Palma yağının orqanizmimizə vurduğu ziyanlar
Dünyada ən çox istifadə edilən bitki yağı olan palma yağı daha çox zərərli təsirləri ilə gündəmdədir. Hazır qidalarla qəbul etdiyimiz bu yağ orqanizmə nə kimi təsir edir?

Xurma ağacı növü olan “Elaeis guineensis” meyvələrindən istehsal edilən palma yağı, bu gün ən çox istifadə edilən bitki yağlarından biridir. Mütəxəssislərin fikrincə, bir çox hazır qidaların tərkibində istifadə olunan bu yağ ağır xəstəliklərə yol aça bilər.

Palma yağı bir çox şəkərli və şirin qablaşdırılmış ləzzətli qidalarda, marqarinlərdə, hazır şorbalarda, bulyon tabletlərində, peçenyelərdə, cips, konfet, jele kimi məhsullarda və səhər yeməyi fıstıq, fındıq və şokolad pastalarının əksəriyyətində var. Palma yağı dondurulmuş kartof, ravioli, dondurulmuş pizza kimi bir çox başqa məhsulda da yer alır. Bu yağa davamlı və ucuz olduğu üçün üstünlük verilir. Qidada və məhsulda teksturanın qorunmasını təmin edir. Bununla belə, sabun, dəri losyonu, pomada, uşaq qidası və uşaq bezləri kimi bir çox tez-tez istifadə olunan məhsulların tərkibində də var.

Paketlərdəki məhsulun təzəliyi, davamlılığı və uzunömürlülüyü palma yağı sayəsindədir. Palma yağından qablaşdırılmış məhsulların üzərində gömrük tarifi statistikası kodu bağlamaların üzərində 151110 kimi yazılır. Bu kod həmin məhsulda palma yağından istifadə edildiyini göstərir.

Xurma yağından uzaq olmaq üçün əvvəlcə qablaşdırılmış və hazır qidaların istehlakını azaldın. Mövsümi və təzə tərəvəz və meyvələr, paxlalılar və qoz-fındıq yeyin. Həftənin 2 günü pəhrizinizə Omeqa-3 ilə zəngin balıq əlavə edin. Ümumiyyətlə, qidalarda zeytun yağından istifadə etməyə çalışın.

Palma yağı hansı xəstəliklərin yaranmasına gətirib çıxarır?

Bazarda olan bir çox məhsul palma yağını çox yüksək temperaturlara məruz qoyaraq istifadə edir. Yüksək temperatura məruz qalan palma yağı orqanizm üçün təhlükəlidir.

Xərçəng riskini artırır: Xurma yağı yüksək temperatura məruz qaldıqda kanserogen maddələr əmələ gətirir və xərçəng riskini artırır.

Çəki artımına səbəb olur: Təbii olaraq palma yağında olan palmitrik turşunun tərkibində çəki artımı və piylənmə riskini artıran yağ turşuları var.

Həzmi çətinləşdirir: Xurma yağı emal proseslərindən keçdikdən sonra qida dəyərinin böyük hissəsini itirir və çətin həzm olunan yağa çevrilir. Bu səbəbdən palma yağından istifadə etmək tövsiyə olunmur.

Xolesterolu artırır: Nə palma yağında, nə də xurma çəyirdəyi yağında xolesterin olmasa da, bu yağlarda olan yüksək miqdarda doymuş yağlar damarlarda toplanıb lövhə əmələ gətirərək, ürək xəstəliyi və insult riskini artırır.
Axşam.az
 

Dünyapress TV

Xəbər lenti