Ardını oxu...
ABŞ Prezidenti Co Bayden diş ağrısı səbəbindən həkimə müraciət etməli olub.

Bu barədə “The Washington Post” qəzeti Amerika liderinin terapevti Kevin O’Konnora istinadən yazıb.

Həkimin sözlərinə görə, Bayden sağ alt azı dişinin kök kanalını müalicə edir. O’Konnorun sözlərinə görə, prezident artıq kök kanalının ilkin müalicəsini keçirib və səhhətində heç bir ağırlaşma olmayıb.

Tibbi müdaxilə səbəbindən ABŞ lideri iyunun 12-nə planlaşdırılan ictimai tədbirdə iştirak edə bilməyəcək.

Ağ Ev Baydenin yerinə vitse-prezident Kamala Harrisin iştirak edəcəyini bildirib. Eyni zamanda, amerikalı liderin NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşü nəzərdə tutulmuşdu, lakin tədbirin baş tutub-tutmayacağı hələlik bəlli deyil.
 
Ardını oxu...
Mütəxəssislər bazarda “şəkərsiz” etiketi ilə satılan qazlı içkilərin sağlamlıq üçün yaratdığı risklərlə bağlı açıqlamalar verib.
Tribunainfo.az xəbər verir ki, Britaniya mediası qazlı içkilərlə bağlı diqqətçəkən xəbər dərc edib.

Ölkənin ən çox oxunan qəzetlərindən olan “The Sun” alimləri və elmi araşdırmaları bir araya toplayıb və bazarda “şəkərsiz” ifadəsi ilə satılan məhsulların sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.
Qəzetə danışan diş həkimi Rac Juneja deyir: “Bu növ pəhriz içkisi digər qazlı içkilər kimi çox turşudur. Diş minasını zədələyərək bədənin yağ saxlama mərkəzlərini aktivləşdirə bilər. Əgər belə içkiləri içəcəksinizsə, içdikdən dərhal sonra su içməyi məsləhət görürəm.”
Digər həkim Metyu Snelson şəkərsiz qazlı içkilərin orqanizmdə ciddi fəsadlara səbəb olduğunu deyib: “Vücudumuz qida qəbuluna cavab olaraq insulin ifraz edir və bu, xüsusilə tərkibində karbohidrat olan qidalarda baş verir. İnsulin bədəndə yağ yığılmasında rol oynayır”.
Digər tərəfdən, may ayında Ümumdünya Səhiyyə Təşkilatı araşdırma apararaq şəkəri az olan içkilərin zərərlərini gündəmə gətirib. Bu cür məhsulların arıqlamaq üçün istifadə edilməməsi açıqlanıb.
Mütəxəssislər pəhriz üçün qazlı içkilər içdikdən 40 dəqiqə sonra “qısa asılılıq vəziyyəti”nin tətikləndiyini və 60 dəqiqədən sonra belə içkilərin tərkibindəki kofeinin susuzluğu artıracağını bildiriblər.
 
Ardını oxu...
Spirtli içki içmək 60 xəstəliyin inkişaf riskini artıra bilər.

Onlardan 33-ü atipik deyil və alkoqol ilə əlaqəsi yoxdur. Bu, məsələn, ağciyər xərçəngi, sınıqlar, qan dövranı sistemi xəstəlikləridir.

Cebhe.info xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.

Tədqiqatçıların fikrincə, hətta kifayət qədər təhlükəsiz hesab edilən minimum doza tez-tez istifadə edildikdə belə xəstəliklərə səbəb olur.

Müvafiq siyahıya əvvəllər alkoqol ilə əlaqəli olmayan 33 xəstəlik, məsələn, podaqra, mədə xorası, katarakta, sınıqlar, ürək işemiyası, naməlum etiologiyalı bronxit, artroz və sistemli birləşdirici toxuma xəstəlikləri daxildir.
 
Ardını oxu...
Bədənimizin 70 % – i sudan ibarətdir. Ana bətnində olarkən bədənin 95 %-ni su təşkil edib. Doğulduqdan sonra bədəndə suyun həcmi 77% -ə düşür.
Tribunainfo.az xəbər verir ki, əgər orqanizm normal su qəbul etməzsə, insan üçün dəhşətli nəticələr olacaq.

İlk öncə sidik tündləşir. Çünki böyrəklər qana daha çox maye göndərir və buna görə də sidiyi tünd sarıya çevrilir. Bir sutka sonra siz heç sidiyə getməyəcəksiniz. Daha sonra beyniniz kiçilməyə başlayacaq.
Orqnizimdə su balansını tənzimləməsəniz, beyindəki zədələr sağalmaz olacaq. Nəticədə beyniniz hər hansı bir işi görmək üçün yuklənməyə məruz qalacaq.
Enerjiniz get – gedə aşağı düşəcək, diqqətiniz dağılacaq. Yaddaşınızda unutqanlıqlar əmələ gələcək. Həmçinin daha da qıcıqlı və əsəbi olacaqsınız.
Su oynaqlarınızı və sümüklər arasındakı boşluğu yağlandırır, bədəndə suyun olmaması səbəbindən bütün vücudunuz qırılmağa başlayacaq.
Hətta dərinizdəki qırışlar və xəttlər daha çox görünəcək. Dəri quruyacaq və qıcıqlanma yaranacaq. Beyin bu zaman daha çox yuklənir deyə, baş ağrıları ola bilər.
Bununla yanaşı gözləriniz də ağrıyacaq. Az da olsa çəkidə artma müşahidə olunacaq. Çünki orqanzm bu yolla mövcud suyu saxlayır ki, sizi susuzluq problemindən qorusun.
Su içmədiyiniz 3 -5 gündə yaşınızdan asılı olaraq, beyinə qan dövranı hərəkət etmədiyindən siz ölə bilərsiniz. Bu dəhşətli faktorlar bədənin sudan imtina etməsi səbəbindən baş verə bilər.
 
 
 
Ardını oxu...
Regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olduğu bildirilir. Bununla bağlı məlumat Yel Universitetinin (ABŞ) hazırladığı “Dünyanın su xəritəsi” adlı hesabatda dərc olunub.

Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycana 46.5 bal verilib. Suyun keyfiyyəti Ermənistanda 61.7, Rusiyada 55.8, Gürcüstanda 52.3, İranda 48.8, Türkiyədə 47 bal qiymətləndirilib.

Balakən rayonunda yaşayan Elman Mehtiyev (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, hər dəfə yağış yağandan sonra krandan su yox, palçıq gəlir: “Heç yağışa ehtiyac yoxdur. Evə birbaşa çaydan təmizlənməmiş su gəlir, yayda su qrafik üzrə verirlər”.

Dövlət Su Ehtiyatları Agentliyindən “Turan”a bildirilib ki, may ayından etibarən Azərbaycanda “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartı qüvvəyə minib: “Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan tövsiyələr, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair Avropa Parlamenti və Avropa Şurası Direktivi… nəzərə alınaraq tərtib olunub”.

Vurğulanıb ki, indiyə qədər ölkədə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş ГОСТ 2874-82 standartları əsasında aparılırdı.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin (İB) sədri İlqar Hüseynlinin AzadlıqRadiosuna deməsinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda suyun çirklənməsi daha çoxdur: “Azərbaycan o ölkələrdəndir ki, onun su təchizatının 70 faizi transsərhəd çayların hesabına formalaşır. Yəni, bu çaylar başqa ölkələrin ərazisindən keçərək çirklənir. Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları Araz çayına axıdılır. Amma Ermənistanda, Gürcüstanda su təchizatı dağ mənşəli daxili sulardan formalaşır. Bizdə bu mənşəli suların həcmi cəmi 30 faizdir”.

Ekspertin fikrincə, ikinci faktor daxili idarəetməyə bağlıdır: “Məsələn, Ceyranbatan su hövzəsindəki təmizləmə işləri alman şirkətləri tərəfindən həyata keçirilir. Amma orada tətbiq olunan qurğular tam olaraq dünya standartlarına cavab verirmi?”.

İ.Hüseynli deyir ki, Mərkəzi Aran bölgəsi bəzi hallarda Araz çayından götürülüb durulaşdırılmış sudan istifadə edir: “Demək olar ki, Azərbaycanda Mərkəzi Aran əhalisinin təmiz su imkanları sıfırdır, təmizlənmiş su verilmir. Hələ indi modul tipli qurğular quraşdırılıb. Həmin qurğuları biz yenə də xlorlaşdırırıq. Dünya artıq xlordan imtina edib, amma Azərbaycan bu gün xlorlu su içir”.

İB sədrinin sözlərinə görə, suya pul xərcləmək lazımdır, amma Azərbaycanda bu sahədə ortada korrupsiya var. O hesab edir ki, dəniz kənarında bəzi məmurlara məxsus villaların dəyərində Azərbaycanda 20 yerdə müasir standartlara uyğun su təmizləyici qurğular quraşdırmaq olar.
 
Ardını oxu...
Böyük sirr olmayan bir paradoks var: döllənmədən sonra insan embrionunda əvvəlcə ürək formalaşmağa və işləməyə başlayır, sonra isə beyin. Bu həmişə həkimlərdə sual doğurub: ürək döyüntüsünü yaradan və sonra nizamlayan impuls hardan gəlir?
Amma ürəyin riyaziyyatı İnstitutunun tədqiqatçıları tibb elmi dairələrinin təəccübünə səbəb olan bir nəticəyə gəliblər ki, ürəyin öz beyni var – bəli, həqiqi beyin hüceyrələri olan beyni. O çox kiçikdir, onda cəmi qırx minə yaxın belə hüceyrə var, lakin görünən odur ki, bu beyin ürəyə bəs edir.
Bu, artıq iki əsrdir ürəyin ağıllılığı haqqında bəhs edən elmi nəzəriyyənin doğruluğunu təsdiq edən bir ixtiradır.
Ürəyin riyaziyyatı İnstitutunun tədqiqatçıları bundan daha vacib bir araşdırma da aparıblar. Onlar sübut ediblər ki, bədənin digər orqanları ilə, o cümlədən baş beyinlə müqayisədə, ürək ən böyük və güclü enerji sahəsini yaradır.
Teref.az
Ardını oxu...
“Əgər müharibədə bu xəstəliyi tapmamışamsa, mən yoxlananda niyə sağlam çıxdım və müharibəyə aparıldım?”

İkinci Qarabağ Müharibəsi iştirakçısı Səyyaf Əsədov müharibə dövründə sağlamlığında problemlər yarandığını, daha sonra qaraciyər serrozundan əziyyət çəkdiyini öyrəndiyini bildirir.

O deyir ki, həkimlər qaraciyər köçürülməsinə ehtiyac olduğunu vurğulayıb. Əməliyyat üçün isə 50 min manat lazımdır.

Müharibə iştirakçısı deyir ki, bu qədər pulu yoxdur, dövlət qurumları da sağlamlığını bərpa etmək üçün ona kömək etmirlər: “Müharibə vaxtı burnumdan qan gəldi, əvvəl fikir vermədim, sonradan halım pisləşdi, məni Gəncə Hərbi Hospitalına apardılar. Onlar qəbul etmədi, Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirdilər. Orada dedilər ki, talassemiyasan, tərxis olunmalısan. Ancaq yenə döyüş üçün Zəngilana apardılar, oradan da Laçına. Bir az keçdi, orada da halım pisləşdi, Füzuiliyə, hospitala apardılar. Orada dedilər ki, sən buranın xəstəsi deyilsən, Bakıya aparılmalısan. Müharibədən sonra dekabrın 7-də prezidentin fərmanı ilə digər bir qrup əsgərlərin içində mən də tərxis olundum”.

Səyyaf Əsədov deyir ki, tərxis olunduqdan sonra məlum olub ki, ona qoyulan diaqnoz yanlışdır.

Onun sözlərinə görə, diaqnoz dəyişilsə də, arayışda qeyd olunub ki, səhhətindəki problem xidmət vaxtı yaranmayıb: “Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna gedib-gəlirdim. Orada yoxlayıb dedilər ki, sən qan xəstəsi deyilsən, qaraciyər serrozusan. Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gedib dedim ki, “mən qan xəstəsi deyiləm axı, niyə səhv diaqnoz qoymusunuz?” Bundan sonra diaqnozu dəyişib “qaraciyər serrozu” yazdılar, amma onu da qeyd etdilər ki, bu, müharibədə olmayıb, ümumi xəstəlikdir. Ümumi xəstəlikdirsə, mən yoxlananda niyə sağlam çıxdım və müharibəyə aparıldım? “Sülh dövrü üçün yararsız, müharibədə məhdud yararlı”yazıb, tərxis etdilər. Evdən xəstə gəlmişdimsə, yoxlayanda evə qaytarardınız. İndi əməliyyat olunmalıyam, 50 min pul lazımdır. Ciyəri anam verir, amma köçürmə üçün Mərkəzi Gömrük Hospitalı 50 min manat istəyir. İndi kənd yerində evimiz var, onu satışa çıxarmışıq. O da kənd evidir, 5-10 min manata satılar, ya yox. Prezidentə, Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm, kömək etmirlər”.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məsələni araşdırıb cavab verəcəklərini bildirsə də, sonradan zənglərə cavab verməyib.

“YAŞAT” Fondundan sorğumuza cavab olaraq bildirilib ki, S. Əsədovun tibbi xərcləri üçün ona 2021-ci ildə 2 500 manat, dərmanları üçün 165 manat ödənilib.

Fond müharibə əlilləri və şəhid ailələrinə yardım etdiyini, S. Əsədova əlilliyin verilmədiyi üçün bu yardımlardan yararlana bilmədiyini bildirib.

Fond məsləhət görüb ki, müharibə iştirakçısı qarşılaşdığı problemlə bağlı Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etsin.

Səyyaf Əsədov Qubadlı, Zəngilan rayonlarının azad olunmasında iştirak edib və buna görə 3 mükafatla təltif olunub.

Mənbə: “abzas.org”
 
Ardını oxu...
Ekspert: “Kənd yağı, nehrə yağı altında satılan yağların böyük əksəriyyəti əslində marqarin qarışığı olan saxta yağlardır”

Bu günlərdə Masallı rayonunda nə az nə çox, 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kilo pendir məhsulları aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

Bəllidir ki, saxta yağlar və digər keyfiyyətsiz ərzaq məhsulları təkcə Masallıda deyil, paytaxt Bakının dükan-bazarlarında da satılır. Şəkk-şübhə yox ki, ölkədə inflyasiya, bahalıq özünü daha qabarıq göstərdikcə dəllalların çevrəsi də daha modern üsullara keçəcək, “ucuz və keyfiyyətli” kərə yağları, digər “ərzaq” məhsulları təklif eləməklə alıcıları aldatmağa davam edəcəklər.

Xatırladaq ki, Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq “Codex” standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda - yağ emulsiya tipli formaya malik yağ məhsuludur.

Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı - 80 faiz m/m, maksimum su miqdarı - 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı - 2 faiz m/m olmalıdır.

Standarta görə, markalanma zamanı məhsulun adı “Kərə yağı” kimi qeyd edilməlidir. “Kərə yağı” adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.

Məlumdur ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhlulu ilə isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5 dərəcə C-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10 dərəcə C-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2 dərəcə C-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində yağ adətən 8 dərəcə C və daha yüksək temperaturda saxlanılır.

Mənfi 18 dərəcə C temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12 dərəcə C temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18 dərəcə C-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 - mənfi 3 dərəcə C temperaturda 1 ilə qədər saxlanıla bilər.

Təəssüf ki, pərakəndə ticarət şəbəkələrində bir sıra hallarda yağ bu tələblərə əməl olunmadan saxlanılır ki, bu da məhsulun keyfiyyət göstəricilərinin kəskin pisləşməsinə gətirib çıxarır.

Bəs saxta kərə yağlarını necə tanımalı? Əsl kərə yağının qiyməti hansı həndəvərdə olmalıdır? Satışda “ucuz və keyfiyyətli” kərə yağı mümkünmü?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarananda Azad İstehlakçılar Birliyi həmin günü özü üçün bayram günü hesab etdi və qidanın təhlükəsizliyi sahəsində ciddi dəyişikliklərin aparılacağını gözlədi. Lakin təəssüf ki, bu baş vermədi.

Qeyd edim ki, Azərbaycanda istənilən ərzağın saxtasını tapmaq mümkündür. AQTA məhsulların təhlükəsizliyini təmin edir, keyfiyyət, istehlakçıların hüququ məsələsi arxa planda qalıb, yalnız və yalnız biznesin inkişafı haqqında düşünülür.

Qeyd etdiyim kimi, ölkədə istənilən məhsulun saxtası var, o cümlədən də yağların. Xüsusən də kənd yağı, nehrə yağı altında satılan yağların böyük əksəriyyəti əslində marqarin qarışığı olan saxta yağlardır".

Qurum sədri saxta yağların hazırlanma mexanizmindən də söz açıb: “Məlum olduğu kimi, təmiz, natural südü sərəndə ondan qaymaq əmələ gəlir. Həmin qaymaqdan yağ hazırlasaq, natural yağ ortaya çıxar. Lakin şəxslər qaymağı yığdıqdan sonra onun altındakı südü, hansı ki, 94 faiz sudur, onu marqarinlər, vaxtı keçmiş bitki yağları və sairə ilə qarışdırır. Həmin qarışığı qaynadırlar. Məlum məsələdir ki, nə qədər qaynadılsa da bitki yağı ilə su bir-birinə qarışmır, çünki 94 faiz sudur və ağ görünür, südə bənzəyir.

Daha sonra 3-cü varianta əl atılır, qarışıq analizator deyilən cihaza tökülür, cihaz onu bircinsli südə, mayeyə çevirir. Bu zaman artıq yeni süd əmələ gəlir. Onu sərdikdə qaymaq əmələ gəlir. Həmin qaymağı yığıb yağ düzəldirlər və yağ tam süddən hazırlanmış yağa bənzəyir. Hətta laboratoriyada onun tərkibindəki marqarinləri ayırd etmək mümkün olmur. Çünki laboratoriya tərkibdə süd turşularını axtarır, onun da tərkibində süd qarışıqları var.

Beləliklə, həmin yağlar bazara çıxarılır, hətta ən yaxşı mağazalara da ayaq aça bilir və nəhayət, kənd, nehrə yağı adı altında satışa çıxarılır.

Saxta yağ hazırlayan şəxs saxta qaymağın altındakı südə bir də marqarin qarışdırıb, yenidən yağ istehsal edə bilir. Beləliklə, ölkədə neçə ildir ki, vəziyyət bu cürdür.

Ümumiyyətlə, qida təhlükəsizliyinin təmin olunmasında ən yaxşı işi AQTA deyil, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar təkcə yağ deyil, murdar olmuş heyvan, həmçinin at, eşşək ətinin bazara çıxarılmasının qarşısını alır, cinayət işi açılır və sairə. Lakin müşahidələr onu göstərir ki, məhkəmələr bu işlə məşğul olduğuna görə həbs olunan həmin şəxslərə bəraət verir və onlar yenidən öz “fəaliyyətlərinə” geri dönürlər.

Əlbəttə ki, ölkənin əmtəə bazarında normal yağlar da var. Yeni Zellandiyadan bir neçə firma ölkəmizə yağ gətirir. Mən həmin ölkədə olan zaman Azərbaycana yağ göndərilən zavodların birində oldum, fermer təsərrüfatı ilə tanış oldum və mənə məlum oldu ki, orada heyvanlar qış rejimində saxlanılmır, daim açıq otlaqlardadırlar. Ona görə də yağın maya dəyəri ucuz başa gəlir. Qiymətlərlə də maraqlandım, məlum oldu ki, müəyyən normal qiymətə Azərbaycana gəlib çıxır. Beləliklə, həmin yağlara mənim etibarım yarandı.

Yəni ölkədə normal, təmiz kərə yağı var. Normal kərə yağı 18-20 manat arasında satılır. Qiymət istehlakçıya məhsul barəsində müəyyən informasiya verir.

O ki qaldı əsl kərə yağının müəyyən edilməsinə, kərə yağını sıxan zaman əgər o bərkdirsə, deməli, daha çox kərə yağıdır. Digər yağlar nisbətən boş olur".
 
Ardını oxu...
Xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmaq üçün təsirli olan qidalar sadalanıb.

Cebhe.info xəbər verir ki, siyahıya daha çox yağlı balıq, sarımsaq, yumurta daxil edilib. Onkoloq-cərrah İvan Karasev “Telegram” kanalında bu ərzaqların adını çəkib.

Həkimin sözlərinə görə, qidalanma istənilən xəstəliyin, o cümlədən xərçəngin müalicəsinin vacib komponentlərindən biridir. Sağlam bir pəhriz 30 faiz protein və 70 faiz bitki əsaslı olmalıdır. Eyni zamanda, həddindən artıq yağlı, şirin qidalar bağırsaq və ya mədə xərçənginə səbəb ola bilər. Xərçəngin qarşısını almaq və onların müalicəsinə əlavə olaraq, Karasev yumurta və az yağlı balıqları pəhrizə daxil etməyi tövsiyə etdi.

İnsan orqanizmində istehsal olunmayan, lakin bədxassəli hüceyrələrin əmələ gəlməsinə tez mane olan omeqa-3 yağ turşularının ən yaxşı mənbələrindən biri də balıqdır. Bahalı qırmızı balıq almaq lazım deyil, ucuzlar da kara gələr.

Tərəvəzlər arasında onkoloq xərçəng hüceyrələrinin yayılmasını azaldan kələm, bədəndən təhlükəli toksinləri çıxaran sarımsaq və pomidorları qeyd edib. Həmçinin, xərçəng xəstələri soya məhsullarını qida rasionuna daxil etməlidirlər. Çünki onlar təkcə antitümör xüsusiyyətlərinə malik deyil, həm də kemoterapi və radiasiyanın yan təsirlərini yüngülləşdirir.

Daha əvvəl dietoloq Kirill Strelnikov sarımsağın faydalı xüsusiyyətlərindən danışıb. Onun sözlərinə görə, bu məhsul orqanizmə kompleks müalicəvi təsir göstərir, xüsusən də ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.
 
Ardını oxu...
Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, sağlamlıq haqqında arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil.

"Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.

Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, daxildir. Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib", - deyə bildirilib.
 
 

 


Dünyapress TV

Xəbər lenti