Gənclik və yeniyetməlik dövründə siqaret çəkməyin təhlükəli nəticələri açıqlanıb. 
Gənclikdə siqaret çəkmək yaşlı insanlarda demans riskini artırır. 
Gənclik və yeniyetməlik dövründə siqaret çəkmək yaşlı insanlarda koqnitiv zəifləməyə səbəb olur. 
Araşdırmada 16-22 yaş arası 194 könüllü iştirak edib. İştirakçılar nikotin tərkibli məhsulların istifadə tezliyindən asılı olaraq iki qrupa bölünüblər. Birinci qrupun subyektləri həftədə bir dəfədən çox, ikinci qrupun könüllüləri isə daha az siqaret çəkiblər. İştirakçılar fiziki və ruhi sağlamlıq vəziyyətləri haqqında məlumat veriblər. Həmçinin beyində qan axınının sürətini ölçmək üçün maqnit rezonans görüntüləmə (MRT) keçiriblər.
Məlum olub ki, nikotindən müntəzəm istifadə edən insanlarda beyin yarımkürələrinin sol və sağ prekuneusunda, eləcə də onun sinqulat girusunun sol arxa və sağ ön hissələrində qan axınının sürəti azalıb. Bu sahələr diqqət və yaddaş kimi koqnitiv funksiyalardan məsuldur.
Alimlər onu da qeyd ediblər ki, nikotin aludəçiləri yaşlandıqca onların beyninin bu nahiyələrində qan axınının azalması daha qabarıq şəkildə özünü göstərir. Gələcəkdə bu cür dəyişikliklər demensiyanın inkişafına səbəb ola bilər. Yetərincə effektiv hərəkət etmədiyi üçün qan beyni kifayət qədər oksigen və qida ilə təmin edə bilmir.