üçün onlar çox asılılıq yaradır. Nikotin beyində dopamin ifrazına səbəb olur, mükafat sistemini aktivləşdirir və ondan həzz alır. Elektron siqaretdən istifadə edən insanlar onun zərərini və yaradacağı yüksək riskləri bilsələr də ondan istifadə etməyə davam edirlər.

Beyin inkişafına təsir edə bilər

Elektron siqaretlər tərkibindəki propilen qlikol ilə ağciyərlərdə ciddi qıcıqlanmaya səbəb ola bilər. Tərkibindəki nikotin 20 yaşlarında olan gənclərin və yeniyetmələrin beyin inkişafına da zərər verə bilər. Xüsusən də yeniyetməlik dövründə beynin qərar vermə və impuls nəzarəti hələ inkişaf etmədiyi üçün gənclər nikotindən daha çox istifadə edirlər. Gənclərin nikotinə məruz qalması uzunmüddətli ciddi risklər yaradır. Elektron siqaretin təsirindən yaranan nikotin asılılığı emosional pozğunluqlara səbəb ola bilər və beynin öyrənməyə nəzarət edən hissələrinə zərər verə bilər.

Sonsuzluğa səbəb ola bilər

Elmi araşdırmalara görə, elektron siqaretlər kişilərdə sperma sayının azalmasına səbəb ola bilər. Bu vəziyyətə görə hamiləliyi düşünən cütlüklərdə mənfi təsirlərə səbəb ola bilər. Bundan əlavə, elektron siqaretlər yumurtanın keyfiyyətinə təsir edə bilər və çəkməyənlərə nisbətən 10 dəfə çox sonsuzluğa səbəb ola bilər. Bundan əlavə, qadınlarda erkən menopoz və vaxtından əvvəl və aşağı düşmə riskini artıra bilər.

Hamilə qalmaq çətin ola bilər

Elektron siqaretin istifadəsi nikotinin təsiri ilə qadınlarda yumurtalıq hüceyrələrinə təsir edərək təbii yolla hamilə qalmağı çətinləşdirir. Həm də hamilə qaldıqdan sonra düşük olmasına səbəb ola bilər. Bu, həm də sidik kisəsi xərçənginə səbəb olan amillərdən biridir. Siqaretdən heç bir fərqi olmayan elektron siqaret kişilərdə reproduktiv funksiyalara da ciddi təsir göstərə bilər.

Elektron siqaretin ürəyə mümkün zərərləri

Elektron siqaretdən istifadə edən insanlarda; koronar arteriya xəstəliyi, depressiya və infarkt ehtimalı daha yüksəkdir. İstifadə etməyənlərlə müqayisədə insult və ya infarkt keçirmə kimi problemlər yarana bilər. Elektron siqaretlər qan damarlarını sərtləşdirə bilər, oksigenlə zəngin qanın ürəyə və bədənin digər hissələrinə çatmasının qarşısını alır. Tərkibindəki nikotin səbəbiylə ürək döyüntüsünü artıraraq böhrana zəmin hazırladığı ortaya çıxıb. Bu, uzun müddətdə ürək sağlamlığına ciddi zərər verdiyinin sübutu kimi göstərilir.

Elektron siqaretin ağciyərlərə mümkün zərərləri

Elektron siqaretlər, kimyəvi maddələr və hissəciklər səbəbindən astma və xroniki ağciyər xəstəliklərinə görə ağciyər iltihabına səbəb olur. Bu, uzun müddətdə xərçəng riskini artıra və DNT-nin zədələnməsinə səbəb ola bilər. Elektron siqaret buxarı da ağciyər mühitində immun hüceyrələrinə mənfi təsir edərək ağciyərin iltihabına səbəb ola bilər. Şimali Karolina Universitetində aparılan bir araşdırma, elektron siqaretlərin tərkibində olan iki əsas inqrediyentin (propilen qlikol və bitki qliserin) olduğunu təsbit edilib. \\Saglamolun.Az
 
Ardını oxu...
İdman və diyetalara baxmayaraq, istədiyi nəticəyə nail olmayan insanlar nədən arıqlaya bilmir?
Tribunainfo.az xəbər verir ki, həkim – diyetoloq Marina Sorokinanın sözlərinə görə, transformasiyaların qarşısını alan tənbəllik və ya zəif metabolizm deyil, insanların illərdir yetişdirdiyi və ayrılmaq istəmədiyi vərdişlərdir.

Həkim həmin 5 vərdişi təqdim edib.
Yuxsuzluq. Gecə yatdığınız zaman vücudmelatonin hormonu istehsal edir. O azaldıqda gecə istirahətinin keyfiyyəti avtomatik olaraq düşür. Bütün bunlar nəticədə metabolik pozğunluqlara və yağ mübadiləsinin pozulmasına səbəb olur.
Pis yemək vərdişləri. Bir çox insanlar kalori saymağı, məhsulların tərkibini öyrənməyi, son istifadə tarixlərini və saxlama müddətinin şərtlərini izləməyi lazımsız hesab edirlər.
Gecə işləmək. Belə bir iş qrafiki qeyri-sağlamdır. Bu bədənin ritmini pozur, nəticədə hormonların səviyyəsinin dəyişməsinə və metabolik proseslərə səbəb olur. Gecə aktiv olan işçilər tez-tez yemək yeyirlər.
Özünü müalicə ilə məşğul olmaq. Dərmanların həkim məsləhəti olmadan seçilməsi çox vaxt səhv olur. Bəzi dərmanlar hormonal pozulma və kökəlməyə səbəb olur. Xüsusən arıqladıcı dərmanlar qəbul edənlərdə əlavə problemlər olur.

Passiv istirahət vərdişi. Evdə filmlərə baxmaq, restoranlarda dostlarla görüşmək, videobağlantı vasitəsilə söhbət etmək passiv istrahət hesab olunur. Arıqlamaq istəyirsinizsə, daha çox gəzin. Əgər idmanla məşğul olmursunuzsa, həftədə 2 dəfə idman etməyi vərdiş halına salın.
 
Ardını oxu...
Həkim resept yazır, alırıq və dərmanları qəbul edərkən üzərində belə bir cümlə oxuyuruq: “Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir”.

Əslində isə bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılması qanunla qadağandır. “Dərman vasitələri haqqında” qanunumuz deyir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir və bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması qadağandır.

Qadağandır, amma yazılır. Üstəlik, bu hallar getdikcə artır. Həkimlər immun sistemimizin zəif olduğunu əsas gətirib yazırlar, insanlar isə həkimlərin firmalarla əməkdaşlıq etdikləri üçün belə halların artdığını deyirlər. Əsl səbəb nədir?

TEREF.AZ yazır ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bioloji fəallığa malik qida əlavələrinə yalnız Azərbaycanda deyil, dünyada da ehtiyac və tələb artıb: “İqlim dəyişiklikləri, əhalinin qapalı məkanlarda daha çox vaxt keçirməsi, oturaq həyat və s. faktorlar insanlarda maddələr mübadiləsinin pozulmasına və aktiv bioloji maddələrin insan orqanizmində azalmasına gətirib çıxarıb. Nəticədə insanlarda həm immun, həm də sümük-oynaq sistemlərinin çox ciddi böhranlı vəziyyəti müşahidə olunur. D, A vitaminləri, sink, selen, kalsium, kalium və s. kimi həyati əhəmiyyətli maddələrin insan orqanizmində çatışmazlığı sürətlə yayılır. Yəni bioloji fəallığa malik qida əlavələrinə ciddi tələbat yaranıb”.

İ.Hüseynli bildirdi ki, bioloji fəallığa malik qida əlavələrinin sertifikatlaşması və ölkəyə idxalı da asan başa gəlir. Ona görə dərman idxalı ilə məşğul olan şirkətlər buna daha çox maraq göstərirlər: “Şirkətlər bunu gətirirlər, qida əlavələrinin yazılması ilə bağlı həkimlərlə onu gətirən şirkətlər arasında bəzi hallarda müəyyən sövdələşmələr baş verir. Düşünürəm ki, kütləvi şəkildə hamıya yazmaq yox, ehtiyacı olana yazmaq normaldır”.

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov deyir ki, bioloji fəallığa malik qida əlavələrinin müalicəvi təsiri tibb elmində sübut olunmayıb: “Bir tibb elmi var, bir də alternativ təbabət. Tibb elmində müalicə elmi tədqiqatlarla təsdiqini tapan dərman vasitələri ilə aparılır. Alternativ təbabət isə klassik tibb və tədqiqatlarla təsiri sübut olunmamış metodlardır. Komplementar təbabət də alternativ təbabətin bir qoludur. Bioloji fəallığa malik maddələrlə müalicə komplementar təbabət adlanır. Elmi olaraq müalicəviliyi sübuta yetirilməmiş hər hansı maddənin tibdə köməyinə şübhə ilə yanaşırıq. Almaniyada resept yazarkən o maddələrdən istifadə edilmir”.

E.Hüseynov bildirdi ki, tibdə yalnız bir neçə halda bioloji fəallığa malik qida əlavələrinin tətbiqi məsləhət görülür: “Məsələn, hamilə qadınlarda fol turşusunun qəbulu məsləhətdir. Bir də 65 yaşdan sonra müəyyən miqdarda D vitamini məsləhət görmək olar. Bu, daha az risk almaq deməkdir. Amma cavan insanlara qanda D-nin miqdarını yoxlamadan kor-koranə şəkildə vitamin D məsləhət görmək tibbi cəhətdən yanlışdır”. E.Hüseynov bioloji fəallığa malik qida əlavələrinin ziyansız olması düşüncəsini yanlış hesab edir.

E.Hüseynov qeyd etdi ki, tibdə immuniteti qaldıran hər hansı preparat yoxdur: “İmmun sistemini gücləndirmək həyat tərzinə bağlı olan şeydir. O insanlar sağlam olur və xəstəlikləri yüngül formada keçirir ki, onların yanaşı xəstəlikləri azdır, aktiv həyat tərzləri var, idmanla məşğul olurlar, qidalanmalarında müəyyən aspektlərə fikir verirlər. Siqaret çəkmirlər, alkoqol istifadə etmirlər”.

Həkimin sözlərinə görə, bioloji fəallığa malik qida əlavələri ilə müalicə alırsınızsa, burda xeyri siz yox, istehsalçı şirkətlər, idxal firmaları, həkimlər görür: “Bunların təyin edilməsində birinci maraqlı tərəf istehsalçı şirkətlərdir. Çünki o dərmanların nə kəşfinə, nə də istehsalına böyük vəsait tələb olunmur. Yüksək miqdarda da gəlir gətirir. İdxal firmalarına da bu dərmanları satmaq sərf edir. Bu vasitələri çox təyin edən həkimlər də yəqin ki, dərman firmaları ilə əməkdaşlıq şəklində fəaliyyət göstərirlər. Oradan müəyyən məbləğ alırlar”.

“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə görə, 2023-cü il yanvarın 1-dən Azərbaycanda da həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur.

Yanvarın 1-indən etibarən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji fəallığa malik qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarətin gücləndirildiyi qeyd edilir. Bildirilir ki, tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.

AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələbləri nəzərə alınmaqla "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən bioloji aktiv qida məhsulu olduğu müəyyənləşdirilən vitamin və mineral tərkibli bioloji aktiv qida məhsullarının adlarının həkim reseptinə yazılması "Dərman vasitələri haqqında" qanunla qadağan edilib.

Eyni zamanda AQTA qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 221.9-cu maddəsinə əsasən, bioloji aktiv qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslərin əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslərin yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Ardını oxu...
Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ini təşkil edib.

Qeyd edək ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.

Xatırladaq ki, son vaxtlar ölkədə ətin qiymətində kəskin bahalaşma özünü göstərir. Bu gün bazarlarda mal ətinin qiyməti təxminən 14 manat, qoyun ətinin qiyməti isə 17 manat təşkil edir. Ölkəmizə isə ət idxalı 24 faiz artsa da, həmin ətin əsasən hansı ölkələrdən gətirildiyi, qəssablar, marketlər, yaxud restoranlarda satışa çıxarıldığı məlum deyil.

Vətəndaşlar isə əsasən təzə ət almağa üstünlük verir və belə olduğu təqdirdə idxal ətlərindən harada istifadə edilir?

TEREF.AZ-ın məlumatına görə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı Cebhe.info-ya bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycan ən çox ət yeyən ölkələrin siyahısında yer almayıb:

“Azərbaycanda Amerikadan təxminən 50 faiz az ət yeyilir. Bununla belə, ölkədə daim ətin qiymətinin artdığını görürük. Azərbaycan hökuməti effektiv siyasət aparsa, xaricdən ət idxalı artar və qiymət daha da aşağı düşər. Lakin biz ətin qiymətinin aşağı düşməsini gözləmirik. Xaricdən gətirilən həmin ətlər əsasən ölkəmizdə kolbasa, sosiska istehsalına yönəlir. Birmənalı şəkildə çox hallarda açıq satışa çıxarılmır. Əsasən sənaye üsulu ilə ət məhsulları istehsal edən müəssisələrə yönəlir. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən kolbasa, sosiska istehsal edən müəssisələrin 80 faizindən çoxu xarici ətdən istifadə edir. Xüsusilə də Hindistan və digər ölkələrdən idxal edilir. Həmin ətlər əksər hallarda camış əti olur.

Camış əti əslində təhlükəli ət deyil. Xeyli ucuz qiymətə başa gəlir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yaşlı heyvanların əti aşağı qiymətə olur. Məsələn, ölkəmizdə yaşlı heyvanların əti 4 manata qədər ola bilir. Yerli kolbasa istehsalçıları bəzən bu ətdən də istifadə edə bilirlər. Belə ətlər ət məmulatları istehsal edən yerlərə göndərilir”.
 
Ardını oxu...
AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.

Türkiyə KİV- ləri xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirilir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər” deyib.

AKP sədrinin müavini Numan Kurtulmuş da Ərdoğanın səhhəti ilə bağlı məlumat verib. O qeyd edib ki, Prezident seçkisinin gərgin iş qrafikinə görə, o, mədəsində narahatlıq keçirib:
Ardını oxu...
Yaponiya aprelin 29-dan etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır.
Əvvəlcə məhdudiyyətlərin mayın 8-də aradan qaldırılması nəzərdə tutulsa da, Yaponiya hökuməti aprelin sonlarından mayın əvvəllərinə qədər davam edəcək “Qızıl həftə” bayramı ilə əlaqədar həmin müddəti irəli çəkmək qərarına gəlib. Belə ki, bayram günləri yaponiyalıların əksəriyyəti səyahətə çıxır.
Eyni zamanda mayın 8-də Yaponiyada koronavirus infeksiyasının statusunun mövsüm qripi kimi az təhlükəli viruslar kateqoriyasına salınması gözlənilir.
Ardını oxu...
Türkiyə halal olmayan məhsulların ölkəyə girişini qadağan edəcək.

Trend xəbər verir ki, TurkicWorld bunu, Türkiyənin Rəsmi Qəzetinə istinadən bildirir.

Məlumatda bildirilir ki, Halal Akkreditasiya Agentliyinin icazə verdiyi qurumlar tərəfindən `halal` olduğu təsbit edilməyən məhsulların Türkiyəyə girişinin qarşısı tamamilə alınacaq.

Dünyapress TV

Xəbər lenti